9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                     Balakəndə kanat yolunun tikintisinə .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək .....                     Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək .....                     Şuşada yaşayış binaları ilə bağlı .....                     Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq .....                     Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... .....                     Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib .....                     `Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... .....                     Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi .....                     Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu .....                     “AFB Bank”da yüksək posta TƏYİNAT .....                     Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır .....                 

Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ
Tarix: 7-05-2025, 12:11 | Çap et
Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR
�?’Azərbaycanda son illər təhsil bazarında fəaliyyət göstərən hazırlıq kurslarının və tədris mərkəzlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Bu artım bir tərəfdən cəmiyyətin təhsilə olan tələbatının göstəricisidirsə, digər tərəfdən hüquqi tənzimləmə və keyfiyyət təminatı baxımından ciddi problemlərin də xəbərçisidir’’.

Bu sözləri Ajans.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, qeyri-dövlət təhsil sektorunda hüquqi çərçivənin tətbiqi praktikada ciddi şəkildə pozulur:

�?’ Bu da vətəndaşların, xüsusilə də abituriyent və valideynlərin aldanması hallarının artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti lisenziya əsasında həyata keçirilməlidir. Eyni zamanda, 31-ci maddəyə görə, lisenziya olmadan fəaliyyət göstərən təhsil müəssisələri qanunsuz sayılır və onların fəaliyyəti dayandırılmalıdır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən minlərlə tədris kursu və hazırlıq mərkəzinin əksəriyyəti ya ümumiyyətlə lisenziyasız fəaliyyət göstərir, ya da “fərdi müəllim” adı altında hüquqi məsuliyyətdən yayınıb fəaliyyətlərini davam etdirirlər.

Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumatlara görə, qeyri-dövlət sektorda təhsil fəaliyyəti ilə məşğul olan subyektlərin yalnız 22%-i rəsmi şəkildə qeydiyyatdan keçmiş və lisenziya almış qurumlardır. Bu o deməkdir ki, hər beş kursdan dördü qeyri-qanuni və qeyri-şəffaf şəraitdə fəaliyyət göstərir. Lisenziyasız fəaliyyət göstərən kurslarda keyfiyyət göstəriciləri adətən çox aşağı olur. Bu cür kurslar nə müəllimlərin ixtisasına, nə tədris proqramlarının uyğunluğuna, nə də təhlükəsizlik və sanitariya normalarına riayət olunmasına zəmanət verir. Eyni zamanda, bu mərkəzlərdə tədris nəticələrinin monitorinqi, qiymətləndirmə mexanizmi və tədris prosesinə dair hesabatlılıq sistemi mövcud deyil. Nəticədə, bu kurslarda iştirak edən vətəndaşlar xidmətin keyfiyyətsizliyindən əziyyət çəksələr belə, heç bir hüquqi müdafiə mexanizminə malik olmurlar. Müqavilə bağlanmır, ödənişlər qəbzsiz qəbul olunur və mübahisə yarandıqda kursun məsuliyyət daşıması mümkün olmur.

Beynəlxalq təcrübə göstərir ki, müasir dövlətlərdə əlavə təhsil və hazırlıq kursları ciddi şəkildə tənzimlənir. Məsələn, Almaniyada bu sahə federal və əyalət qanunları ilə tənzimlənir, hər bir hazırlıq mərkəzi qeydiyyatdan keçməli, illik hesabatlar təqdim etməli, təlim proqramları isə dövlətin müəyyən etdiyi kurikulum çərçivəsində həyata keçirilməlidir. Finlandiyada isə bu cür kurslara icazə verilməzdən əvvəl pedaqoji heyətin kvalifikasiyası və tədris mühiti dövlət qurumları tərəfindən yoxlanılır. Hətta, qonşu Gürcüstanda belə, Təhsil və Elm Nazirliyi tərəfindən qeyri-dövlət təhsil qurumlarına dair vahid reyestr sistemi tətbiq olunur ki, burada vətəndaşlar açıq şəkildə kursun statusunu, müəllim heyətini və proqramını yoxlaya bilirlər’’.

Ekspert vurğulayıb ki, Azərbaycanda bu sahədə monitorinq və ictimai məlumatlandırma mexanizmi tamamilə yetərsizdir:

�?’Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş lisenziyalı kursların vahid reyestri ictimaiyyətə əlçatan deyil, reydlər mütəmadi şəkildə keçirilmir, mediada bu sahəyə dair xəbərdarlıqlar az yayılır. Belə bir şəraitdə kurs sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi qurumlar məsələn, “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” və başqaları birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. Müsbət cəhət ondan ibarətdir ki, cəmiyyətin təhsilə marağı yüksəkdir. Bu müstəqil təşəbbüslərə geniş imkanlar yaradır. Xüsusilə gənc müəllimlərin özəl sektorda məşğulluğunun artması, innovativ tədris metodlarının inkişafı, fərdi yanaşma imkanları baxımından hazırlıq kurslarının potensialı böyükdür. Amma bu potensial yalnız zamanında tənzimlənərsə, faydalı nəticə verə bilər. Əks halda, vətəndaşların narazılığı artacaq, təhsil sahəsinə olan inam zəifləyəcək və tədrisin keyfiyyəti daha da bərbad vəziyyətə düşəcək.

Bunun qarşısını almaq üçün bir sıra dəyişikliklər zəruridir. Əvvəla, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə monitorinq sistemi yaratmalı, bu sahədə fəaliyyət göstərən kurslara qarşı cərimə və bağlanma sanksiyalarını tətbiq etməlidir. Lisenziyasız fəaliyyətə görə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) və İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə inzibati məsuliyyət və maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, kurslar üzrə vahid informasiya bazası yaradılmalı, ictimaiyyət bu sistem üzərindən kursların statusunu yoxlaya bilməlidir.

Əgər bu sahədə hüquqi çərçivə bərpa olunmasa, “tədris xidməti” adı altında aldadılan vətəndaşların sayı artacaq. Xüsusilə də regionlarda fəaliyyət göstərən kurslar tam nəzarətsiz qalacaq. Təhsil bazarında keyfiyyət fərqi artdıqca, təhsildə sosial bərabərlik prinsipi pozulacaq. Buna görə də məsələ təkcə qanun pozuntusu deyil, həm də təhsil siyasətində bərabərlik, şəffaflıq və sosial ədalət prinsipinin qorunması məsələsidir’’.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Dünən, 15:37
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Dünən, 15:34
“AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 15:30
Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Dünən, 15:25
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Dünən, 15:23
Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Dünən, 15:17
"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib - TƏFƏRRÜAT
Dünən, 15:13
"Evdə yeməyə heç nəyim yoxdur..." - Neft ölkəsində neftçi FƏRYAD EDİR...
Dünən, 15:11
“Köçəryan və Sərkisyan bizə kömək edəcək” - KİV
Dünən, 14:53
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTO
Dünən, 14:50
Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır? - Görünəni odur ki...
Dünən, 14:00
“Moskviçtexxidmət” ASC səhmdarlarına - DİVİDİEND ÖDƏYƏCƏK
Dünən, 13:58
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - DİQQƏT
Dünən, 13:22
“Xalq Həyat”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru