Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                     Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                 

QHT və media sahəsi aysberqin görünən tərəfidir - NƏ BAŞ VERİR?
Tarix: 17-02-2025, 01:14 | Çap et
QHT və media sahəsi aysberqin görünən tərəfidir
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti ötən ilin sonunda vermişdi. Rusiya KİV-nə müsahibəsində dövlət başçımız bildirmişdi ki, Tramp USAİD-i qadağan edə bilər.
Ötən həftədən etibarən isə artıq Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırmaq üçün əməli addımlara başlayıb.
ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAİD) korrupsiyanın görünməmiş həddə çatdığını bildirib: “USAİD radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb. Onu bağlayın”.
Hətta amerikalı sahibkar İlon Mask USAİD-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Təşkilatdan amerikalı vergi ödəyiciləri qarşısında hesabat vermək tələb olunur.
USAİD-in Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsinə dair faktlar da bu təşkilatın iç üzünü açır.
Əslində, USAİD ABŞ-nin dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAİD illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edirdi. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Təşkilat vaxtı ilə ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyirdi.
Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən də USAİD idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAİD-in məkrli planının tərkib hissəsi idi. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.
USAİD-in rəhbərliyində Samanta Pouer kimi qatı anti-Azərbaycan mövqeli şəxsin təmsil olunması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAİD faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. İşğal dövründə Qarabağ separatçılarını dəstəkləyərək, minatəmizləmə fəaliyyətinə maliyyə yardımı göstərərək öz xislətlərini açmış olurdular.
Sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına və cəmiyyətin müxtəlif təbəqələrinə soxularaq, öz məkrli planlarını reallaşdırmağa can atırdılar.
Amma təbii ki, ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları nəticə vermədi. Bu gün bu təşkilat cinayətkar struktur kimi ifşa olunur.

Politoloq Yeganə Hacıyeva “Sherg.az"a açıqlamasında qeyd edb ki, USAİD-in bağlanmasından sonra ABŞ dövlət aparatında gizlənmiş gizli USAİD hücrələrinin demontajına başlayıb:

“Bir sıra Avropa ölkələri də eyni prosesə fərqli təşəbbüslər adı altında start veriblər. Dövlətlərin icraedici və qanunverici orqanlarını əhatə edən USAİD gizli hücrələri demək olar ki, bütün ölkələrdə eyni ssenari ilə “hörülüb”.
USAİD haqqında ən çox QHT və media sahəsindəki şəbəkələri qabardılsa da, onlar aysberqin görünən tərəfidir. Daha geniş və təhlükəli şəbəkələr isə dövlət aparatı və onun üst qatına yeridilmiş şəbəkələrdir.
Bu antimilli şəbəkələrin işləmə mexanizmi ilə bağlı açıq mənbələrdən kifayət qədər geniş məlumatlar əldə etmək olur. Bu məlumatların təhlili və nəticənin bizim ölkə ilə sinxronluğunu apardıqda çox şey mənim üçün yenilik olmasa da, etiraf edim ki, öyrəndiklərim məni şoka salır”.

USAİD-in əməllərinin məhz yarandığı ölkə tərəfindən ifşa edildiyini xatırladan politoloq qeyd edib ki, bu təşkilatın onlarla ölkədə “Rəngli inqilablara” sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır:

“Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.
Qeyd edim ki, hələ 2024-cü ildə Azərbaycan 2000-ci ildən qüvvədə olan USAİD müqaviləsini uzatmamağa qərar verdi. Bu, agentliyin fəaliyyətinin dövlətin maraqlarına uyğun olmaması ilə bağlıdır. 2025-ci ilin əvvəlində Bakı ABŞ rəhbərliyinə USAİD-in ölkə ərazisində fəaliyyətinin tam dayandırılması barədə məlumat verdi. 2023-cü maliyyə ilində USAİD-in Azərbaycanda rəsmən öz adından həyata keçirdiyi proqramlar üzrə sərbəst izlənilə bilən vəsaitin məbləği 22 milyon ABŞ dollarıdır.
USAİD eyni ildə 9 beynəlxalq təşkilatın adından birbaşa, 4 beynəlxalq təşkilatla partner əsasda ümumilikdə 30-dan çox proqram həyata keçirib.
Bu statistika 2023-cü ilin 9 ayını əhatə edir.
USAİD-in Azərbaycanda gizli həyata keçirdiyi proqramlar üzrə vəsaitin məbləği sərbəst izlənilə bilən vəsaitdən 10-13 dəfə çoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Dünən, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Dünən, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Dünən, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Dünən, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Dünən, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Dünən, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Dünən, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Dünən, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Dünən, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Dünən, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Dünən, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Dünən, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Dünən, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Dünən, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Dünən, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Dünən, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Dünən, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru