Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı .....                     Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU .....                     “Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” .....                     Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... .....                     Onlar da YOL ÜSTÜNDƏDİR... .....                     Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... .....                     “Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi .....                     “Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” .....                     İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər .....                     Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR .....                     74-cü maddənin C BƏNDİ... .....                     Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... .....                     Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? .....                     Paşinyanın altından bir stul çəkilməlidir .....                     Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi .....                     İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? .....                     "Jurnalistlərin binası"nda qaz problemi yaranıb .....                     Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR .....                     Burda lisenziyasız “həkimlər” at oynadır .....                     Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB .....                     “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var .....                     Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                     Limonun ədədi 1,50 oldu... .....                     Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır .....                     Azərbaycan İranın düşməni deyil .....                     Ukraynanın Avropa yolundakı Orban əngəli .....                     SOCAR-da QAYÇILAMA davam edir .....                     “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” .....                     “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir .....                     Ukrayna onları “qara siyahı”ya saldı .....                     Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia .....                     Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? .....                     Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                 

Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Tarix: 15-05-2025, 00:38 | Çap et
Rejimi “Traktor”un qabağına vermək...
Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” futbol klubu tarixində ilk dəfə İran çempionu oldu.

Bu qələbəyə futbolsevər azərbaycanlıların çoxu sevindi. Türklərin İslam Respublikasında ana dilində məktəbinin olmamasından, Təbriz, Urmiya, Ərdəbil, Miyana, Həmədan, Kərəc, Qəzvin, Ərak, Maku, Astara (Güney), Qaradağ, Muğan, Meşkin, Xoy və başqa şəhərlərin, Urmiya gölü, Savalan, Səreyn, Eynialı, Səhənd, Qızılüzən daha neçə-neçə dağların, çayların, göllərin Güney Azərbaycana aid olduğundan xəbərszlər “Traktor”u bəlkə də instinktiv dəstəkləyiblər.

Təbriz kimi, komandası da yaranışı, fəaliyyəti ilə bütövlükdə vətən Azərbaycana, dünyaya türk milli kimliyi, onun pozulan, tapdanan hüququ, talanan təbii sərvətləri barədə ismarış ötürür, məlumat verir.

Əlbəttə, bunu komanda, yaxud onun təsisçiləri etmir. Sadəcə “Traktor”un tamaşalarına toplananlar, onu izləyənlər bu məsələlərlə də tanış olur.

Komandanın oyunlarını izləməyə gələnlər “Haray, haray mən türkəm!”, “Türk dilində mədrəsə olmalıdır hərkəsə!”, “Yaşasın Azərbaycan!”, “Yel yatar, tufan yatar, yatmaz “Tirəxtur” bayrağı!", “Azərbaycan var olsun, İstəməyən xar olsun!”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!”, "Urmu gölü səslənir, susuzam, haray, haray!" və başqa şüarları səsləndiriblər. Onun oyunlarını yaxından, uzaqdan izləyənlər bunlara şahiddilər.

Odur ki, “Traktor” birmənalı idman, futbol, yaxud birmənalı olaraq etnik hadisə deyil. Ancaq Rza və Məhəmmədrza pəhləvilərin və indiki hakimiyyətin yürütdüyü, həyata keçirdiyi antitürk , antiazərbaycan siyasəti, fəaliyyəti klubun oyunlarına etiraz tamaşası kimi yanaşılmasını sanki diktə edir.

Bununla belə, “Traktor” azarkeşlərinin milli şüarlarla çıxışlarını, yaxud onlara Təbrizin, Azərbaycanın komandası, türklərin təmsilçisi olduğu üçün Tehran hakimiyyətinin uyğun qurumlarının, teleradio şirkətinin, bir çox media orqanlarının, İran Futbol Federasiyasının və sair qurumların etdiyi təzyiqləri, klubun və tərəfdarlarının məruz qaldıqları ayrı-seçkilikləri, təqibləri İranda nəzərə almayanlar da var.

Ayətullah Seyid Əli Xameneinin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin İmam cümə höccətülislam Əhməd Mütəhhəri Əsl cümə namazı xütbələrində təhsil sistemində əxlaqi məsələlərə dəstək və diqqət yetirməyin tələbələrin təhsilində həyati rol oynadığını vurğulayaraq deyib: “Traktor” komandasının çempionluğu etnik problemlərə və ya konkret baxışlara cəlb edilməməlidir. "Traktor"un çempionluğu və komandanın İran İslam Respublikasının nümayəndəsi kimi Asiya yarışlarında iştirakı bütün ölkə üçün şərəfdir”.

"Traktor" futbol komandası haqqında çıxışına davam edən Əhməd Mütəhhəri Əsl oyunçuların qəhrəman xarakterli olmasından danışıb: “Bu, səmərəli məşqçi, fanatik oyunçular, maraqlı rəhbərlik və komandanın kənarda qalmaq istəməməsi ilə şərtlənir”.

O, bu şərtlərin qorunmasını və marginal mövqelərə çıxmamasını "Traktor"un uğurunun əsas açarı hesabı edib: “Bu, komandanın azarkeşləri və menecerləri hər hansı marginal mövqelərə çıxmaqdan çəkinməlidirlər. Çünki bəzi insanlar bu komandanı marginallaşdıraraq zəiflətməyə çalışırlar”.

Cümə imamı klub rəsmilərinə yazdığı yeddi bəndlik məktuba görə təşəkkür edərək, deyib: “Bu məktubda qeyd edildiyi kimi, "Traktor Sazi" sadəcə idman kompleksi deyil, mədəni müəssisədir. Burada İran və İslam mədəniyyətinə, ənənələrinə hörmət edilməlidir".

Bunun ardınca cümə imamı klub tamaşaçıları və fanatlarını hədələyib: “Biz etnik məsələlərlə məşğul olanların, bəzi bədxahların, “Traktor”u istisna hesab etməyə çalışanların gülünc hərəkətlərə yol verməsinə imkan verməməliyik”.

Məncə, heç ədəbsiz sayılmaz, ancaq yenə də belə hesab edənlərdən üzr istəyərək, bir məsəli yada salmaq istərdik. Dəlidən soruşdular “başçınız kimdir?”, dedi “qabaqda gedən boynu zəncirli”.

Bu yerdə vəziyyətə uyğunlaşdırıb, “dili, əli zəncirli” ilə əvəzləmək olar. Çünki güneydə elə soydaşımız Əhməd bəy Mütəhhəri Əsl də “Traktor” tərəfdarlarının nəyi istədiklərini hamıdan yaxşı bilir. Ancaq dili və əli bağlı olduğu üçün özünü belə aparır. Axı, Əhməd bəy, Güney Azərbaycanda deyildiyi kimi, Təbriz uşağıdır. 1962-ci ildə Azərbaycanın bu qocaman şəhərində anadan olub. O, 63 illik ömründə Təbrizin başına açılanların bəzilərini görüb, qalanlarını da şahidlərdən bilir.

“Traktor” ümummilli, ümum-İran, idman hadisəsidirsə, onda niyə bu komandanın oyunçu və tərəfdarlarını Tehran klubu “Persepolis”, “İstiqlal”, İsfahanın “Sepahan”ı ilə keçirilən görüşlərdə aşağılayırlar.

Çünki bu klub türkləri təmsil edir. Bizlər velikorus şovinizmini, onu acı nəticələrini yaşamışıq. Keçmiş SSRİ-də futbol və başqa idman oyunlarındakı mübarizədə etnik məsələ həmişə əsas olub. Məsələn, Bakının “Neftçi” klubu ilə İrəvanın “Ararat” komandası arasında gedən qarşılaşma, istər Azərbaycanda, istərsə də Ermənistanda olsun, bir qayda olaraq dava-dalaşla müşayiət olunardı. Halbuki sovetlərin əsas şüarı beynəlmiləlçilik idi. Hamı sovet xalqının tərkib hissəsi sayılırdı. Ancaq SSRİ dağılan ərəfədə “ağ baldırla, qara baldır” aşkar oldu. Bütün beynəlmiləlçilik, xalqların arasında dostluq, qardaşlıq kimi ümumi gəlişigözəl ifadələrin boş və mənasız olduğu təsdiqləndi. Azərbaycan 30 ilə yaxın bir dövrdə bu saxtakarlığın ağır, acı nəticələrinin yaşadı.

İranda pəhləvilərin dövründən Azərbaycan türkcəsində məktəb istəyən, milli mədəni hüquqları tələb edənlərə standart olaraq “pantürkçü”, “panturançı” damğası vurulur. Ancaq türkləri aşağılayanlara panfarsçı, fars şovinisti deyənlər İran İslam Respublikasında yuxarı başda otuzdurulurlar. Qulaməli Həddad Adil belə panfarsçılara başçılıq edir. O, bir müddət İran parlamentinin sədri olub. Belələrinin sayını, siyahısını uzatmaq mümkündür.

Odur ki, Əhməd bəy, “Traktor” tərəfdarlarının haqlı istəklərini panirançıların, panfarsçıların ayaqları altına atıb, mənsub olduğunuz türk etnosunun hüquqlarının tapdanmasına yol verməyiniz nə qədər imandan, dindən sayılar?!

Tehranda keçirilən tədbirdə türk dilində şeir deməsinə imkan verilməyən İran Prezidenti Məsud Pezeşkianın atası Yusif bəy Pezeşkian da “Traktor”un tərəfdarlarına qarşı səslənən ittihamlara cavab verməyə çalışıb. O, "X" səhifəsində yazıb: “Psixologiya üzrə ixtisasım yoxdur, ancaq hesab edirəm ki, stadionlarda bəzi baş verənlər psixoloji cəhətdən araşdırılmalıdır. Olanlar cəmiyyətin öz həyəcanı və enerjisini boşaltması ilə bağlıdır. Azarkeşlərə "pantürkist" və "separatçı" damğası vurmaq strateji səhvdir”.

Əslində Yusif bəy bu açıqlaması “Traktor” tərəfdarlarını müdafiə etməkdən daha çox, İran hakimiyyətinə xəbərdarlıq xarakteri daşıyır. Bunu açması çoxda çətin olmadığı üçün onu ixtiyarınıza buraxırıq.

İranın futbol çempionatının bitməsinə bir tur qalmış “Traktor” yaxın izləyiciləri “Sepahan” (İsfahan) və “Pespolis”dən 8 xal öndədir. “Traktor” 29 oyundan 65 xal toplayıb, 20 oyunda qələbə qazanıb, 5 oyunu heç-heçə edib, 4 oyunu uduzub, top fərqi 54:18-dir. “Sepahan” uyğun olaraq 29, 15, 12, 2, 45:27, 57, “Persepolis” 29, 17, 6, 6, 40:27, 57-dir.

İranın fars şovinist dairələrini təmsil edən “Həmşəhri” qəzetində "Sepahan" "Persepolis"i məğlub edərək "Traktor"u çempion etdi” başlıqlı yazı yayılıb. Müəllif Təbriz klubunun qələbəsinin “Sepahan”ın “Persepolis” və başqa komandalar üzərində qələbədə və xorvatiyalı məşqçi Draqan Skoçiçin müdrikliyində görür.

Bu yazını bundan artıq təhlil etməyə ehtiyac duymadıq. Çünki yazı daha çox “Sepahan”, “Persepolis”, “İstiqlal” klublarına təəssübkeşliklə yazılıb.

Nəhayət, “Sepahan”, “Persepolis”, “İstiqlal” kimi komandaların oyunlarında heç vaxt farsca “Fars dilində mədrəsə olmalıdır hər kəsə!”, “Haray, haray mən farsam!” və bu etnosun milli hüquqlarını tələb edən belə şüarlar səslənməz. Çünki İranda fars etnik qrupunun heç bir haqqı tapdanmır. Hüquqları fars dili və mədəniyyəti sıradan çıxarmağa səy göstərir. “Traktor” isə qələbəsi, məğlubiyyəti, sədaqətli tərəfdarları ilə onlara müəyyən mənada mane olur. İranda hüququ pozulmayan, milli varlığı danılmayan türk ağrımayan başına yaylıq bağlamaz. Onun dil haqqının tapdanmasına əyani örnək Məsud bəy Pezeşkianın ana dilində şeir söyləməsinin qarşısının alınmasıdır. Elə bəlkə İran prezidenti “Traktor”un tərəfini həm də buna görə tutur.

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – "Sonra da deyirik bizi niyə sevmirlər?"
Bu gün, 09:51
Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU - Aralarında tatar da var
Bu gün, 09:49
“Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” - ÇAĞIRIŞ
Bu gün, 09:45
Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
Bu gün, 09:33
Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27
Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 09:23
“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 09:15
“Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” - deputat
Bu gün, 09:14
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 09:12
Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR - aidiyyatı qurumlar isə...
Bu gün, 09:06
74-cü maddənin C BƏNDİ... - Ekspertdən ŞƏRH
Bu gün, 09:00
Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... - ÇÜNKİ...
Bu gün, 08:55
Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? - Heç olmasa... BU DƏFƏ!
Bu gün, 08:53
Paşinyanın altından bir stul çəkilməlidir - amma hansı?
Bu gün, 08:48
Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35
Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32
Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23
“Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru