İcra başçısını saya salmayan bələdiyyə sədri... - İllərdiir görəvdədir...
Tarix: 10-08-2016, 09:59 | Çap et
 Mövzuya dair dərc etdiyimiz yazılarda biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Lakin bu gün haqqında bəhs edəcəyimiz bələdiyyə orqanında formalaşmış vəziyyət bir qədər fərqlidir. Məsələ bundadır ki, Ağcabədi rayonu, Sarıcalı kənd bələdiyyəsinin keçmiş sədri Namiq Salahov bu qurumu artıq beş ildən artıq müddətdir ki, tam müstəqil formada (əslində burada özbaşına kəlməsi daha münasib olardı) idarə edir. Həm də bu özbaşınalığı, keçmiş bələdiyyə sədri – icra başçısının mənə gücü çatmaz, kimi ifadələrlə də təsdiq edir. Amma bu arxayınlığın səbəbi barədə bir qədər sonra danışarıq. Hələlik isə, Sarıcalı bələdiyyəsinin məhz keçmiş sədr tərəfindən necə idarə olunduğu və ümumiyyətlə onun barəsində bizimdovr.az-a daxil olmuş şikayətin mahiyyəti barədə bəzi açıqlamalar verək.
Beləliklə, redaksiyamıza daxil olmuş şikayət ərizəsində Ağcabədi rayon sakini Alim İslamov bildirir ki, Namiq Salahov 2011-2014-cü illər ərzində Sarıcalı kənd bələdiyyəsinin sədri olmuşdur. Elə həmin vaxt, şikayətçi qeyri-yaşayış məqsədilə istifadə üçün 900 kv.m-lik (9 sot) sahəsi olan torpaq ərazisi almaq üçün bələdiyyə sədrinə 15 min manat nəğd pul ödəyib. Bundan sonra, Namiq Salahov 2 sot torpaq sahəsini hərrac vasitəsilə sənədləşdirərək, Alim İslamova satıb. Qalan 7 sotu isə, guya ki, icarə müqaviləsi əsasında təqdim edəcəyinə söz verib. Lakin bir müddət sonra, şikayətçi üçün nəzərdə tutulan ərazinin başqa bir sahibi də meydana çıxıb. Məlum olub ki, həmin şəxsin bu əraziyə daha köhnədən qalma sənədləri var. Mübahisəli ərazi üstündə qalmaqal yarandığından Alim İslamov həmin torpadan imtina edib və bələdiyyə sədrindən verdiyi pulları geri istəyib. Amma bu pulları Namiq Salahov indinin özünə qədər geri qaytarmır ki, qaytarmır. Hətta əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı keçmiş bələdiyyə sədri ümumiyyətlə Alim İslamovdan pul almadığını da bəyan edib. Amma şikayətçi bildirir ki, həmin pulu sədrə iki nəfər vətəndaşın şahidliyi ilə verib. İndi də keçək bu qalmaqallı məsələnin başqa bir maraqlı cəhətinə. Qeyd etdiyimiz kimi, Namiq Salahov 2011-2014-cü illər ərzində Sarıcalı kənd bələdiyyəsinin sədri olub. Lakin, artıq 2014-cü ildə onun fəaliyyətindən doğan narazılıqlar həddindən artıq çox olduğuna görə, bələdiyyə sədri tutduğu vəzifədən istefa verib. Ən maraqlısı isə budur ki, vəzifədən çıxarkən Namiq Salahov öz yerinə qardaşının həyat yoldaşını təyin etdirib. Bizdə olan məlumata görə, həmin xanım eyni zamanda həm Ağcabədidə, həm də Bakıda həkim işləyir. Namiq Salahov isə vəzifədən çıxsa da, yeni sədrdən etibarnamə alaraq, bələdiyyənin bütün işlərini yenə də özü idarə edir. Beləcə bu vəziyyət 2016-cı ilin əvvələrinə qədər davam edir. Təxminən 5-6 ay bundan əvvəl isə, Sarıcalı bələdiyyəsinin rəhbərliyində yenidən dəyişiklik baş verir. Bu dəfə də sədr vəzifəsinə Namiq Salahovun doğmaca əmisi, Məhəmməd Salahov seçilir. Amma idarəçilik yenə də Namiq Salahovda və yenə də etibarnamə əsasında qalır. Göründüyü kimi, bütün bu özbaşınalıqların tamamilə cəzasızlıq şəraitində baş alıb getməsi, həqiqətən də Namiq Salahovun Sarıcalıda müstəsna səlahiyyətlərə sahib olmasından xəbər verir. Mənbə vurğulayır ki, keçmiş bələdiyyə sədri özü bu səlahiyyətlərin ona baş nazirin köməkçisi Tofiq Sarıcalınski və ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən verildiyini və məhz bu səbəbdən də Ağcabədi RİH-nin başçısı Şahin Məmmədovun ona gücü çatmadığını bildirir...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04 |
|
|
|
|