"Fərqi insan idi..." .....                     1047-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... .....                     Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi .....                     Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? .....                     Bakıda insident törədən idmançılar həbs edildi .....                     Vəkili erməni generalın həbsini təsdiqlədi .....                     Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb .....                     "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." .....                     Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi .....                     Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA .....                     Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... .....                     Fatimənin adından istifadə edib Rüfəti aldatdılar .....                     Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… .....                     Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər .....                     İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? .....                     "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" .....                     Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq .....                     NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb .....                     "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." .....                     “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” .....                     Gürcüstanda yeni nazirlik yaradıldı .....                     Bayden Messiyə “Azadlıq” medalı verəcək .....                     "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm" .....                     Tehran Əsədi qoruya biləcək? .....                     Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? .....                     Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... .....                     Deputatlara keçən ildən "miras qalan" .....                     Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır .....                     Varşavadan mesaj: .....                     Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək .....                     AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir .....                     "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində .....                     Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır .....                     Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… .....                     “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” .....                     Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib .....                     Ermənistanda milli qəhrəman həbs edilib .....                     2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri .....                     “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, .....                 

Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır - İNCƏLƏMƏ
Tarix: 3-01-2025, 10:59 | Çap et
Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır
Azərbaycan Cənub və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrini fəal şəkildə möhkəmləndirərək, regionla bağlı uzunmüddətli neft-qaz strategiyasını gerçəkləşdirir.

Strategiyanın əsas elementlərindən biri Cənub Qaz Dəhlizi (CQD) layihəsidir ki, bu da hazırkı geosiyasi kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2024-cü ildə Azərbaycan qaz ixracını genişləndirərək, Sloveniya və Xorvatiyaya tədarükə başladı, Şimali Makedoniya və Slovakiya ilə əməkdaşlıq qurdu.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu böyükdür. 2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Avropa dövlətləri enerji mənbələrini şaxələndirmək ehtiyacını daha kəskin şəkildə hiss etdilər. Bu istiqamətdə Azərbaycan Avropa üçün əsas tərəfdaşlardan birinə çevrildi. 2024-cü ildə Azərbaycanın Avropaya qaz tədarükü 13 milyard kubmetrə çatdı ki, bu da 2021-ci ilin 8 milyard kubmetrlik göstəricisindən xeyli çoxdur. Ümumilikdə isə 2024-cü ildə qaz ixracı 25 milyard kubmetrdən çox oldu, halbuki 2021-ci ildə bu rəqəm 18 milyard kubmetr idi.

Bəhs etdiyimiz sahədəki nailiyyətlər qaz-nəqliyyat infrastrukturunun modernləşdirilməsi və qaz hasilatının artırılması üzrə Azərbaycanın səyləri sayəsində mümkün olub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, tədarük marşrutlarının şaxələndirilməsi enerji bazarının sabitliyi üçün ən mühüm amildir. Hazırda Azərbaycan qazı 10 ölkəyə, o cümlədən, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya ixrac edilir. Eyni zamanda, Sloveniya və Xorvatiya kimi yeni dövlətlərə tədarük də genişləndirilir.

2024-cü ilin əlamətdar hadisələrindən biri Azərbaycanın Sloveniya və Xorvatiyaya qaz ixracına başlaması oldu. İyul ayında SOCAR Sloveniya qaz şirkəti "Geoplin" ilə memorandum imzaladı və avqustun 1-dən qaz tədarükünə başladı. Sentyabr ayında isə Macarıstanın PPD və "MET Group" şirkətləri ilə Xorvatiyaya qaz tədarükü üzrə razılaşma əldə edildi. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdi.

Daha bir mühüm addım Şimali Makedoniya ilə əməkdaşlıq oldu. 2024-cü ilin noyabrında SOCAR Şimali Makedoniyanın ESM səhmdar cəmiyyəti ilə enerji təhlükəsizliyini gücləndirmək üçün uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzaladı. Bu razılaşma 2024–2025-ci ilin qış mövsümündə qaz tədarükünün perspektivlərini əhatə edir.

Dekabr ayında isə Slovakiyaya “Həmrəylik Halqası” (STRING) təşəbbüsü çərçivəsində pilot qaz tədarükünə başlandı. Bolqarıstanın təşəbbüsü ilə başlayan bu layihə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanı birləşdirən modernləşdirilmiş qaz-nəqliyyat sistemidir. Layihənin iştirakçıları geniş yeraltı qaz anbarlarına malikdir ki, bu da Azərbaycanın qazını Avropaya sabit şəkildə tədarük etməyə imkan verir.

Bütün bunlara baxmayaraq, xarici siyasi çağırışlar və bəzi Avropa siyasətçilərinin təzyiqləri fonunda Azərbaycan enerji sahəsindəki öhdəliklərini ardıcıl olaraq yerinə yetirir. 2024-cü ildə qaz ixracı sahəsində əldə edilən uğurlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan strateji rolunu təsdiq edir.

Rəsmi Bakının şəksiz uğurlarından biri də Avropa İttifaqı ölkələrinə "mavi yanacaq" icracatı həcminin artırılmasıdır.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. 2020-ci ilin dekabrında TAP boru kəmərinin işə salınmasından 2024-cü ilin sentyabrına qədər onun vasitəsilə 40 milyard kubmetrdən çox qaz nəql olunub. TAP-ın imkanlarının genişləndirilməsi 2026-cı ilin əvvəlində boru kəmərinin illik ötürmə qabiliyyətini 1,2 milyard kubmetr artırmağı planlaşdırır.

Azərbaycanın qazı artıq Sloveniya, Xorvatiya və Şimali Makedoniya kimi yeni ölkələrdə də mövcuddur. İnfrastruktur baxımından isə Bolqarıstanla Serbiyanı birləşdirən 170 kilometrlik Niş-Dimitrovqrad interkonnektoru istifadəyə verilib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq memorandumu 2028-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmağı nəzərdə tutur. SOCAR-ın məlumatına əsasən, Cənub Qaz Dəhlizinin modernləşdirilməsi üzrə layihələr daha çox ölkəni əhatə etməyə və onların enerji ehtiyaclarını ödəməyə imkan verəcək.

Beləliklə, Azərbaycan enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi öz mövqeyini gücləndirməkdə davam edir. Qaz tədarükünün həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəni Avropa İttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir.

Dekabr 2024-cü ildə Slovakiya Azərbaycanın qaz nəqliyyat sisteminə qoşulan 12-ci Avropa ölkəsi oldu. Bu, SOCAR ilə "Slovensky Plynarensky Priemysel" (SPP) arasında imzalanmış qısamüddətli pilot müqavilə əsasında həyata keçirildi. 1 dekabrdan etibarən “Həmrəylik Halqası” (STRING) təşəbbüsü çərçivəsində qaz tədarükünə başlanıldı. Bu addım Azərbaycanın Avropaya təbii qaz təchizatı sahəsindəki mövqeyini daha da gücləndirərək Avropa İttifaqının enerji təhlükəsizliyini artırdı.

2023-cü ilin aprelində SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya qaz nəqliyyat sistemlərinin operatorları arasında Anlaşma Memorandumu imzalandı. Sənəd Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya modernləşdirilmiş “Həmrəylik Halqası” infrastrukturu vasitəsilə nəqlini təmin edən əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi. STRING təşəbbüsü çərçivəsində Slovakiyanın qaz tədarükünə qoşulması ilə Azərbaycanın qaz təchizat potensialı daha da artdı. Slovakiya qaz və neft assosiasiyasının icraçı direktoru Rixar Kvasnevskiyə görə, layihənin ilkin mərhələsində tədarüklərin illik 5 milyard kubmetr olması planlaşdırılır.

Slovakiyanın Azərbaycan qazına marağı xüsusilə 2024-cü ildə Rusiya qazının Ukrayna vasitəsilə tranzit tədarük müqaviləsinin başa çatması ilə daha da artdı. Slovakiya yeni enerji mənbələri axtarışına çıxaraq, qaz anbarlarının və mövcud boru kəmərlərinin inkişaf etmiş şəbəkəsindən yararlanmaqla Azərbaycan qazını vacib alternativ kimi qəbul etdi.

Slovakiya ilə əməkdaşlıq perspektivləri bəzi çətinliklərlə üzləşir. SOCAR ilə SPP arasında mümkün əməkdaşlıq modelləri, o cümlədən, “Qazprom”dan alınan qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli müzakirə edilsə də, sanksiyalar və Rusiya ilə Aİ arasındakı siyasi gərginlik bu cür təşəbbüslərin həyata keçirilməsini çətinləşdirir. Digər tərəfdən, qaz tədarükünün genişləndirilməsi üçün infrastrukturun modernləşdirilməsi və Aİ səviyyəsində razılaşmalar tələb olunur.

Slovakiyanın CQD sisteminə hətta pilot rejimində qoşulması mühüm bir addımdır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın strateji rolunu gücləndirir. SOCAR-ın məlumatına görə, 2023-cü ildə Avropaya qaz tədarükü 12 milyard kubmetr təşkil etmiş və 2027-ci ilə qədər bu rəqəmin 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. STRING təşəbbüsü Cənub-Şərqi Avropa ölkələrinin Azərbaycan qazı ilə dayanıqlı təchizatına imkan verərək, bölgədə yeni bir enerji dəhlizinin yaradılması üçün zəmin hazırlayır.

Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə iqtisadi mövqelərini möhkəmləndirərək, SOCAR-ın gəlirlərini artırır. Slovakiyanın Azərbaycan qazına qoşulması onun enerji təhlükəsizliyini artırmaqla yanaşı, regionda diversifikasiya səylərini dəstəkləyir.

Azərbaycan Avropanın enerji bazarında strateji tərəfdaş kimi mövqeyini gücləndirir və Avropa İttifaqı ilə əməkdaşlıqda əsas oyunçu olaraq çıxış edir. Slovakiyanın bu sistemə qoşulması Azərbaycanın enerji ixracı sahəsində artan əhəmiyyətini bir daha təsdiqləyir.

Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı mürəkkəb geosiyasi çağırışlar fonunda inkişaf edir. Xüsusilə, 2024-cü ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranziti üzrə müqavilənin başa çatması Slovakiya və Çexiya üçün alternativ tədarüklərə marağı artırıb. Bu vəziyyət Azərbaycanın qarşısında yeni imkanlar açır, lakin həm də Aİ və Rusiya səviyyəsində, xüsusən də sanksiya təzyiqləri ilə bağlı çətin məsələlərin həllini tələb edir.

2022-ci ildə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq memorandumu imzalandıqdan sonra CQD-in infrastrukturunun modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə layihələr davam edir. Bu səylər çərçivəsində kompressor stansiyalarının modernləşdirilməsi, interkonnektorların tikintisi və Transadriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin artırılması nəzərdə tutulur. TAP-ın illik ötürmə qabiliyyəti artıq 2026-cı ilə qədər 1,2 milyard kubmetr qaz artırılacaq.

Azərbaycan Avropa enerji bazarında mövqelərini inamla möhkəmləndirərək, regionun enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Tədarük coğrafiyasının genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Cənub və Şərqi Avropa ölkələri ilə uğurlu əməkdaşlıq Azərbaycanın qlobal enerji sahəsindəki strateji əhəmiyyətini artırır. Bu nailiyyətlər Bakı tərəfindən uzunmüddətli siyasətin nəticəsidir ki, bu da tədarük marşrutlarının şaxələndirilməsinə və etibarlılığın təmin edilməsinə yönəlib.

Göründüyü kimi, ölkəmiz sadəcə səbatlı və etibarlı enerji tərəfdaşı deyil, eyni zamanda beynəlxalq arenada nüfuzunu fasiləsiz artıraraq mövqelərini gücləndirən ölkə qismində çıxış edir.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fərqi insan idi..."
Bu gün, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32
Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14
"Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00
Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58
Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30
Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02
"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33
Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29
NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27
"Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22
“Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09
Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30
Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27
Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02
Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00
Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10
Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03
Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00
Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56
AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49
"Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26
Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16
Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13
“Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00
Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru