Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? .....                     "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" .....                     “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub” .....                     "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" .....                     İlqar İsmayılov həbsdə qaldı .....                     Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: .....                     İcra başçısı özünə yeni müavin təyin etdi .....                     Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                 

“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” - ETİRAZ
Tarix: 3-09-2016, 08:55 | Çap et
“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə Hurriyyet.org “Yeni rektorun nəzir qutusu” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.

Türmə, yoxsa klinika qapısı?

Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, “şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan “bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, “qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik.
- Həkiminiz kimdir?
- Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz?
- 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər.
- 2 manat nə üçündür?
- Həkimin konsultasiyası üçün.
- Bu, yeni qaydadır? Niyə?
Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək “bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi.
Mühafizə “barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi: “Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi “atüstü” dinlədi, qiymətləri xırdaladı: “Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, “bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər “oxudu”: “Vinir 200, implant 400 manatdan başlayır”.

Yuxarıdakılar işini qapıçılarla qurar

Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. “Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi: “Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”, – deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi: “Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”.
Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, “yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.

Tibb Universitetindən yuxarıdakılar...

ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: “Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz?
Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb .
- Yox, ondan yuxarıda nə yazılmışdı?
- Ondan yuxarıda nə yazıldığına diqqət etmədim.
- Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?

Rəhbərin sualı: 2 manat nədir ki?..

- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir?
- Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir...
Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.

Baş həkimsayağı “hörmət”: “Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”

Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi: “Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...”
Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var: “Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.

Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün

Beləcə baş həkim dilxoşluq edib, “rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı:
- Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir?
Baş həkim nədənsə xoflandı:
- Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz?
- Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir.
- Məgər sizin kondisioner gülməyi də bacarır?
Sonra da yüksək səslə kiməsə çımxırdı:
- Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.

Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat

- Amma klinikanızda bildirdilər ki, “konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur.
- İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür.
- Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər.
- Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.

Cangüdənlər nazir üçün cibgüdənlik edir?

Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan “jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və “Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən “yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir.
Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir.
Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
“Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41
İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07
Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Dünən, 18:06
İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Dünən, 18:02
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Dünən, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Dünən, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Dünən, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Dünən, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Dünən, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Dünən, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Dünən, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Dünən, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Dünən, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Dünən, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Dünən, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Dünən, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Dünən, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Dünən, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Dünən, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Dünən, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Dünən, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Dünən, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Dünən, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Dünən, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Dünən, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Dünən, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Dünən, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Dünən, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Dünən, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Dünən, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Dünən, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Dünən, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Dünən, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Dünən, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Dünən, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Dünən, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Dünən, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Dünən, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Dünən, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru