Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                 

SAHİL BABAYEV “ŞAPKA MAMED”DƏN NİYƏ “QURTULDU”? - “Mənə bildirildi ki, ətrafında killerlər dəstəsi saxlayır...”
Tarix: 16-04-2025, 11:10 | Çap et
SAHİL BABAYEV “ŞAPKA MAMED”DƏN NİYƏ “QURTULDU”?
Xəbər verildiyi kimi, dünən “Aqrarkredit” QSC-nin səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda İH-nin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə bağlı yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub: “S.Babayev səlahiyyət müddətləri başa çatan İH-nin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib. O, ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib”.

Yəni, faktiki olaraq, Maliyyə naziri S.Babayev “səlahiyyət müddətinin başa çatması” adı altında “Şapka Mamed” kimi tanınan Məmməd Musayevi və onunla birgə işləyənləri bu qurumdan kənarlaşdırıb. Hansı ki, Azərbaycanda çoxdan səlahiyyət müddəti bitsə də, vəzifəsini davam etdirən, səlahiyyətini “təzələyən” nə qədər desən məmur tapmaq olar. Bu halda isə S.Babayev “Şapka Mamed”i saxlamağa yox, yola salmağa üstünlük verib və bu zaman onun işini tərifləməyi də unutmayıb.

Ancaq məsələ ondadır ki, nazir bir tərəfdən “ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini” deyir, digər tərəfdən isə Məmməd Musayev başda olmaqla bütün İdarə Heyətini növbədənkənar iclas keçirib yola salır. Sual olunur ki, Musayevin işi tərifə layiq idisə, nədən uzaqlaşdırldı? Təbii ki, Azərbaycan reallıqlarını nəzərə alsaq, bu cür “yolasalmalar” adi haldır və birinci dəfə deyil ki, rast gəlinir…

Məmməd Musayevin özünə və fəaliyyətinə gəlincə, o, “Şapka Mamed” ləğəbini vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. Musayev həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. Bu barədə ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunub, məhkəmələr keçirilib, amma edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalıb…

"Aqrarkredit"dəki fəaliyyətinə gəlincə, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “Aqrarkredit”in idarəçiliyinə verilib ki, özəlləşməyə çıxarılsın. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “Aqrarkredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı bir səhih məlumat yoxdur. Əvəzində, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə dəyər itirib, daha doğrusu, böyük ehtimalla bilərəkdən dəyərsizləşdirilib.

51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Fərq və Musayevin “uğurlu” fəaliyyəti göz qarşısındadır. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində də əksini tapıb. Təbii ki, yaxın keçmişə dayanan bu və buna bənzər bütün faktlardan yeni nazir S.Babayevin də xəbəri var…

Ümumiyyətlə, Məmməd Musayev mətbuatda ən çox adı hallanan, şikayət edilən “bankir” sayıla bilər. Məsələn, təxminən ilyarım əvvəl dövlət vəzifəsi daşımasına baxmayaraq, onun “Türk-Amerikan” klinikasını alması barədə məlumat yayıldı. Həmin vaxt sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Məmməd Musayevin onu qanunsuz olaraq işdən çıxarması haqda müraciəti yayılıb. Onun müraciətində qeyd edilirdi ki, "Şapka Mamed" “Türk-Amerikan” klinikasını alıb: "Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı. Klinikaya öz qızını direktor təyin etdi, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış “şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı… Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu “şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.

Qeyd edək ki, dövlət vəzifəsində olmasına baxmayaraq, M.Musayevin “TuranBank” ASC-nin faktiki sahibi, eləcə də, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü vəzifələrini daşıyıb. Hansı ki, dövlət qulluğunda olmaqla bərabər bu vəzifələrin tutulması nə qanuna, nə də məntiqə uyğun deyildi. Ancaq yenə də əsas söz, vurğu təbii ki, qanunun yox reallığın tərəfində olub. Reallıq isə həm də onu deyir ki, əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur, öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil.

Onun bank sahəsindəki “fərasətinin” kökündə isə Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığı durur. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab edilir. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

Bir sözlə, S.Babayev bank sektorundakı “əyri-üyrü” işlərdə adı hallanan bəlkə də “son mogikanı” yola saldı. Daha bir “gecə-gündüz xalqı düşünən və ona xidmət edən” məmur fəxri istirahətə göndərildi…

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru