TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR - tanınmış hüquqşünasdan İLGİNC AÇIQLAMALAR
Tarix: 3-01-2025, 08:46 | Çap et
"Tarif Şurası xalqın ən “sevimli” dövlət qurumudur. Elə məhz bu “sevgi”yə görə də ona sədrlik edən iqtisadiyyat nazirindən başqa tərkibində ciddi fiqurlar yoxdur. Kimlər var? Yalnız müxtəlif qurumların rəhbərlərinin müavinləri (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərindən başqa): maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini və s. (cəmi 13 nəfər). Şuranın qərarları çox “populyar” olduğu üçün onun tərkibinə ciddi vəzifə sahibləri təyin olunmur ki, xalqın onlara “məhəbbəti” əsas işlərini görməyə mane olmasın..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib. "Reallıqda da bu amorf bir qurumdur" deyə vurğulayan Ə.Həsənov daha sonra əlavə edib: "Sadəcə kollektiv qərar təsəvvürü yaratmaq üçündür ki, heç kəsin fərdi məsuliyyəti olmasın (məsələn, güllələməni niyə kollektiv icra edirlər? elə məhz ona görə ki, heç kəs özünü qatil kimi hiss etməsin). Heç bəlkə də əyani iclasları da keçirilmir. Sadəcə lazım olan qərarları imzlayırlar, vəssalam. Yəqin, elə buna görə də Şuranın hüquqi statusu və fəaliyyətinin qanuniliyinə heç kəs diqqət yetirmir. Əslində, tam qanunsuzdur! Deməli, Şuranı hələ 2002-ci ildə Nazirlər Kabineti yaratmışdı. Naməlum status və səlahiyyətlərlə. 26 dekabr 2005-ci ildə isə onun Əsasnaməsini və tərkibini artıq Prezident təsdiq etdi (341 nömrəli “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmanla). Həmin Fərman “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Prezidentin 2005-ci il 31 may tarixli 242 nömrəli digər Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilmişdir. Sözügedən bənddə Nazirlər Kabinetinə tapşırılmışdı ki, “qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısını dəqiqləşdirib təsdiq etsin. Tarif Şurasının çevik fəaliyyətini təmin etmək məqsədilə onun haqqında Əsasnamənin yeni layihəsini iki ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. Ümumən Mərkəzi Bank haqqında Qanuna əsasən inflyasiya ilə mübarizə Mərkəzi Bankın səlahiyyətidir (qiymətlərin sabitliyi onun əsas məqsədidir və fəaliyyətinə müdaxilələr yolverilməzdir: 4-cü və 6-cı maddələr). Buna görə də bu Fərmanın özü təəccüblüdür. Üstəgəl antiinflyasiya tədbirlərinin Tarif Şurasına nə aidiyyəti var? Ümumiyyətlə, Prezidentin fərmanları Konstitusiyadan və qanunlardan irəli gəlməlidir. Qeyd etdiyim hər iki fərmanda isə onların Konstitusiyanın hansı maddəsi və ya hansı qanun əsasında qəbul olunmaları qeyd olunmayıb. İkinci Fərman (Tarif Şurasının Əsasnaməsi və tərkibi barədə) isə ümumiyyətlə birinci Fərmanın əsasında qəbul olunub. Bu yanaşma ən azı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 18.4-cü maddəsindən (Prezidentin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Konstitusiyanın maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir) irəli gəlir. Bəli, ola bilər ki, müəyyən sahə üzrə qanun yoxdur, amma təcili tənzimləməyə ehtiyac var. Bu halda Prezidentin məsələni fərmanla həll etməsi mümkündür (Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq). Lakin məsələ bundadır ki, bu sahəni tənzimləyən Qanun VAR: 30 may 2003-cü il tarixli “Tənzimlənən qiymətlər haqqında”! Çox vacib, lakin unudulmuş Qanundur. 