Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                 

MASALLIDA HƏBSLƏR DAVAM EDİR
Tarix: 21-09-2012, 09:52 | Çap et
MASALLIDA HƏBSLƏR DAVAM EDİR

DİNDAR GƏNCLƏR NİYƏ HƏBS OLUNUB?

Bu il sentyabr ayının 7-10 arası Masallıda keçirilən Beynəlxalq Folklor Festivalının axşam tədbirləri zamanı xoşagəlməz olay baş verib. Bu olay nəticəsində 3 nəfər dindar gənc həbs edilib. Onlardan biri, əsasən, dini sayt kimi fəaliyyət göstərən “Xeber44.com”un rəhbəri Araz Quliyevdir. Məlumat üçün bildirək ki, Araz Quliyev Masallı şəhərində yaşayır və taksi sürücüsüdür. Ziya Tahirov isə kiçik ticarətlə məşğuldur. Saxlanılan 3-cü şəxs Rza Ağalı isə işsizdir.

Elə tutulanlardan birinin, A. Quliyevin rəhbərlik etdiyi “Xəbər44.com” saytının yaydığı məlumata və həbsdən əvvəl onun redaksiyaya gəlib bildirdiyinə görə, sentyabrın 7-si axşamı onlar Masallı Mədəniyyət Evinin qarşısındakı Nizami meydanında gəzərkən bir polis nəfəri kefli halda onlara yaxınlaşaraq ərazini tərk etməyi bildirib.
Sayt Araz Quliyevin dilindən yazır: " Gənclər Mərkəzinin yaxınlığındakı ərzaq dükanının yanında dayanmışdıq. Masallıda Beynəlxalq Folklor müsabiqəsi keçirildiyi üçün ətrafda polis işçiləri də var idi. Birdən qarşımızda polis idarəsinə məxsus "Wolsvagen" markalı avtomobil dayandı. Maşından düşən mülki geyimli Nazim Əkbərov adlı polis işçisi aşa-aşa bizə yaxınlaşdıqda onun sərxoş olduğunu bildik. O, ayaq üstə güclə dayanırdı. Sərxoş vəziyyətdə olan Nazim bizi küçə söyüşləri ilə təhqir etdi və onunla polis idarəsinə getməyimizi istədi. Bu zaman onunla birlikdə olan mülki geyimli polis işçiləri maşından düşərək bizə yaxınlaşdılar. Biz onların da sərxoş olduğunu gördükdə: "Siz içkilisiniz, gedin ayıq polis işçisi gəlsin, ” - cavabını verdik. Bu cavabımızdan sonra onlar üstümüzə hücum çəkdilər. Hətta mülki geyimdə olan Rüfət adlı polis işçisi üstümüzə silah da qaldırdı”.
Daha sonra saytda qeyd olunur ki, ərazidə olan polislərdən bir neçəsi onlara yaxınlaşıb, iş yoldaşlarının kefli olduğunu gördükdə deyiblər ki, siz buradan gedin.
“Buna baxmayaraq Nazim Əkbərov və onunla gələn digər mülki geyimli polis işçiləri söyüş söyərək bir daha bizim üstümüzə hücum çəkdilər. Cavid Məmmədov adlı polis baş leytenantı isə bizə yaxınlaşaraq: "Narahat olmayın, onlar öz cəzasını alacaqlar, gedək mənimlə idarəyə, orada danışarıq", - dedi. Biz də onunla birlikdə polis idarəsinə getdik. Polis idarəsinin həyətində Nazim Əkbərov yenidən söyüş söyərək üstümüzə hücum çəkdi.
Bizi rəis müavini Fuad müəllimin otağına apardılar. Fuad müəllim ... Nazim Əkbərovun hərəkətlərinin özbaşınalıq olduğunu bizə bildirdi. Nazim Əkbərovun bu özbaşına hərəkətinə görə Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımov da gecəylə idarəyə gəldi. O da Nazimin bu hərəkətini görüb onun cəzalanacağını bildirərək səhər saat 9:00-da idarədə olmağımızı istədi. İdarədə hadisə ilə bağlı sənəd və ya izahat yazılmadı. Sadəcə, sərxoş vəziyyətdə olan Nazim Əkbərovun evinə göndərilməsi əmri verildi ”.
Gənc dindarlar isə həmin gecə saat 3-də evlərinə buraxılıblar.
“Xeber44.com” saytı isə olayın sonrakı günü, sentyabrın 8-də baş verən hadisələri belə təqdim edir: “Masallı cümə məscidinə gedən yol istiqamətində bir qrup Ərkivan sakinləri dindarların yolunu kəsərək küçə söyüşləri söyməyə başlayıblar.
(Deyilənlərə görə, mülki geyimli şəxslər polis zabiti Nazim Əkbərovun yaxın qohumlarıdır.)
Sonra Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun göstərişi ilə polis zabiti Cavid Məmmədov onların yanına gələrək: “Döyün bunları”, - deyib və mülki geyimdə olan idmançılar dindarları Mədəniyyət Evinin qabağına aparıblar.
Orada mülki geyimlilərə çoxlu sayda polis də köməklik edib və dindarları rezin dəyənəklərlə, təpik və yumruqlarla döyməyə başlayıblar.
Dindarları amansızlıqla vurduqdan sonra polislər Araz Quliyev və Ziya Tahirovu polis bölməsinə aparıblar.
Polis bölməsində də dindarları amansızcasına döyüblər.
Dindarların özündən getdiyini görən polislər onları ayıltmaq üçün həkim çağırıblar.
Daha sonra isə Masallı şəhər sakini Rza Ağalını da polis şöbəsinə aparılıb”.
Sayt, həmçinin, başqa məlumatda bu hadisəni
belə qeyd edir: “Həmin gün saat 23:30-da 30-a yaxın mülki geyimli idmançı Masallı RPŞ-nin rəis müavini Əlifağa Kazımovun göstərişi ilə Masallı dindarlarına hücum edib.
Hadisədən 5 dəqiqə əvvəl gənc dindarlarla söhbət edən Əlifağa Kazımovdan ayrılandan 2 dəqiqə sonra mülki geyimli idmançılar Araz Quliyevə, Ziya Tahirova və bir neçə dindara hücum ediblər.
Sonradan polis işçilərinin qoşulmasıyla qrup daha da çoxalıb. 10-a yaxın dindara qarşı təxminən 30-mülki geyimli idmançı və 30-40-a yaxın polis işçisi hücum edib, dindarları döyərək polis şöbəsinə aparıblar. Mülki geyimli idmançılardan isə saxlanılan olmayıb.
İlkin məlumata görə, Nazim Əkbərov adlı polis işçisi Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun tapşırığı ilə bir qrup mülki geyimli idmançıları təşkil edib və onlar da bu hadisəni törədiblər”.
Sentyabrın 10-da isə “Media forum” saytına Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə məlumat verib. Şöbə rəisinin sözlərinə görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: “Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, polisin xidməti avtomobilinin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə cinayət işi açılıb”.
(Məlumat üçün bildirək ki, həmin maddə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə deməkdir.)
Sentyabrın 10-da isə Masallı Məhkəməsi saxlanılan şəxslərin mühakiməsinə başlayıb və onlar 2 aylıq müddətə azadlıqdan mərhum edilib. Cəzalananlar artıq Bakıya yola salınıb”.
Bütün bunlar gənc dindarların və onların tərəfdaşı kimi çıxış edən “Xeber44.com” saytının məlumatları və movqeyi idi. Bəs digər tərəflər, yazıda adları hallanan polis işçiləri, eləcə də ictimaiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri nə düşünür?
Bu rəyləri təqdim etmədən öncə bildirək ki, vəkil Qəhrəman Əliyevin bildirdiyinə görə, Araz Quliyev məhkəmədə vəkildən imtina edib və o, Masallıda diskoteka keçirilməsinə narazı olduğunu bildirmiş və bu tədbirin qısa müddətdə dağıdılmasını tələb etmişdir.
Bu şəxslərin 3 gün müddətinə Apelyasiya Məhkəməsinə müraciət etmək imkanı olsa da, onlar şikayət verməyiblər.
Bu olay əsasən, diskotekaya görə baş verdiyindən öncə aydınlaşdıraq ki, diskoteka nədir?
Vikipediyada qeyd olunur ki, “Diskoteka” sözü fransız dilində olan 2 sözün birləşməsindən götürülmüşdür: disque- qrammofon valı, kartotheque- kartoteka. Diskoteka mədəni-əyləncəli tədbir olaraq rəqs oynamaq üçün nəzərdə tutulmuş xüsusi tamaşa zallarında və ya açıq səma altında həyata keçirilir. Bu sözü bir az da xırdalasaq, indiki vaxtda diskoteka əsasən, canlı çalğı ilə yox, disklərdə səslənən musiqinin müşayiəti ilə rəqsdir.
Masallıda keçirilən diskotekada isə demək olar ki, bir neçə nəfərdən başqa kənardan gələn qonaqlardan savayı kimsə olmayıb. Hətta “Halay”ansamblının üzvləri də həmin tədbirə qatılmayıb.
İndi isə Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımovun fikirlərini sizə təqdim edirik:
- Beynəlxalq səviyyəli Folklor Festivalının Masallıda keçirilməsi hər birimiz üçün fəxrdir. Belə bir tədbirin keçirilməsini sağlam düşüncəli vətəndaş müsbət qarşılamalıdır. Xalqlar öz milli mədəniyyətini, incəsənət
nümunələrini Masallıdan bütün dünyaya nümayiş etdirirdilər.
Lakin bir qrup gənc festivalın normal gedişinə mane olmaq, əngəl törətmək istəmiş, xuliqanlıq hərəkətləri etmişlər. Onların hərəkətlərinə qanuna müvafiq qiymət verilmiş, cinayət işi qaldırılmış, istintaq aparılır.
Qanun-qaydanı pozanlara qarşı polis qüvvələri mövcud qanunvericiliyin tələbləri əsasında hərəkət etmişdir. Polisə qarşı əks tərəfin irəli sürdüyü ittihamlar tam əsassız və yalandır.
Əməkdaşımız Nazim Əkbərov şəkərli xəstədir, spirtli içki onun səhhəti üçün əks göstərişdir. Belə olan halda, o, xidməti vəzifəsini yerinə yetirən zaman sərxoş ola bilərmi?
Qarşıdurma zamanı silah işlətməyə ehtiyac olmamış və heç bir polis işçisi silaha əl atmamışdır. Dindarların döyülməsi faktı isə uydurmadan başqa bir şey deyil. İstintaq işi ilə bağlı araşdırmanı Masallı rayon prokurorluğu aparır.
Masallı Rayon Prokurorluğundan isə bizə bildirdilər ki, siz ancaq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat ala bilərsiniz. Hazırda istintaq getdiyi üçün biz detallara aydınlıq gətirə bilmərik. Ehtimallar var ki, bu işin içində digər məqamlar da olsun.
Bəs din xadimləri bu barədə nə düşünür? Cənub bölgəsinin Qazisi Hacı Mirqiyas Təhməzovun fikirlərini təqdim edirik:
-Sentyabrın 8-də baş verən olay bir Qazi və ruhani olaraq məni çox hiddətləndirir. Ölkə başçısı, möhtərəm prezidentimiz İ. Əliyev cənablarının apardığı məqsədyönlü və ardıcıl siyasətin sayəsində bu gün ölkəmiz günü-gündən inkişaf edir, dünyada öz layiqli yerini tutur.
Beynəlxalq Folklor Festivalının məhz Masallıda keçirilməsi, dünyanın bir çox ölkələrini təmsil edən kollektivlərin də bura gəlişi bir hadisədir. Belə gözəl tədbirə yalnız nankor adamlar pis baxa bilər. Bir dəstə gəncin dindar adı altında, kimsələrin sifarişi ilə festivalın gedişinə əngəl törətmək istəmələri biz dindarları hədsiz hiddətləndirir. Bu olay eyni zamanda bizə ləkə gətirir. O gəncləri biz dindarlar vəkil etməmişik ki, bizim adımızdan hər hansı aksiya keçirtsinlər.
Onların hərəkəti dinimizin qorunması və müdafiəsinə deyil, hər birimiz üçün
əziz olan dövlətimizin dağıdılmasına və nüfuzdan salınmasına yönəlib. Xuliqanlıq etməklə dini müdafiə etməzlər.
Bir Qazi və din xadimi olaraq Masallıda Folklor Festivalının keçirilməsində, konsert proqramlarının, diskotekanın təşkilində İslam dininə zidd olan heç nə görmürəm. Bu tədbir xalqların birliyinə, insanların mənəvi tərbiyəsinə xidmət edir. Bütün bunları görməmək nankorluqdan başqa bir şey deyil.
Əsl müsəlman öz dininin keşiyində ayıq-sayıq dayanmalı, ibadətini unutmamalı, şəriət qaydalarına düzgün riayət etməli, dindaşlarını birliyə, vəhdətə çağırmalıdır. Biganələrin 5-10 manatına uyub dini parçalamaq, onu təriqətlərə bölmək, xuliqanlıq edərək insanların asayişini pozmaq dindar olmaq demək deyil.
Mən gənclərin bu yaramaz hərəkətini tənqid etməklə, əxlaqa, İslama tamamilə zərbə vuran əməl hesab edirəm.

Biz daha bir neçə nəfərə müraciət etdik. Təəssüf ki, onlar rəy bildirməkdən imtina etdilər. Adını açıqlamaq istəməyən ziyalılardan biri isə bildirdi ki, onsuz da bizim əksər toylarımızda qadın və kişilər birgə rəqs edir, bəziləri yarımçılpaq geyinir, çalğı ilə də, disklə də rəqs edirlər. Onda belə çıxır ki, biz həmin toyları da dağıtmalıyıq. Dövlət dinə necə hörmətlə yanaşırsa, dindarlar da hökumətin tədbirlərinə bu cür hörmətlə yanaşmalıdırlar. Biz gənclərin kütləvi şəkildə məscidə getməsini normal qarşılayırıq, dindar gənclər də digərlərinin başqalarına mane olmamaq şərti ilə ürəkləri istədikləri kimi əylənməsinə normal hal kimi baxmalıdırlar.
Son məlumata görə isə daha bir gənc – Xalid Kazımov, Surac Ağyev, Vüsal Quliyev, Nicat Əliyev və Namiq Kişiyev həbs edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru