İşdən çıxarılsa da, hələ də narazılıq yaradır... - ŞİKAYƏT VAR
Tarix: 5-10-2016, 08:19 | Çap et
 “Təzadlar”a Cəbrayıldan məcburi köçkün düşərək hələ də çətin vəziyyətdə yaşayan V.Məmmədov, S.Həmidov, D.Tağıyev və başqalarının imzası ilə Prezident İlham Əliyevə ünvanlı şikayət məktubu daxil olub.
Şikayətçilər Cəbrayılın keçmiş RİH başçısı Mahmud Quliyevin rayonun rəhbəri olarkən onların sosial vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı etdikləri çoxsaylı müraciətlərə baxmadığını, bu səbəbdən də bu günə kimi ağır durumda olduqlarını yazırlar. Şikayət məktubunda olduqca ciddi ittihamlar olduğundan qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.
Zeynal Nağdəliyev: “Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin sabiq başçıları Prezidentin etibarını itiriblər”
Qeyd edək ki, şikayətçilər məktublarına bu ilin martın 3-də Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları-Mahmud Quliyevlə Laçın RİH başçısı Akif Səlimovun vəzifələrindən götürülmələri barədə Prezident İlham Əliyevin sərəncamının surətini, həmçinin həmin sərəncamla bağlı Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin vəzifədən çıxarılan icra başçılarının fəaliyyəti ilə əlaqədar şərhinin mətnini göndəriblər. “Həmin mətndə də göründüyü kimi, Mahmud Quliyev və Akif Səlimov Prezident İlham Əliyevin etimadını doğrultmayıblar. Deməli, heç bir iş görməyiblər, yalnız öz şəxsi problemlərini həll ediblər, dövlət başçısının onların qarşısında qoyduğu vəzifələri nəinki yerinə yetirməyiblər, Prezidentin ayırdığı pul vəsaitlərini dağıdıblar. Elə isə niyə hər ikisi, əsasən də Mahmud Quliyevin fəaliyyətini Baş Prokurorluq araşdırmadı və cəzalandırmadı? Bizdə olan məlumata görə, hələ də onun fəaliyyətini araşdırırlar. Bu nə qədər vaxt aparmalıdır? Bir adam ki, Prezidentin etimadını doğrultmaya, artıq onun günahı və qanunları necə pozması təkzibolunmazdır. Hələ də cəzasız qalan Mahmud Quliyev hətta indiki başçının daxili işlərinə qarışır, özünün vaxtilə pul alıb təyin etdiyi komandasından bir nəfəri tərpədən kimi müdaxilə edir, işdən çıxmağa qoymur, bir sözlə, onlara açıq havadarlıq edir. Xahiş edirəm, Mahmud Quliyevin həbsi üçün tapşırıq verilsin və o, sərt qaydada cəzalansın ki, digər məmurlara da dərs olsun...”, -deyə şikayətlənən məcburi köçkünlərin dərdini başa düşürük. Elə buna görə də həmin müraciəti aidiyyəti dövlət qurumlarına göndərməli olduq. *** Xatırladırıq ki, Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mahmud Quliyevin və Akif Səlimovun vəzifələrindən çıxarılmasına olduqca sərt reaksiya vermişdi və o, məlum kadr dəyişikliyinin əsas səbəbini AzərTAc və APA-ya şərh edərkən bildirib ki, “Azərbaycan Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayılrayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”. Z.Nağdəliyev qeyd edib ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər. Z.Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər. Xatırladaq ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulamışdır ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Bu gün, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51 |
|
|
|
• "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47 |
|
|
|
|