Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                 

Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Tarix: Bu gün, 09:03 | Çap et
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir
Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. “Yeni Müsavat” bildirir ki, bu barədə “İravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.

Erməni mediasındakı materialda qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki "öz" adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi “qurban” verə biləcəyini sual ediblər", - nəşr qeyd edir. Maraqlısı budur ki, daha əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirmişdi.

Bəllidir ki, Paşinyanın ölkədəki reytinqi əvvəlki kimi yüksək deyil. Xüsusən də son aylar onun reytinqi xeyli aşağı düşüb. Ancaq buna baxmayaraq, rusiyapərəst müxalifətlə müqayisədə Paşinyan və komandası üstün mövqedədir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbi var. Obyektiv səbəb odur ki, Qarabağın 30 il işğal altında saxlanılması ermənilərə xoşbəxtlik gətirmədi. Əksinə, Ermənistanı iqtisadi baxımdan təcrid etdi, ölkədən miqrasiya sürətləndi. Subyektiv səbəb odur ki, erməni cəmiyyətinin yaddaşında “Qarabağ klanı”nın 20 illik hakimiyyəti korrupsiya və talançılıqla qalıb. Onlar hakimiyyətə gəlsələr belə, yeni heç nə təqdim edə bilməyəcəklər. Ən başlıcası isə Qarabağı bir də işğal edə bilməyəcəklər. Erməni cəmiyyəti də bunun fərqindədir. O zaman Paşinyan nədən ehtiyat edir? Paşinyan ehtiyat edir ki, hakimiyyətə gəlməzdən əvvəl verdiyi populist vədlər bir gün onun özünə qarşı çevriləcək. Yəni həmin vədləri yerinə yetirmədiyi üçün cəmiyyət ondan hesabat tələb edəcək. Paşinyan parlament müxalifətindən ehtiyat edir. Çünki Rusiyaya bağlı olan bu qüvvələr onun üçün təhlükədir. Paşinyan istəyir ki, növbəti seçkidə parlament müxalifəti Qərbə yaxın olsun. Çünki bu, onun üçün daha uyğundur, nəinki indiki revanşist qüvvələr. Ola bilsin ki, Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl yeni komanda formalaşdırmaq istəyir. Hazırda bunun üçün müəyyən mühit var. Məsələ ondadır ki, Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yaxşıca qazanıb. Rusiyanın sanksiyalara məruz qalan onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər. Bütün bunlar iqtisadi baxımdan Ermənistana fayda verir. Ola bilər Paşinyan bu amildən çıxış edərək əmindir ki, seçkiləri udacaq. O səbəbdən növbədənkənar seçkilərə gedə bilər. Çünki bu gün olan əlverişli məqam növbəti il olmaya bilər.

Belə görünür ki, N.Paşinyan sülh müzakirələrini uzatmaqla həm də hakimiyyətlə bağlı planlarını rahat şəkildə həyata keçirmək, kreslosunda növbəti müddət üçün möhkəmlənmək istəyir. Gedişat nə vəd edir, Paşinyan istədiklərinə nail ola, “bir əldə iki qarpız tuta” biləcəkmi? Müşahidələr və Ermənistanın ötən illərdəki təcrübəsi onu deyir ki, Nikol Paşinyanın planları öz başında çatlaya bilər, revanşistlərin terroruna məruz qala, yaxud hakimiyyətdən devrilməklə siyasi ömrünə balta çalına bilər.

Ekspertlərin bu mövzu ilə bağlı yanaşmaları fərqlidir. Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanda hələ bu il parlament seçkisini qaçılmaz edən hər hansı proses getmir: “Buna ehtiyac duyulub-duyulmayacağını Avropa Birliyinə üzvlüklə bağlı başladılan oyunun necə davam etdiriləcəyi və ona verilən reaksiyalar göstərəcək. Paşinyan hazırda yeni seçki yox, Donald Trampa çıxış tapmaq peşindədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan reytinqinin aşağı düşdüyünün fərqindədir: “Ona görə də Ermənistanın baş nazirinin belə vəziyyətdə növbədənkənar parlament seçkiləri barədə qərar verməsinin müəyyən riskləri var. Eyni zamanda müxalifət də zəifdir və erməni cəmiyyətinin radikal müxalifətə etibarı yoxdur. Bu səbəbdən erməni cəmiyyəti pislə (Paşinyan) ən pis (radikal müxalifət) arasında seçim edərsə, yenə birinciyə üstünlük verəcək. Paşinyan bu amildən istifadə etmək üçün çalışa bilər. Yəni nə qədər ki, erməni cəmiyyətində müxalifətə inam yoxdur, Paşinyan erkən parlament seçkiləri vasitəsilə mövqeyini gücləndirmək istəyə bilər”. Bununla belə, E.Şahinoğlu hesab edir ki, Paşinyan erkən parlament seçkisi barədə düşünürsə, tələsməlidir: “Çünki vaxt onun əleyhinə işləyə bilər. Paşinyan erkən parlament seçkiləri ilə yanaşı, konstitusiyanın dəyişdirilməsini də referenduma çıxarmalı və əsas qanundan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən bəndləri çıxarmalıdır. Bu halda Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra biləcək”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov öncə vurğuladı ki, Ermənistan normal ölkə deyil: “Rəsmi İrəvanın bütün fəaliyyət və missiyası regionda gərginlik yaratmaq, provokasiyaları artırmaqdır. Bu isə Azərbaycandan daha çox Ermənistanın özünə problem yaradır. Ermənistanın qarşısına Azərbaycan dəqiq və aydın xətt qoyub: sülh müqaviləsinin imzalanması. Bu müqavilə Ermənistanın düşdüyü ağır iqtisadi və siyasi bataqlıqdan çıxmasına səbəb ola bilər. Çünki Azərbaycanla sülh birmənalı olaraq Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərinin açılması deməkdir”. T.İsmayılov qeyd etdi ki, Ermənistan bütün bu situasiyaları və reallıqları dəyərləndirmək gücündə olan bir ölkə deyil: “Ermənistandakı faşizm ölkə hakimiyyəti tərəfindən də qarşısı alınmayan bir prosesə çevrilib. Nikol Paşinyan və Ararat Mirzoyanın mətbuata verdiyi sonuncu müsahibədə açıq-aydın görmək olur ki, Ermənistan tərəfinin reallıq hissi tamamilə yox olub. Qarşıda Ermənistan üçün tək bir yol var: o da qalib tərəf kimi öz torpaqlarını işğaldan azad edən Azərbaycanın sülh çağırışlarına cavab vermək”. Siyasi şərhçi dövlət başçımızın xəbərdarlığını da xatırlatdı: “Prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibədə vurğuladı ki, "Sülh bizdən çox, Ermənistana lazımdır". Bəli, Ermənistanın əlində heç bir şans qalmayıb. Bu ölkə ya Azərbaycanın sülh müqaviləsindəki təkliflərini qəbul edəcək, ya da ümumiyyətlə çıxılmaz vəziyyətdə qalacaq. Odur ki, seçim şansı Ermənistanındır. Xaricdəki havadarları tərəfindən silahlanıb, Azərbaycan əleyhinə provokasiyanın icraçısı olmaqdan artıq vaz keçməlidir. Paşinyan seçkilərdə uğurlu nəticə qazanmaq istəyirsə, daha adekvat addımlar atmalıdır. Əks halda, gələn il onun üçün çətin olacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru