Bu gün paytaxtın 555 küçəsi yuyulub .....                     Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” .....                     Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq .....                     Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi .....                     Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər .....                     Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU .....                     Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib .....                     Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb .....                     "Nə deyim vallah: utanın, ölün, yerə girin də..." .....                     Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb .....                     "Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün fürsət ola bilər" .....                     Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır... .....                     Cabirin atasından vəhhabi iddialarına CAVAB .....                     Elmar Məmmədyarov niyə məmurla quda olmadı? .....                     8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR .....                     “Allaha tapşırıram” .....                     Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır .....                     Milyardlarla dollarlıq Azərbaycan nefti Aktauya qanunsuz daşındı .....                     “Veteran” adı almağa "ödənişli" kömək... .....                     Özbəkistan rus dilindən "uzaqlaşıb" öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... .....                     Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı .....                     Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ .....                     Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq .....                     ABŞ-da büdcə BÖHRANI .....                     Şirvanda başçı müavini sahibkarlara "haqq" qoyub .....                     Xaçmazda imam müavini arvadını boğaraq öldürdü .....                     Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi... .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib .....                     "Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et" .....                     Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır .....                     4 Oktyabr - Cəbrayıl şəhəri günüdür .....                     Xankəndidən qaçan o qadın... .....                     "Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?" .....                     İlham Əliyev Ermənistana SƏFƏR EDƏCƏK? .....                     Makron bükə bilmədiyi əli ÖPMƏLİ OLDU... .....                     Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR? .....                     Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur .....                     Emin Əmirullayevin adamında 350 min hardandı .....                 

Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur - reaksiya
Tarix: Bu gün, 09:09 | Çap et

Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik korpusunun əməkdaşı Aşxen Aleksanyan dövlətə xəyanətdə ittiham olunur. Ən son məlumata görə, Aleksanyan ittihamları rədd edib. Bu barədə “Hraparak” qəzeti öz mənbəyinə istinadən xəbər yayıb.

Qəzetin yazdığına görə, onun vəkilləri Abqar Poqosyan və Tavros Gevorqyan ittihamları şərh etməkdən imtina ediblər. Lakin həbslə bağlı yuxarı instansiyaya müraciət etdiklərini bildiriblər.

Ermənistanın İstintaq Komitəsi (İK) “Armenia Today” agentliyinə təsdiqləyib ki, Aleksanyan bu işlə məşğul olan yeganə şəxsdir və ibtidai istintaqın sonunda həbs olunub. Agentlik işin təfərrüatlarını açıqlamayıb. Rəsmi açıqlamaya əsasən, Avstriyada konsul işləmiş bu qadın “xarici dövlətin nümayəndəsini dövlət sirri təşkil edən məlumatlarla tanış etmək üçün şərait yaratmaqda və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməkdə” günahlar bilinir. Bu günlərdə “təhqiqat” yekunlaşıb və iş məhkəməyə göndərilib.

Aleksanyanın həbsi bu il avqustun 29-da elan edilib. Həmin gün İstintaq Komitəsi Aleksanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlandığını təsdiqləyib. “Xəyanət” isə bu erməni qadının Avropada bir azərbaycanlı diplomatla sevgi münasibətlərində olmasından ibarətdir. Bu barədə mediada yazılar da gedib.

İyunun 20-də Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı ilə bağlı Cinayət Məcəlləsinin 418 və 424-cü maddələrinin 1-ci bəndi üzrə cinayət işi başlanıb. A.Aleksanyan “xarici dövlətin nümayəndəsinin dövlət sirri olan məlumatlarla tanış olmasına şərait yaratmaq və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərmək”lə təqsirləndirilir.

Ermənistanın Avstriyadakı konsulluğunun əməkdaşı Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir. Qeyd olunur ki, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, amma hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamağa qərar verib.

İddiaya görə, diplomatın üzərindən bəzi sənədlər tapılıb. Erməni qadın dindirilmə zamanı təkbaşına hərəkət etmədiyini söyləyib. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında genişmiqyaslı axtarışlar aparıb. Belə ki, o, Adəm adlı bir oğlanla tanış olub. Guya konsul onun azərbaycanlı olduğunu bilməyib. O özünü ABŞ-də doğulmuş və Avstriyada yaşayan yəhudi iş adamı kimi təqdim edib, ingilis və alman dillərində danışaraq ünsiyyət qurublar. Daha sonra o, məlumatları qarşı tərəfə ötürüb. Bu müddət ərzində Aşxen ayda 3500 avro nağd pul alıb.

Sual yaranır: bir erməni qadın-diplomatın azərbaycanlı ilə insani əlaqələr qurması “vətənə xəyanət” sayılırsa, o zaman rəsmi İrəvan Bakı ilə qarşılıqlı etimad mühiti yaratmağı nə cür təsəvvür edir? Necə deyərlər, “o nə pəhriz, bu nə turşu?”

Bəs absurd ittihamları rədd edən Aleksanyanı hansı cəza gözləyir? Məhkəmədə Azərbaycanın adı hallana bilərmi? Bu qadın-konsul ölkəmizə dövlət əhəmiyyətli hansı məxfi sənədlərin ötürülməsinə şərait yarada bilərdi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Ermənistan sülh prosesinə xələl gətirən elementlərə son qoymalıdır. Onun sözlərinə görə, müsbət irəliləyişin olduğu halda ona zərər vuran addımlar kənar güclərin əlinə fürsət verə bilər: “Son zamanlar Ermənistan suyu bulandıran addımlar atır. Paşinyan və müavini gah Zəngəzur dəhlizi deyilməsinə etiraz edir, gah diplomatı casus ittihamı ilə həbs edir. Rəsmi məlumatda Azərbaycanın adı çəkilməsə də, vətənə xəyanət maddəsi irəli sürülübsə, deməli, Azərbaycana işarə olunub. Təbii ki, belə həbslər sülh gündəliyini poza bilməz. Tərəflər tarixi sənəd imzalayıblar. Amma Ermənistanın spekulyasiyaları bəyənilən hal deyil”.

Hüquq müdafiəçisi qeyd edib ki, etimad mühiti kövrəkdir və kənar qüvvələr onun pozulması üçün dəridən-qabıqdan çıxır: “Konsulun hansı informasiyaları ötürdüyü, casusluğunun nədən ibarət olduğu şübhəsiz ki, məlum deyil. Ancaq onun həbsində siyasi motivin olması istisna deyil”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu da sülhün bərqərar olduğu bir vaxtda belə təqdimatları yolverilməz və zərərli hesab edir. Onun sözlərinə görə, diplomatın azərbaycanlı ilə sevgili olması və onun kimliyi haqda real informasiyalar açıqlanmır: “Hətta belə bir münasibət olubsa, onun casusluq etməsi sual doğurur. Axı müharibə bitib, bir konsul nə kimi məlumatlar verə bilər ki, vətənə xəyanət olsun?! Məncə, onun bir azərbaycanlı ilə əlaqəsini artıq vətənə xəyanət kimi qiymətləndirə bilərlər”.

Hüquq müdafiəçisi konsulun xüsusi əhəmiyyətli informasiyalara malik olduğuna inanmır və sadəcə, Ermənistanın bir erməni ilə azərbaycanlının münasibət qurmasını böyük qəbahət kimi gördüyü göz qabağındadır: “Parlamentin sədri Simonyan deyir ki, azərbaycanlılar İrəvana gələcək, ticarət olacaq, məhsullarımızı satacağıq, bazarlarda Azərbaycan malları olacaq. Onda bu necə barışıqdır ki, iki nəfərin sevgi münasibətini vətənə xəyanət kimi qəbul edirlər? Ona görə də sülh prosesi uzun məsafəli yoldur və ayaq altında təmizlənməli çoxlu daşlar var. Üstəlik, onu pozmağa hazır qüvvələr müxtəlif ssenarilər üzərində baş sındırırlar. Biz elə etməliyik ki, çox çətinliklə yaranan etimad mühiti korlanmasın. Hər bir halda, bu həbsin Bakı-İrəvan arasında böyük problem yaradacağını da düşünmürəm”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün paytaxtın 555 küçəsi yuyulub
Bu gün, 17:28
Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” - FOTO
Bu gün, 13:14
Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq
Bu gün, 13:13
Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi - ONA GÖRƏ DƏ...
Bu gün, 13:03
Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər -Kremlin çıxış yolu Bakı və Ankaradan keçir
Bu gün, 13:01
Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU - Standartlaşdırma və Meteorologiya İnstitutunun əməkdaşı QOVULDU
Bu gün, 12:46
Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib - FOTO
Bu gün, 12:39
Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb - AÇIQLAMA
Bu gün, 12:34
"Nə deyim vallah: utanın, ölün, yerə girin də..." - Keçmiş deputat Azercell-in oğurluğunu İFŞA ETDİ
Bu gün, 12:31
Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Bu gün, 12:24
"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün fürsət ola bilər" - Zərif
Bu gün, 12:22
Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır... - Amma səbəblərindən danışmadı...
Bu gün, 12:19
Cabirin atasından vəhhabi iddialarına CAVAB - "Biz nə hayda, siz nə hayda?"
Bu gün, 12:15
Elmar Məmmədyarov niyə məmurla quda olmadı? – VİDEO
Bu gün, 12:07
8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR – Putinin “Valday”da görməzdən gəldiyi problemlər
Bu gün, 12:02
“Allaha tapşırıram” - Sərxan Kərəmoğlu kimə QARĞIŞ ETDİ?
Bu gün, 11:54
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır - SƏRƏNCAM
Bu gün, 11:51
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 11:49
ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır - "Fox Business"
Bu gün, 11:46
Milyardlarla dollarlıq Azərbaycan nefti Aktauya qanunsuz daşındı - Mütəşəkkil dəstənin MƏHKƏMƏSİ
Bu gün, 11:31
“Veteran” adı almağa "ödənişli" kömək... - Əlillər şikayət edir, laboratoriya həkimi özünü təqsirli bilmir
Bu gün, 11:22
Özbəkistan rus dilindən "uzaqlaşıb" öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... - Bəs Azərbaycan?
Bu gün, 11:20
Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı - VİDEO
Bu gün, 11:13
Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ - FOTO
Bu gün, 11:08
Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 10:57
ABŞ-da büdcə BÖHRANI – Nə baş verir?
Bu gün, 10:48
Şirvanda başçı müavini sahibkarlara "haqq" qoyub - BU NƏDİ BELƏ?
Bu gün, 10:44
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:37
Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi... - TƏFƏRRÜAT
Bu gün, 10:22
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib
Bu gün, 10:08
"Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et" - NARAZILIQ VAR...
Bu gün, 09:56
Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır - İTTİHAM VAR...
Bu gün, 09:48
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür - MƏQALƏ
Bu gün, 09:42
Xankəndidən qaçan o qadın... - Metakse nə istəyir?
Bu gün, 09:38
"Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?" - ETİRAZ VAR...
Bu gün, 09:30
İlham Əliyev Ermənistana SƏFƏR EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 09:24
Makron bükə bilmədiyi əli ÖPMƏLİ OLDU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:21
Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR? - ÖZBAŞINA QALIBLAR
Bu gün, 09:19
Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur - reaksiya
Bu gün, 09:09
Emin Əmirullayevin adamında 350 min hardandı – Museyibovun sirri
Bu gün, 08:12
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."
Bu gün, 08:09
”AYNA rəhbəri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb?” - Partiya sədri SORUŞUR
Bu gün, 08:02
Pekin Vaşinqtonu 1 trilyon dollar investisiya ilə ələ almaq istəyir - KİV
Bu gün, 07:58
Şərurlu İsfəndiyardan həbs olunacağı iddialarına reaksiya - "Allah bilir..."
Bu gün, 07:57
Qudaların başqa vəzifələri də varmış... - Dövlət Agentliyində traybalizm...
Bu gün, 07:55
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTO
Bu gün, 07:52
Milli Qəhrəmanın ruhuna sayğısızlıq... - BU NƏDİ BELƏ?
Bu gün, 07:49
Məktəblərdə "fond pulu" YIĞIMI - AXI NİYƏ?..
Bu gün, 07:45
132-134 saylı məktəbdən səs yazısı YAYILDI - "60 azn-dən pul yığılsın"
Bu gün, 07:41
Sülh carçısı, yoxsa qatı şovinist? – Papoyanın səlahiyyətləri harada bitir
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru