Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşən gürcüstanlı nazir bir sıra maraqlı bəyanatlarla çıxış edib. Gürcüstan Cənubi Qafqazdakı post-münaqişə dövründə təklif edilən "3+3" formatında iştirak etməsə də, gürcü nazir Cənbui Qafqazın 3 ölkəsi arasında əməkdaşlıq mexanizminin qurulmasını təklif edib. Son zamanlar Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda onun regiona yönəlik siyasətində də dəyişiklik olacağı ehtimal edilir. Gürcüstan hakimiyyətinin ABŞ və Avropa İttifaqının israrlarına baxmayaraq müstəqil siyasət yeritməsi artıq öz neqativ təsirlərini göstərməyə başlayıb. Belə olduğu bir şəraitdə Gürcüstanın özünü müdafiə üçün alternativ əməkdaşlıq formatını nəzərdən keçirməsinə ehtiyac yaranır. Millət vəkili Ceyhun Məmmədov deyir ki, Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda "3+3" formatına yanaşması dəyişə bilər: "Bu gün bu format regionda təhlükəsizliyi təmin etmək, əməkdaşlığı gücləndirmək üçün ən uyğun platformalardan biridir. Yəni, region dövlətləri öz təhlükəsizliklərini kənar dövlətlərdə, təşkilatlarda, qurumlarda yox, region daxilində təmin etməlidirlər. Bunun üçün region ölkələri ilə əməkdaşlığı gücləndirmək tələb olunur. Ən doğru yol budur. Gürcüstanın da bu prosesə qoşulması önəmlidir. Xüsusilə də hazırkı dönəmdə Qərblə münasibətlərin pozulduğu, Gürcüstana getdikcə təzyiqlərin artdığı bir dövrdə bu addımların atılmasına və bu tədbirlərin həyata keçilməsinə böyük ehtiyac var. Yəni, bu adımlar atılmalıdır ki, növbəti proseslərdən sığortalana bilsin".
Ceyhun Məmmədov onu da deyib ki, Qərbin Azərbaycana qarşı ikili standartları mövcuddur: "Xüsusilə də hazırki şəraitdə Qərbin qarşı təzyiqlərinin artdığı bir, ədalətsizliyinin daha geniş vüsət aldığı dövrdə bu daha aşkar görünür. Bölgə dövlətlərinə, xüsusilə Gürcüstana təzyiqlərinin artdığı bir dövrdə Gürcüstanın təklif olunan "3+3" formatı çərçivəsində əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Düşünürəm ki, bu məsələdə əvvəl də Gürcüstan tərəfindən ciddi qəbul edilirdi. Əsas səbəb Rusiya ilə münasibətlərdə bir az problemlərin olması idi. Artıq bu problemlər, demək olar ki, arxada qalıb. Yəni, münasibətlərin normallaşması istiqamətində tərəflər addımlar atırlar və bu da qeyd etdiyimiz, anlamda tərəflərin əməkdaşlığına öz töhfəsini mütləq verə bilər. Yəni, Gürcüstan da bu prosesdə maraqlı olmalıdır". "Regionumuzda yeni bir əməkdaşlıq imkanları qurulmalıdır. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bölgə dövlətləri də çalışmalıdırlar ki, qonşuları ilə düzgün, sağlam münasibət qursunlar. Bununla bölgədəki proseslərin tənzimlənməsinə, əməkdaşlığının güclənməsinə, inkişafına öz töhfəmizi verə bilərik. Çünki nəzər almalıyıq ki, qarşıda bizi çox ağır günlər, çox çətin bir dövr gözləyir və bu mərhələdə biz imkanlarımızı səfərbər etməliyik ki, dövlətlərimizi gələcək təhlükələrdən qoruyaq. Dövlətlərimizin üzərinə böyük vəzifə düşür", - millət vəkili bildirib.
Politoloq Elşən Manafov isə hesab edir ki, Azərbaycanın Ermənistanla apardığı 44 günlük müharibədəki qələbəsi regionda yeni geosiyasi reallıqların bərqərar olmasına gətirib çıxarıb. "Tərəflər arasında atəşkəs şərtlərinə nəzarət və monitorinq vasitəsilə Minsk qrupundakı həmsədr dövlətlərlə məsləhətləşmələr aparılmadan Rusiya sülhməramlı kontingentinin Azərbaycana yerləşdirilməsini Qərb narazılıqla qarşılayıb və bu hadisə yeni geosiyasi reallıqlar yaradıb".
