Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                 

GİROVLUQDAN ÇIXMIŞ ŞAİR SƏRT DANIŞDI
Tarix: 16-09-2012, 12:55 | Çap et
GİROVLUQDAN ÇIXMIŞ ŞAİR SƏRT DANIŞDI

FƏRİD HÜSEYN AYO-ÇULARI CƏFƏNGİYYATÇI ADLANDIRDI

Bu günlərdə İranda əfv edilərək həbsdən azadlığa buraxılan gənc Azərbaycan şairi Fərid Hüseynin “Qafqazinfo”ya müsahibəsi

- Nədənsə sizinlə müsahibəyə başlayanda yadıma Nizami Gəncəvinin “Yeddi Gözəl”indəki

- Çin qızı söylədi iki növcavan,
Başqa bir şəhərə oldular rəvan.

Beyti düşdü. O, qızının sözü olmasın, siz iki cavan başqa bir şəhərə getdiniz və sonrakı proseslərin necə olduğu hamıya məlumdur. Sizi şərdə, casusluqda ittiham etdilər, daha sonra məhkəməniz oldu və nəticədə azdlığa çıxdınız.
- Biz orda olanda casusluqda ittiham etməyiblər, təbliğata cəhdə günahlandırılırdıq. Casusluqda ittiham olunduğumuzu ölkəmizə gələndən sonra bilmişəm. Məhkəmədə bizə bir il həbs cəzası verdilər. Biz əgər azad olunmasaydıq, məhkəməyə etiraz etməyə hazırlaşırdıq. Çünki ittihamlarla razı deyildik, bizim günahımız yox idi. Şəhriyarla məni heç bir arqumet olmadan ittiham etmişdilər. Bizim həbsimiz təziri həbs sayılırdı. Oranın qanunlarına görə birinci dəfə məhkumluq yaşayırsansa və hökmün təziridirsə, həbs müddətinin yarısını çəkib qurtarandan sonra, əhv oluna bilərsən, amma məhkəmə bu əmri verməyə də bilər. Həbsin yarısını çəkib azad olmağa əhvi-məşrut deyirlər. Biz ən yaxşı halda noyabrın 4-də azadlığa çıxa bilərdik. Təxminən hökmümüz çıxandan 15 gün sonra bizi gəlib apardılar ki, sizi İranın ali dini lideri əhv etdi. Biz İranın əhviylə azadlığa çıxdıq, çıxma sənədimiz də əhv sənədidir. Amma burda bəzi ağzıgöyçəklər çızmaqara eləyiblər ki, şairlərin sözündən elə çıxır ki, bunların günahı var idi, İran dövləti bunları əhv etdi. Təbii ki, proses dövlətimizin və cənab prezidentin səyi və böyük nufuzu, eləcə də iki dövlətin münasibəti çərçivəsində gerçəkləşdi. Sadəcə azad olmaq sənədimiz əhvlə bağlı olduğuna görə belə dedik.

- Həmin sənədi sizə verdilər?
- Xeyr, vermədilər.

- Məhkəmənin hökm kağızını alardınız dəə…
- Məhkəmənin hökm kağızını almışıq.

- Nə yazılıb ki, orda? Sizi nədə ittiham edirdilər?
- Bizi İranın əleyhinə təbliğatda günahlandırırdılar. Deyirdilər ki, sizi bura kimsə göndərib. Amma buna heç bir sübutları yox idi. Məsələn, telefonumuzda İranlı bir şəxslə danışığımız olmamışdı, fotoapparatda İranın qadağan olunmuş heç bir ərzisinin şəkilini çəkməmişdik, diktafonumuzda rus dili dərslərim və mahnılar vardı, heç bir səs yazısı yox idi.

- Bəs, sizi harada həbs etdilər?
- Yola düşməyimizə təxminən 5 dəqiqə qalmış, Təbriz şəhərinin Firdovsi küçəsində avtobusa minərkən tutdular.

- Həbs edən kim idi? Neçə nəfər idilər?
- İttilatatın nümayəndələri həbs etdi bizi. Qəflətən 3-4 nəfər tutub apardı. Həmin vaxt Şəhriyar dükanın içərisində su alırdı, mən də yaxında idim.

- Darıxırdınızmı orada?
- Elə təxminən 1 gün sonra darıxmağa başlamışdım. Şəhriyarın ev muzeyində çəkilən videoda da darıxdığım hiss olunur.

- Bir də İrana gedərsən?
- Bu sualı məndən artıq neçənci dəfədir ki, jurnalistlərimiz soruşub. Düşünürəm ki, getmərəm. Ona görə yox ki, orda həbsdə olmuşam, əziyyət çəkmişəm. Ümumiyyətlə, nəsə istəmirəm. Hamı yaxşı bilir ki, günahsız tutulmuşam və vətənə də üzü ağ qayıtmışam.

- Bəs, gəzmək üçün necə gedərsən?
- Əslində, çox gəzə də bilmədim. Şəhriyarın ev muzeyində olduq, məzarını ziyarət etdik və Elgölündə gəzdik. Təbrizdə vaxtımız az idi. Biletimizi almışdıq, o zaman kəsiyində nə qədər vaxtımız var idisə gəzdik.

- Sizi həbs edəndən sonra hara apardılar?
- Bizi İttilatın saxlanma məntəqəsinə apardılar. Dedilər ki, festivala gələndə konsulluqdan icazə kağızı – mücəvviz almalı idiniz. Amma dəvət edən tərəf bizə elə bir sənədin olub-olmamağını haqda məlumat verməmişdi. Biz bildirdik ki, bilmədən icazə kağızını almamağımızın xüsusi bir səbəbi yoxdur, sadəcə bu barədə informasiyasız olmuşuq. Orda nə məhkəmə hökmündə, nə də digər polis strukturlarında bizi heç vaxt casusluqda suçlamayıblar. O ittihamı mən burda eşitmişəm.

- Bir ara sizin edam edəcəkləri ilə bağlı xəbərlər də yayıldı burda.
- Bizim o məlumatdan da xəbərimiz yox idi. Mənim fikrimcə, burda xəbərlərin çoxu informasiyasızlıqdan yaranıb. Çünki əlaqə yaratmaq çətin idi. Müəmmalar da yalnış versiyalara, fikirlərə yol açırdı.

- Həbsxanada şərait necə idi?
- 22 gün tək qaldım, sonra Şəhriyarla birlikdə qaldıq. Həbsxananın şəraiti çox yaxşı idi. Kondisaner var idi, otaq başdan-ayağa xalı ilə döşənmişdi. Yatacaqlar normal idi. Yemək vaxtlı-vaxtında verilirdi.

- Maraqlıdır, Şəhriyarla ayrı qaldığınız müddət nə baş verirdi?
- Həmin vaxt qapının altında otağa havagəlməsi üçün olan nəfəslikdən bəlkə 10 dəfə “Şəhriyar” deyə qışqırdım ki, o da bir dəfə “Fərid” desin, məhrəm bir səs eşidim. Amma o çağırışlarımın çoxunu eşitməmişdi, bir dəfə cavab vermişdi. Mənim o cür səslənməyimi nəzarətçilər tutsaydılar təbii ki, pis olacaqdı. Əlbəttə, fiziki təzyiq yox, amma danlayardılar. Eyni zamanda Şəhriyar da məni çağırıb. Çox vaxt xidmətçidən bir-birimizi soruşurduq. Bir-birimizin qapısının yanından keçəndə möhkəm danışırdıq ki, heç olmasa səsimizi eşidək. Paltar asılan yerdə gözümüz bir-birimizin paltarlarını axtarırdı. 22 gün ərzində saç-saqqalımız tamam uzanmışdı, eyni otağa salınanda təxminən 2 dəqiqə bir-birimizi tanımadıq. Ayrı qaldığımız müddətdə o qədər danışmamışdıq ki, bizi bir yerə köçürəndə 3 gün, 3 gecə yatmadıq söhbət etdik.

- Bəs, yeməyə nə verirdilər?
- Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi.

- Yazmağa, oxumağa necə şərait yaradırdılar?
- Əlifbamız fərqli olduğu üçün onlardan kitab istəyə bilmirdik, amma sonra öz çantamızda olan kitablardan verdilər oxuduq. Qaldığımız otağa qələm vermirdilər. Fikirləşirdilər ki, məhbus qələmlə özünə qəsd edə bilər, boğazına soxa bilər. Havaya çıxanda isə yazmaq üçün qələm, kağız verirdilər.

- Yəqin yazdıqlarınıza baxırdılar.
- Yox, baxmırdılar. Orda təxminən 12 şeir, 1 povest, 10-a yaxın esse, 3 hekayə yazmışam. Gün ərzində fikirləşirdim, ancaq havaya çıxanda yazırdım. Təbriz zindanına köçürüləndən sonra isə yazmaq rahat oldu. 86 gün ittilatda, 1 ay 1 həftə də Təbriz zindanına qaldıq. Oranın şəraiti daha yaxşı idi. Məsələn, neçə il idi zindanda olan məhbuslar vardı ki, yataqsız idilər, amma biz ora gedən kimi bizi yataqla təmin etdilər. Sanki bizi gizli bir əl qoruyurdu. Burda da yeməyimizə fikir verirdilər, kiminsə sataşmağına imkan vermirdilər.

- Şəhriyar nə yazdı orda?
- Şəhriyar, esselər, şeirlər yazdı, hekayə qeydləri götürdü. Biz ikimiz də burda aktiv olmuşuq, orda qapalı bir otaqda çox darıxırdıq. Ona görə vaxtımızın çoxunu yazmaqla keçirirdik.

- Bəs, siqaret çəkirdiniz?
- Yox mən, ümumiyyətlə, siqaret çəkən deyiləm. Heç əsgərlikdə də çəkməmişəm. Orda da çəkmədim.

- Bəs, Şəhriyar?
- Ona çətin oldu. Orda siqaret vermirdilər, qadağan idi. Azad olan kimi əhdi var idi ki, doyunca çəksin. Çəkir indi bala-bala.

- Yazdıqlarınızın hamısını mətbuata təqdim etmisiniz?
- Sizin saytınıza bir şeir vermişəm, başqa heç bir yerdə çap olunmamışam.

- Həmin şeir mən özüm də oxudum və mənə çox xoş gəldi, amma başqa cür qarşılayanlar da oldu.
- Mən sonra öyrəndim ki, mənim əleyhimə olan şərhin beşini eyni adam, müxtəlif adlarla yazıb. Ümumiyyətlə, həbsdən də əvvəl bu cür qısqanclıqlar edən insancıqlar var idi. Şeirlərimin sizin saytınızda çap olunması mənə xoşdur. Bir-iki mətbuat orqanı istəyib şeirlərimizi, müəyyən qonarar qarşılığındasa çapına razı olarıq. Yazdıqlarımızın 90 faizi orada yaşadıqlarımızdan, ağrılarımızdan, psixoloji vəziyyətimizdən bəhs edir.

- İran hökumətinin əleyhinə olan yazılarınız var?
-Yox, mən, ümumiyyətlə, heç bir ölkənin əleyhinə deyiləm, o cümlədən İran hökumətinin də. Məni tanıyanlar bilir ki, necə həlim adamam... Siyasətlə də əlaqəm yoxdur, heç bir siyasi partiyanın üzvi də deyiləm. Bütün dövlətlərin dostluq münasibətlərini alqışlayıram. Ölkəmiz də dünyada xalqlara mədəni münasibəti ilə seçilir.

- Azad olundandan sonra hiss etdiniz ki, sizin arxanızda dura biləcək dövlətimiz var?
- Biz həbsdən çıxandan sonra Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun müavini Nəriman Orucəliyev dedi ki, sizə başqa bir şad xəbər də verim, Ramil Səfərov da azad olunub. Bu xəbərə ikimiz də çox sevindik. Bu hadisələr göstərdi ki, Azərbaycan dövləti hər bir vətədaşının arxasındadır. Biz hiss edirdik ki, bizim dövlətin əli kürəyimizdədir. Kimin nəyə gücü çatdısa bizim üçün etdi. Sadə jurnalistdən tutmuş, ta prezidentimizə qədər bizim azad olunmağımız üçün əlinən gələni etdilər. İnformasiyaların çoxundan burda xəbərimiz oldu. Kiməsə təşəkkür etməsək bizdən inciməsinlər. Hələ təzə gəlmişik yavaş-yavaş hər kəsə təşəkkürümüzü çatdıracağıq, çünki bəzi adamların köməyindən yenicə xəbərimiz olub. Bu gün vətəndə olmağımıza görə cənab İlham Əliyevə minnətdaram.

- Deyəsən, nişanlısan. Bəs, toy nə vaxtdır?
- Oktyabr ayında.

- Toyun belə tez olmasına səbəb uzunmüddətli ayrılığınızdır?
- Yox, iyun ayında toyum olacaqdı, mən də mayda həbs olundum. 2 ildir nişanlıyam, istəmirik müddət bir az da uzansın.

- Toy harada olacaq?
- Bakıda.

- Nişanlınla necə telefonla danışa bildirdin mi?
- 2 dəfə danışdım.

- Nişanlına İrandan nə almısan?
“Eşqi-sənc” adlanan bir süvenir vardı orda, onu hədiyyə almışam. Həmin suvenirin funksiyası odur ki, “Mən səni sevirəm” deyib o süvenirdən yapışırsan, onun içərisində olan maddə yuxarıya qalxır. Kim o sözü daha ürəkdən deyirsə onda həmin maddə daha yuxarı qalxır. Məhəbbəti test etmək üçün çox maraqlı bir alətdir. Həbsxanada toxuculuq da öyrəndim. Ətir qabı, qələm, kukula toxuyurdum orda.

- Bundan sonra bir də Şəhriyarla harasa gedərsən?
- Şəhriyarla bizim heç bir problemimiz olmayıb, əksinə çətin günlərdə bir-birimizə dayaq olmuşuq. İstintaq müddətində də bir-birimizi müdafiə etmişik, birlikdə olanda da söhbətlərimizdə heç vaxt bir-birimizi suçlamamışıq. Istintaqımız zamanı da Şəhriyardan mənə, məndən Şəhriyara bizdən söz almaq üçün hər hansı bir yalnış fikir söyləyəndə inkar etmişik ki, o elə söz deməz. Biz bu hadisəyə tale məsələsi kimi qəbul edirdik, Vəkilov və Cəfər Cabbarlı üzləşməsindən hər ikimiz Cabbarlı kimi çıxmışıq.

- Adətən, adam əsgərlikdən sonra düşünür ki çox çətin idi vəziyyət. Amma müəyyən müddət keçdikdən sonra fikirləşir ki, yaxşı ki, o məktəbi keçdim. Yəqin siz də ne vaxtsa deyəcəksiniz ki, yaxşı ki, bu məktəbi keçdik.
- Doğrudan, çox çətin məqamlar olurdu. Orada hətta paltarlarımız belə özümüzün deyildi, hərdən deyirdik ki, bizi aparın heç olmasa paltarlarımıza baxaq. Bizə doğma olan nəsə axtarırdıq. Burda ucuz araq içib vətənə dodaqbüzən şeirlər yazmaq qədər asan deyil orda qalmaq. Başa düşürsən ki, bir anın içində insan hər şeyini itirə bilər. Yaşımın indisində bu ifadəni işlətməyin nə qədər doğru olub-olmadığını bilmirəm, amma onu deyə bilərəm ki, həyat adama yerini göstərir.

- Bunları yaz dəə...
- Yazacağam, hələ təzə gəlmişik.

- Orda nə üçünsə təəssüfləndiniz?
- Burdan gedəndə dünya ədəbiyyatı kitabxanası seriyasından yeni kitablar almışdım. Ağır olduğuna görə aparmadım, orda kitabsız qaldıq. Çantamızda 1-2 kitab var idi onu da oxuyub qurtardıq. Jose Saramaqonun kitabını oxumaq istəyirdim yanımda olmadığı üçün təəssüfləndim. Ən çox Şəhriyar təəssüflənirdi. Deyirdi kaş yanımda bu kitab olardı, kaş bu sumka olardı. Kaş filankəs olardı, kaş bu paltar olardı. Axırda mən də zarafata salıb dedim ki, bir dəfə də de ki, kaş burdan azad olardıq. azadlıqda olsaq bunlar hamısı onsuz da bizimdir.

-Haqqınızda yazılanları, danışılanları oxudunuzmu, bilirsiz ki, sizə qarşı münasibət birmənalı deyildi.
- Yazıları oxudum, bizi sevənlər çox imiş. Onlara dərin minnətdarlığımı bildirirəm. Amma ağzına gələni yazanlar, köşə xətrinə yazanlar da var idi. Məsələn, biri elə mənim iş yoldaşım Aqşin Yenisey. Bizi vətən şeirləri yazmamaqda az qala suçlayır. Ümumiyyətlə, Aqşinin köşələrini oxuyanda elə bilirəm ki, onun romanının qəhrəmanı Leş Əli elə onun özüdür. Çünki Aqşinin publisistikası insada az halda ikrah doğurmur. Və əgər Leş Əli vətənpərvərlik simvoludursa, o mənə lazım deyil. Aqşin bizi Rasputin kimi mövqesiz adlandırıb. Aqşinin şeirlərində bir qadın obrazı var ki, fahişədir, amma Aqşin həya edərək, bir qədər də kişi zəifliyini büruzə verməmək üçün onu öz oxucularına vəfasız, özünü isə atılmış kimi təqdim edir. Bütün bunlardan sonra biz əgər Rasputsiniksə o heç də Soljinetsin deyil, Zəmanəmizin qəhrəmanıdır. Ümumiyyətlə, AYO-çuların çoxu XX əsrin əvvələrində Rusiyada Politexnik Universitetinə toplaşan “cəfəngiyyatçılardan” heç nəyi ilə fərqlənmirlər. Seymur Baycan da bizi ictimai mövqeyimizin olmamağında qınayır. Amma Seymuru başa düşmək olar, çünki o dörd roman yazandan sonra köşə yazarı olaraq tanınmağın faciəsini yaşayır, məncə yazıçı üçün bundan böyük bədbəxtlik yoxdu. Aysel Əlizadənin yazısında da müəyyən informasiya yalnışlığına yol verilmişdi. Aysel xanımdan belə yazı ummazdım, bizim münasibətlərimiz mədəni, hörmət çərçivəsindədir, çalışacağam ki, münasibətimiz korlanmasın. Günel Mövlud da bizim sözə görə tutulmadığımızı deyir, o qız çox qəribədir, həmişə öz alt mövqeyini ciddi-cəhdlə qorumağa çalışır. Bir də Rasim Qaracanın bizim müdafiəmizdə konpaniyalaşmağı mənasız görməyi məndə gülüş doğurdu, ümumiyyətlə, onun hamı varsa mən yoxam, qatıq qaradı prinsipi mənə çox gülməli gəlir. Onun sözündən belə çıxır ki, tanınmayan adamlar üçün bu cür şeylərə dəyməz. Mən üç-dörd ildə kim tanıyırsa, Rasimi də o adamlar tanıyır, Azərbaycan ədəbi mühitinin sərhədləri hamımıza məlumdur, yoxsa Rasimin böyük beynəlxalq şöhrəti var bəlkə, biz bilmirik. Qaraçı Rasim, Rasim Qaracadan çox tanınır.

-Bəs, Bakı Slavyan Universitetində görüşünüz oldu?
- Yox mən Kamal Abdullayla görüşüb ona təşəkkürlərimi bildirdim. Onun bu işdə mənə, ailəmə çox köməkliyi oldu. Azad olunmağım üçün əlindən gələni əsirgəmədi İrandakı konsulluqla, Xarici İşlər Nazirliyi ilə də xüsusi maraqlanıb, prosesin başlanmasına və təkan qazanmasına çox köməyi oldu.. “Kaspi” qəzetinin redaktoru Natiq Məmmədlinin də köməyi olub. Həmişə işim çətinə düşəndə böyük qardaş kimi dadıma çatıb. Həbsdə olduğum müddətdə əmək haqqımı kəsməyib, evimizə göndərib.

- Uğurlar arzulayıram sizə. Siz əvvəl 5-6 nəfərin doğması idinizsə indi artıq bütün Azərbaycanın əzizisiniz. Bir də yolunuz zindana düşməsin.
- Mən də hər kəsə - prezidentimizə, Xarici İşlər Nazirliyinin nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə nümayəndələrinə rəhbərliyinə, Bakı Slavyan Universitetinə, “Kaspi” qəzetinə, kəsəsi bizdən ötrü dırnaq ucu boyda da olsa iş görmüş hər kəsə təşəkkür edirəm. Azad olmağımızda əməyi keçən insanlara, jurnalistlərə təşəkkürümü bildirirəm. İnsanların bu məsələdə göstərdiyi ədalət hissi mənə çox xoş gəldi. Bizi müdafiə etmək günahsızlığı müdafiə etmək, ədaləti bərqərar etmək demək idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Bu gün, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Bu gün, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Bu gün, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Bu gün, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Bu gün, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Bu gün, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru