Ermənistanın Meğri şəhərinin meri Xaçik Andreasyanın gənc müşaviri Nairi Zakaryan ötən gün - fevralın 6-da intihar edib.
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.
"Meğri sakinlərinin sözlərinə görə, 35 yaşlı gənc bir aya yaxın idi ki, itkin düşmüşdü və srağagün o, Vahravar kəndindəki bağ evində asılmış vəziyyətdə tapılıb.
İntihara səbəb kimi ən çox yayılmış versiyanı öyrənmək üçün dünən biz də bələdiyyə sədrindən nə baş verdiyini soruşmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi", -deyə erməni nəşri bildirir.