Ərazi Tikinti-Planlaşdırma Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, tender “Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili xidmətləri”nin satın alınmasını əhatə edir.
Tenderin qalibi “Ramco” QSC və “Real İnşaat” MMC birliyi (VÖEN: 1501703131-3400157541) olub və tərəflər arasında bağlanan müqavilənin dəyəri 12 639 345 AZN təşkil edir.
Qeyd edək ki, “Ramco” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2.000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rövşən Abdullayev Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35A, mənzil 40-da yerləşir.
Qeyd edək ki, “Real İnşaat” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nizami Allahverdiyev Nüsrət oğludur. Hüquqi ünvanı Ağdam rayonu, Quzanlıda yerləşir.