Politoloqun sözlərinə görə, regionda dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "3+3" formatında əməkdaşlıq modelinə region dövlətləri müsbət yanaşır: "Məlum model regionun təhlükəsizlik problemlərinin həllini yalnız bölgə dövlətlərinin iştirakı ilə nəzərdə tutduğundan Qərb ölkələri onu məqbul saymırlar. Bu da anlaşılandır, çünki məlum model regiondan kənar dövlətlərin regiona müdaxiləsinin yolverilməz olduğunu bəyan edir, bu isə Qərbin regionla bağlı maraqlarına cavab vermir".
"İlk gündən Gürcüstan hakimiyyəti bəlli layihəyə ilə bağlı məsələlərə kifayət qədər ehtiyatla yanaşıb və "3+3" formatı əsasında əməkdaşlığın onun maraqlarına zidd olduğunu bəyan edib. Məlumdur ki, Saakaşvili hakimiyyətinin avantürist siyasətinə görə 2008-ci ilə Gürcüstan-Rusiya münaqişəsi yaşanıb, tərəflər arasında diplomatik münasibətlər kəsilib. Bəlli layihə regionda kommunikasiya xətlərinin, dəhlizlərin açılmasını, infrastuktur və loqistika sahəsində əməkdaşlığı nəzərdə tutur. Gürcüstanın Qərbyönümlü müxalifəti hökumətə təzyiq edərək diplomatik münasibətlərin bərpa olunmadığı şəraitdə Rusiya ilə kommunikasiya xətlərinin açılmasının milli maraqlara xəyanət olacağını bəyan edir", - politoloq bildirib. E.Manafov qeyd edir ki, bu zaman həmin müxalifət Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarının təmsilçisi rolunda çıxış edir: "Qərb və Gürcüstandakı qərbyönümlü partiyalar kommunikasiya, nəqliyyat xətlərinin açılmasına Rusiyanın Gürcüstan infrastrukturuna və nəqliyyatına invenstisiya xərclərini arıtıracağı konteksində yanaşır, Abxaziya-Gürcüstan dəmir yolunun bərpasından sonra Rusiyanın Gürcüstana və regiona nüfuz imkanlarının artmasından narahat olurlar. Gürcüstan Rusiya münasibətlərində gərginliyin saxlanılması bütün hallarda Qərbin maraqlarına cavab verirdi və məhz buna görə də, nə parlament seçkilərinin nəticələrini, nə də Gürcüstanın yeni prezidentinin legitimliyini tanıyırlar. Gürcüstanı sanksiyalarla hədələyir, müxalifətin etiraz aksiyaları vasitəsilə ölkəni vətəndaş qarşıdurmasına sürükləyib mövcud hakimiyyəti devirməyə çalışırlar. Lakin, Gürcüstanda əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə Kobaxidze iqtidarı bu təzyiqlərə duruş gətirə bildi". Onun fikrincə, hazırda Gürcüstan-Rusiya münasibətlərində yaşanan bir sıra hadisələrin fonunda Gürcüstanın da təklif olunan formatda regional təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələlərə münasibətinin dəyişəcəyi istisna deyil. Politoloq bildirir ki, Gürcüstan Rusiyadan aldığı neftin və qazın həcmini əhəmiyyətli şəkildə artırıb.Abxaziya və Osetiya problemlərinin Rusiya ilə danışıqlar yolu ilə nizamlana biləcəyi ilə bağlı fikirlər dolaşır. "Üstəlik Qərbin Gürcüstan hakimiyyətinə maliyyə kreditlərini ayırmaq fikrindən daşınması konteksində Gürcüstan dövlətinin region dövlətləri, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə marağı artır. Gürcüstan və Azərbaycanı bir sıra ümumi maraqlar birləşdirir. Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft qaz habelə Bakı-Tbilisi-Qars dəmir yol layihələri ilə Azərbaycanla bağlıdır. Məlum kəmərlərlə, o cümlədən Cənub Qafqaz qaz dəhlizi kəməri ilə nəql olunan neft və qazdan tranzit ölkə kimi böyuk mənfəət götürür, nəhayət, Qərbin regiondakı geosiyasi reallıqları dəyişdirmək cəhdlərinin qarşısının alınması zərurəti region dövlətlərindən "3+3" formatında əməkdaşlığın gücləndirilməsi üçün təxirəsalınmaz qərarların qəbul edilməsini tələb edir", - politoloq fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|