Siyəzən şəhər İcra Hakimiyyətinin Başçısı N.Novruzova müraciət edən Siyəzən şəhər Alı Mustafayev küç ev 34 də yaşayan Vəliyev Amid Firudin oğlu 7 nəfərlik ailəsinin dolanışığının təmin edilməsində çətinlik çəkdiyini, rayon rəhbərindən bu məsələdə kömək gözlədiyini qeyd edir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Məlumat üçün bildirim ki, mən Siyəzən şəhər sakini Vəliyev Amid Firudin oğlu 5 ildi ki Dost MMC də müqavilə əsasında işləyirdim.Lakin təxminən 5 -6 ay bundan öncə işdən azad edilmişəm və həmin gündən bu yana maddi sosial vəziyyətim tamamilə dözülməz həddə çatıb.
Qeyd edim ki mən 4 oğlan övladı atasıyam və ümüumilikdə ailəmiz 7 nəfərdən ibarətdir.Evdə işləyən təkcə mən olmuşam və həmin müddətdə Bankdan manat kredit götürmüşdüm ki həmin krediti hazırda ödəyə bilmədiyim üçün məhkəməyə verilmişəm və məhkəmə mənim haqqımda ayda 120 manat kredit ödənişi barəsində qətnamə qəbul edib. Lakin mən artıq 6 aydır ki həmin məbləği ödəyə bilmirəm mən hazırda anamın aldığı 220 manat sosial ödənişə bağlı qalmışam və 7 nəfər ailə üzvünün bu şəkildə ehtiyaclarını ödəməsi münkün deyil.Anam xəstədir tez tez onu sudurqa tutur və onun dərmanlara ehtiyacı var ki mən bu dərmanları təmin edə bilmirəm.Həyat yoldaşımın təcili olaraq əməliyyata ehtiyacı var həmin əməliyyat edilməsə başqa fəsadlar ortaya çıxacaq lakin mənim həmin əməliyyatı həyata keçirmək üçün heç bir imkanım yoxdur.Məsələ özümə gəldikdə isə gözlərimdə ağır problemlərim var lakin yenə də 5 il müddətində ailəmi təmin etmək üçün əlimdən gələni edib iş funksiyamı icra etmişəm gözümə görə pensiya ilə təmin olunmam gərəksə də onu da ala bilmirəm.Ev şəraitim tamamilə bərbad vəziyyətdədir övladlarım demək olar ki torpağın üzərində yatıb qalxır nümayəndə göndərib vəziyyətimlə maraqlana bilərsiz.Sonda onu qeyd edim ki mən 4 oğul övladı atasıyam və onlar gələcəyin əsgərləridir onların sağlam şəkildə inkişaf etmələri üçün mənim bir ata kimi onları maddi baxımdan təmin etməyim gərəkir bunu da anamın aldığı 220 manatla etmək münkün deyil.
Qeyd olunanları əsas alıb Sizdən xahiş edirəm ki mənim əvvəlki işimə qaytarılmağım üçün mənə dəsətək olasınız və məsələnin həlli üçün lazımı şəxslərə göstəriş verəsiniz. Xahiş edirəm ağır maddi sosial vəziyyətimi nəzərə alın..."