Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib .....                     "Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" .....                     Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI .....                     "Sən mənim ilk musiqim, ilk duamsan..." .....                     Sabiq baş həkimə hökm oxunub .....                     ƏT NİYƏ BAHADIR? .....                     Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi .....                     "Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" .....                     Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! .....                     Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab .....                     Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib .....                     “Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir .....                     “Bu məhkumlar azadlığa buraxıla bilər” .....                     Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir .....                     Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... .....                     102-ci baza BAĞLANIR? .....                     Bu rayonda abadlıq işləri aparılacaq .....                     Makronun Cənubi Qafqaz planının İFLASI .....                     TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır .....                     “Nikol Ermənistanı xilas etdi” .....                     Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb .....                     Deputatlar orqanlarını bağışlaya bilərmi? .....                     Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib .....                     Bəxtiyar paşa Azərbaycandan niyə getdi? .....                     Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi .....                     Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib .....                     Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu .....                     İki Mehriban arasında dava bitmir .....                     Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... .....                     Konstitusiya dəyişən kimi Azərbaycanın .....                     Soyuq Alyaskada görüş .....                     Azərbaycanda 185 min evdə internet yoxdur .....                     Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı .....                     Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb .....                     “İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib .....                     Ermənistan üçün Azərbaycandan keçən yollar açılır .....                     Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib .....                     Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər? .....                     İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı .....                     Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək .....                 

Musiqi müəllimləri şagird qıtlığına görə İXTİSAR OLUNUR? - NƏ BAŞ VERİR?
Tarix: 4-04-2025, 11:23 | Çap et
Musiqi müəllimləri şagird qıtlığına görə İXTİSAR OLUNUR?
“Burada niyyət xoşməramlıdır. Sosial şəbəkələrdə attestasiya ilə bağlı təhdidlər yayılır ki, bu, hansısa işdən çıxarılma prosesidir. Qətiyyən belə deyil. Biz həmkarlarımızla görüşlərdə dəfələrlə bildirmişik ki, attestasiyanın məqsədi Azərbaycanın incəsənət məktəblərində çalışan müəllimlərlə bağlı dataların əldə edilməsidir. Biz bilməliyik ki, onların hansı bacarıqları var. Çünki sonradan onları təlimlərə cəlb etmək üçün bu imkanlar bizə kömək edəcək.”

Bu fikirləri hələ yanvar ayında Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov İTV-yə açıqlamasında bildirmişdi.

Valehov çıxışında qeyd etmişdi ki, attestasiya prosesi heç bir təşviş və qorxu yaratmamalıdır: “Müstəqillikdən sonra incəsənət və musiqi məktəblərində müəllimlərin attestasiyası aparılmayıb. Bu da bizə müvafiq məlumatların əldə edilməsində çətinlik yaradırdı. Həmin məktəblərdə çalışan müəllimlərin peşəkar bacarıqları barədə dəqiq məlumata malik deyilik. Biz istəyirik ki, bu xəritəni öyrənək. Ən azı gələcəkdə həmin müəllimlərin müxtəlif qərarların verilməsində, onların karyera inkişafında düzgün addımlar atmaq üçün bu məlumat bazası bizə lazımdır. Məhz buna görə də bu proses həyata keçirilir.”

Nazirliyin nümayəndələri attestasiyadan sonra heç bir müəllimin işdən çıxarılmayacağına dair vəd versələr də, fevral-mart aylarında keçirilən imtahanda iştirak edən 1675 müəllimin 492-si tutduğu vəzifəyə uyğun hesab edilməyib. Həmin müəllimlər çalışdıqları müəssisələr tərəfindən işdən azad edilmələri barədə bildiriş alıblar.

Qeyd edək ki, qiymətləndirmə Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Lakin onlardan yalnız 1675 nəfəri imtahanda iştirak edib. Bu isə o deməkdir ki, iştirak edən müəllimlərin 30 faizi attestasiya prosesindən keçə bilməyib.

Mədəniyyət Nazirliyi açıqlamasında attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 müəllimin təlimlərə cəlb olunacağını və müəyyən müddətdən sonra keçiriləcək imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklərini qeyd edib.

Lakin aydın olur ki, attestasiya prosesindən keçə bilməyən müəllimlər təkmilləşdirməyə gedəcəkləri təqdirdə belə, onların işdən kənarlaşdırılmayacağına təminat verilmir. Onlar yalnız yenidən işə qəbul prosedurundan keçməlidirlər. Müqayisə üçün qeyd edək ki, Təhsil Nazirliyinin apardığı qiymətləndirmələrdə müəllimlər ilk imtahandan keçə bilmədikdə, ikinci dəfə onlara şans verilir və bu müddət ərzində onlar işdən azad olunmurlar. Lakin Mədəniyyət Nazirliyi öz müəllimləri üçün belə bir imkanı tanımır.

Həmkarlar təşkilatının gözü qarşısında müəllimlər necə aldadılıb?

Müəllimlər isə onların aldadıldığını və sonradan təhdid edildiklərini bildirirlər. 33 nömrəli musiqi məktəbinin müəllimi şikayətində qeyd edir ki, 16-30 il iş təcrübəsi olan müəllimlərə attestasiya protokoluna təkmilləşdirmə adı ilə imza atdırılıb:

“Amma sonra işimizə xitam verildi. Hamımızın sosial vəziyyəti ağırdır, kirayədə qalan müəllimlər var. Cəsarət müəllim efirdə açıq şəkildə bildirmişdi ki, heç bir müəllim işdən çıxarılmayacaq, biz sadəcə bilik səviyyəsini yoxlayırıq. Bu gün isə həm kursa göndərilənləri, həm də attestasiya nəticəsində kəsilənləri işdən çıxarırlar. Komissiyanın 5 üzvü bizə ilkin olaraq təkmilləşdirmə kursuna göndəriləcəyimizi desə də, məktəbdən bizə öz ərizəmizlə işdən çıxmağı təklif edirlər. Bildirilir ki, əgər ərizə yazıb işdən çıxsanız, gələcəkdə imtahanla yenidən qayıda bilərsiniz. Lakin işəgötürən bizə xitam versə, bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə olacaq.”

Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi isə işdən çıxarılmanın ən riskli və ağır nəticələr doğura biləcək maddələrindən biridir.

Bu bəndə əsasən, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Bu əsasla işdən çıxarılan şəxslər gələcəkdə yeni iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Ümumiyyətlə, musiqi müəllimləri imtahanların şəffaf və obyektiv keçirilməsinə şübhə ilə yanaşırlar.

Təhdid dolu işdən çıxarılma prosesi həmkarlar təşkilatının gözü qarşısında baş verir. Qeyd edək ki, attestasiya komissiyasının üzvlərindən biri məhz həmkarlar təşkilatının nümayəndəsidir. Lakin onların iştirakı ilə müəllimlərin “təkmilləşdirmə” adı altında kütləvi şəkildə işdən çıxarılması həyata keçirilir.

Mədəniyyət Nazirliyi açıqlamasında tutduğu vəzifəyə uyğun hesab edilməyən yalnız 20 müəllimin Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünü bildirib. Bu maddə aşağıdakı kateqoriyalara aid olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qadağan edir:

Hamilə qadınlar və üç yaşınadək uşağı olan qadınlar;
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
Yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəbəqədər yaşda uşağını təkbaşına böyüdən şəxslər;
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər;
Şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi olan işçilər;
Həmkarlar ittifaqlarının və ya hər hansı siyasi partiyanın üzvü olan şəxslər;
Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan ailə üzvü olan işçilər.

Musiqi və incəsənət məktəbləri bağlanır

Görünən odur ki, 2023-cü ildə Mədəniyyət Nazirliyində yeni rəhbərliyin təyin olunmasından sonra başlanılan islahatlar, atalar demişkən, hələ çox su aparacaq. Bu islahatların ilk nəticələrindən biri yaradıcılıq və incəsənət mərkəzlərində, musiqi məktəblərində çalışan işçilərin kütləvi şəkildə attestasiya adı ilə işdən çıxarılmasıdır.

Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində aparılan attestasiya prosesi ciddi narazılıqlara səbəb olub. Xüsusilə, tədris ilinin ortasında müəllimlərin attestasiyaya cəlb edilməsi fevral ayından etibarən musiqi məktəblərində dərs prosesinin iflic vəziyyətinə düşməsinə səbəb olub. Dərslərdə axsamalar müşahidə edilir. Halbuki bu proses tədris ilinin sonunda, yay aylarında da təşkil edilə bilərdi. Hazırda müəllimlərin ilin ortasında tədris prosesindən uzaqlaşdırılması məktəblərin şagirdlərinin də təhsilinə təsirsiz ötüşməyib.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, ixtisarların əsas səbəbi Mədəniyyət Nazirliyinə tabe olan incəsənət və musiqi məktəblərinin sayının azaldılmasıdır. Belə ki, əldə olunan məlumatlara əsasən, hazırda Bakıda fəaliyyət göstərən 35 musiqi məktəbinin sayının 20-yə endirilməsi planlaşdırılır. Ümumiyyətlə, statistikada həmin məktəblərdə şagird sayının ildən-ilə azaldığı müşahidə edilir.

Hazırda ölkə üzrə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sayı 236-dır. Son 7 il ərzində 4 məktəb bağlanıb, onlardan 2-si musiqi məktəbidir. Hazırda ölkədə 183 musiqi məktəbi fəaliyyət göstərir.

Ümumiyyətlə, statistikaya baxdıqda həm belə müəssisələrdə təhsil alanların, həm də müəllimlərin sayının azaldığını görmək mümkündür.

Belə ki, 2016/2017-ci tədris ilində 185 musiqi məktəbində 48 min 803 şagird təhsil alıbsa, 2024-cü ildə bu rəqəm 39 min 813-ə düşüb. Yəni, son 7 il ərzində musiqi məktəblərində təhsil alan şagirdlərin sayı 18,4% azalıb.

Bu dövr ərzində musiqi məktəblərində çalışan müəllimlərin sayı da 22,7% azalaraq 12 min 786 nəfərdən 9 min 871 nəfərə düşüb.

Eyni tendensiya incəsənət və rəssamlıq məktəblərində də müşahidə olunur. Hazırda belə məktəblərin sayı 53-dür. 2016-cı ildən bəri 2 incəsənət və rəssamlıq məktəbi bağlanıb.

Bu sahədə təhsil alan şagirdlərin sayı 12,8% azalaraq 18 min 226 nəfərdən 15 min 884 nəfərə düşüb. Müəllimlərin sayı isə 16,8% azalaraq 4 min 733 nəfərdən 3 min 937 nəfərə enib.

Statistika göstərir ki, ölkənin yaradıcılıq mərkəzlərində həm təhsil alanların, həm də müəllimlərin sayı sürətlə azalır. Attestasiyadan sonra baş verən kütləvi ixtisarlar isə bu azalma prosesini daha da sürətləndirəcək. Nəticədə dövlət tabeliyində olan yaradıcılıq mərkəzlərinin bağlanması sayının azaldılması qaçılmaz görünür.

Maraqlıdır ki, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin cəmi 17,4%-i ali təhsillidir. Qalan 82,1%-i isə orta ixtisas təhsilinə sahibdir.

Qarşıdakı dövrdə 12 mindən çox müəllimin attestasiyaya cəlb olunacağı gözlənilir və növbəti 2 il ərzində yaradıcılıq və incəsənət müəssisələrində kütləvi ixtisarları müşahidə edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib - deputat
Bu gün, 00:20
"Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" - FOTO
Bu gün, 00:18
Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI - “Biz buna qarşıyıq”
Bu gün, 00:15
"Sən mənim ilk musiqim, ilk duamsan..."
Dünən, 18:04
Sabiq baş həkimə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:01
ƏT NİYƏ BAHADIR? - AKTUAL
Dünən, 17:57
Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi - ƏMR
Dünən, 17:55
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" - ETİRAZ
Dünən, 17:52
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR
Dünən, 17:50
Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Dünən, 17:45
Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib
Dünən, 17:36
“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir
Dünən, 17:28
“Bu məhkumlar azadlığa buraxıla bilər” - Hüquq müdafiəçisi AÇIQLAYIR
Dünən, 17:13
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir -7.2 milyon dollarlıq Alyaska...
Dünən, 17:10
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... - AKTUAL
Dünən, 17:04
102-ci baza BAĞLANIR? – “Bu qüvvələrin Ermənistandan çıxarılması asan proses olmayacaq”
Dünən, 16:52
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
Dünən, 16:51
Makronun Cənubi Qafqaz planının İFLASI – Fransa regionumuza “ƏLVİDA” DEYİR...
Dünən, 16:48
TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır – 3.8 milyon xərclənəcək
Dünən, 16:44
“Nikol Ermənistanı xilas etdi” - Ermənistanda hamı bu rəydədir?
Dünən, 16:42
Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb - “X”
Dünən, 16:38
Deputatlar orqanlarını bağışlaya bilərmi? - “Bunu məmuniyyətlə edərdim, amma...”
Dünən, 16:36
Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib
Dünən, 16:32
Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - İLGİNC
Dünən, 16:24
Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi
Dünən, 16:19
Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib
Dünən, 16:00
Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu
Dünən, 15:58
İki Mehriban arasında dava bitmir - Əməkdar artist yenə sərt danışdı
Dünən, 15:54
Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... - TƏFƏRRÜAT
Dünən, 15:53
Konstitusiya dəyişən kimi Azərbaycanın - Ermənistan əlaqələri inkişaf edəcək
Dünən, 15:02
Soyuq Alyaskada görüş - Onlar nəyi böləcəklər?
Dünən, 14:59
Azərbaycanda 185 min evdə internet yoxdur
Dünən, 14:56
Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 14:54
Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb - DETALLAR
Dünən, 14:53
“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib - Vətəndaş şikayəti...
Dünən, 14:48
Ermənistan üçün Azərbaycandan keçən yollar açılır – erməni nazir AÇIQLADI
Dünən, 14:44
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:21
Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər?
Dünən, 13:08
İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi
Dünən, 13:01
Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək - “The Telegraph”
Dünən, 12:59
Azərbaycana hücum Rusiya üçün intihar olar - Erməni ekspert
Dünən, 12:57
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:47
Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı - “Cavandır, uşağı var...”
Dünən, 12:46
"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
Dünən, 12:43
"Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur”
Dünən, 12:37
Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs SƏRXOŞ OLUBMUŞ
Dünən, 12:35
Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? - Russayağı ŞANTAJ
Dünən, 12:34
İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:31
"Təyyar da, Samir də böyük sənətkardır"
Dünən, 12:25
ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma - TƏFƏRRÜAT
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru