Ağcabədidə bir idarə bu qədər pul yeyirsə... - İTTİHAM VAR
Tarix: 17-09-2016, 09:56 | Çap et
 Bu günlərdə redaksiyamıza yeni daxil olan məlumatlarda Ağcəbədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan şikayətlər yer allb. Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan, Ağcabədi rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün digər qurumlarla yanaşı rayonun Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, hazırda Ağcabədi rayonu ərazisində təxminən 1000-1200 yaxın artezian quyuları vardır. Məhz bu quyuların da istismarına nəzarət və qulluğu Ağcəbədi rayon Subartezian Quyularının İstismarı İdarəsi həyata keçirir. Redaksiyamıza təqdim olunan açıqlamada vurğulanır ki, bu idarəyə artıq 7 aydır ki, Əli Əliyev rəhbərlik edir. Bundan əvvəl isə, Əli müəllim Ağcəbədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib. Aldığımız məlumatlarda yerli sakinlər və fermerlər Əli Əliyev tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, idarə rəisi tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Bundan başqa, ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Ağcabədi rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur.
Aldığımız digər məlumatlarda isə, Əli Əliyevin rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının və yaxın adamlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir. Həm də qeyd olunur ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır. Məlumatlarda digər bir qanun pozuntusu kimi də idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satılması göstərilir. Maraqlıdır ki, Əli müəllimin yanacaq-sürtgü materiallarının alınması ilə bağlı törətdiyi maxinasiyalar barədə, hələ onun suvarma sistemləri idarəsində işlədiyi vaxtlardan da məlumatlar daxil olmaqda idi. Məsələn belə açıqlamalardan birində qeyd olunmuşdu ki, son 2 il ərzində Bərdə neft bazasından 2200 ton yanacaq götürülüb və bu yanacağın 70 faizi mənimsənilib.
Göründüyü kimi, idarə rəisi köhnə mənimsəmə üsullarını yeni iş yerində də tətbiq etməkdə israrlıdır.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04 |
|
|
|
|