22 il ərzində ona cəmi bir dəfə düzəliş edilib, özü də texniki xarakterli: 2023-cü ildə “kütləvi informasiya vasitələri” ifadəsi “media” sözü ilə əvəz olunmuşdur. Bu Qanunun əsas maraqlı cəhəti odur ki, indiyədək onun icrası barədə Fərman qəbul olunmayıb. Halbuki, buna ehtiyac var. Belə ki, sözügedən “Tənzimlənən qiymətlər haqqında” Qanunun 2.1.6-cı maddəsinə əsasən qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı – tənzimləyici orqan yaradılmalı idi. Qanunun 7-ci maddəsində həmin orqanın səlahiyyətləri də təsbit olunub: qiymətlərin tənzimlənməsini həyata keçirmək, qiymətlərin tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və s. Lakin indiyədək bu tənzimləyici orqan (müvafiq icra hakimiyyəti orqanı) yaradılmayıb! Bəlkə Tarif Şurası elə “Tənzimlənən qiymətlər haqqında” Qanunda qeyd olunan tənzimləyici orqandır? Xeyr! Əvvəla, ona görə ki, Tarif Şurasının Əsasnamənin təsdiqi barədə Fərmanda həmin Qanuna istinad edilmir. Digər tərəfdən isə Tarif Şurasının Əsasnaməsində onun icra hakimiyyəti orqanı olması təsbit edilməyib. Əsasnamənin 1.1-ci bəndinə görə Şura sadəcə “kollegial orqandır”. Kimsə deyə bilər ki, nə olsun, statusu icra hakimiyyəti orqanı deyil, tərkibində isə icra hakimiyyəti orqanının nümayəndələridir. Hüquqi yanaşma deyil, əvvəla, amma hətta bu da belə deyil! Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri də Tarif Şurasının üzvüdür, halbuki, həmin Agentlik icra hakimiyyəti orqanı deyil, publik hüquqi şəxsdir. Yeri gəlmişkən, “Tənzimlənən qiymətlər haqqında” Qanunun 6-cı maddəsində qiymətlərin tənzimlənməsinin 7 üsulu nəzərdə tutulub. Qiymətlərin səviyyəsini məhdudlaşdırmaq (bir növ inflyasiya ilə mübarizə) onlardan yalnız biridir. Bu, bir daha təsdiq edir ki, Tarif Şurasının Əsasnaməsinin sırf antiinflyasiya tədbiri kimi təsdiq edilməsi düzgün deyil. Bir sözlə, qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Qanununa əsasən icra hakimiyyəti orqanı olan tənzimləyici orqan tənzimləməlidir. Həmin Qanun əsasında belə bir orqan 22 ilin ötməsinə baxmayaraq yaradılmayıb. Tarif Şurası isə həmin orqan deyil və onun hətta mövcudluğu da qanuna ziddir. O ki qaldı Tarif Şurasının iş mexanizminə, burada da həmişə olduğu kimi özbaşınalıq baş alıb gedir. Belə ki, bu gün əhaliyə bəlli edilən yeni tariflər elə bu gündən də qüvvəyə minib. Halbuki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.25-ci maddəsinə uyğun olaraq əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış informasiyanı açıqlamalıdır. Buradakı “hüquqi şəxslər” ifadəsi sizi çaşdırmasın. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən dövlət mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Deməli, bu tələb dövlətə də aiddir, lakin Tarif Şurası onu pozur: əhaliyə 30 gün öncədən məlumat vermir. Bir sözlə, qurumlarımızın və məmurlarımızın hüquqi savadı və qanuna riayət etməsi həmişə kimi “yüksək” səviyyədədir..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fərqi insan idi..."
Bu gün, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
• Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29 |
|
|
|
• NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27 |
|
|
|
• "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22 |
|
|
|
• “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19 |
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
• "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16 |
|
|
|
• Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10 |
|
|
|
• Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00 |
|
|
|
• Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51 |
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20 |
|
|
|
|