Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, ilin son iclasında Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə edilib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan Xəzər dənizində Rusiya ilə əməkdaşlıq etməkdə maraqlıdır.
“Rusiya bizim şimal qonşumuzdur, Xəzər dənizinin beş tərəfdaş ölkələrdən biridir. Xəzər dənizində ən böyük donanma Rusiyaya məxsusdur. Azərbaycan Rusiya ilə müxalifət sahələr üzrə əməkdaşlıq edir.
Demək olar ki, Azərbaycanla Rusiya arasında bir çox sahələr üzrə dövlətarası münasibətlər qurulub. Münasibətlərimiz inkişaf etməkdə davam edir.
Doğrudur, zaman-zaman tərəflər arasında fikir ayrılıqları olur. Son baş vermiş təyyarə qəzası ətrafında müəmmaların araşdırılamasına Rusiyanın münasibəti Azərbaycana hörmətsizlik kimi dəyərləndirilməlidir. Azərbaycan səbirlə Rusiya tərəfindən baş vermiş hadisələ ilə ədalətli münasibət sərgiləməsini gözləyir.
Hər halda Azərbaycan Rusiya ilə əməkdaşlıq etməkdə maraqlıdır. Qeyd edim ki, hazırda Xəzər dənizində çox ciddi ekoloji probmlər yaşanır. Bu problemlərin həlli üçün Xəzər dənizi ölkələrinin birgə əməkdaşlığı vacibdir”.