Azərbaycanda polis generalı təqaüdə göndərilib.
Bildiririk ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
"DİA-AZ" xəbər verir ki, əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi polis general-mayoru Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, polis general-mayoru N.Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.