Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                 

ZİYA MƏMMƏDOV İRANIN BİR NÖMRƏLİ ADAMI ÇIXDI
Tarix: 1-09-2012, 13:12 | Çap et
ZİYA MƏMMƏDOV İRANIN BİR NÖMRƏLİ ADAMI ÇIXDI

RƏSMİ BAKI NN ŞEFİNDƏN İMTİNA ETMƏZSƏ, DAHA BETƏRLƏRİ OLA BİLƏR

DİA.AZ: - Yenə də din və dövlətin dinə olan münasibəti məsələsi aktuallaşıb. Yenə də ortada köhnə suallar dayanmaqdadır: DÖVLƏT DİNDƏN NƏ QƏDƏR MƏSAFƏ SAXLAMALIDIR? Və yaxud da ümumiyyətlə, dövlət dindən məsafə saxlamılıdırmı?
Azərbaycan dünyəvi ölkədir və dini dövlət hesab olunmadığımızdan şəriət qanunlarına da istinad etmir. İlk olaraq bu məqama xüsusi diqqət yetirməliyik. Çünki bəzən elə bir təəssürat yaradılır ki, Azərbaycanda əhalinin böyük əksəriyyətinin müsəlman olması faktı sanki həm də şəriət qanunları ilə idarəolunmanı zəruriləşdirir. Yəni məqsədli olaraq belə bir fikir yürüdürlər ki, əgər əhalinin böyük əksəriyyəti müsəlmandırsa və Azərbaycan müsəlman ölkəsidirsə, o zaman şəriət qanunları ilə idarə olunmalıyıq.
Budur əsas olaraq dartışılanı və qeyri-müəyyənlik yaradanı. Əhalinin böyük əksəriyyətinin müsəlmanlardan təşkil olunması heç də şəriət qanunlarına müraciəti zəruriləşdirən faktor deyil. Və digər tərəfdən şəriət qanunlarının dövlətin idarə olunmasına prioritet təşkil etməməsi kiminsə müsəlmançılığını şübhəyə alan səbəb deyil.

Hər şey nədən başladı?

Hər şey, təbii ki, Azərbaycanın müstəqilləşməsindən başladı. Sovet dövrünün sərhədlərə və insanların şüurlarına çəkdiyi dəmir pərdə vətəndaşların dini inanclarının məhdudlaşdırılmasına da nədən olmuşdu. Digər tərəfdən, sovet ideologiyasının dini inkar etməsi, dini özünə alternativ kimi görməsi faktı da insanlarla ilahit qüvvənin hansısa təmasının sərbəstliyini mümkünsüz edirdi.
Nəhayətdə Azərbaycan müstəqilləşdi və bir çox sahələrdə azadlıqların əldə olunması ilə yanaşı, dini inanc sisteminə də bir sərbəstlik gəldi.
DİA.AZ bildirir ki, geopolitik baxımından olduqca əhəmiyyətli cocrafiyada yerləşməsi və həmçinin təbii sərvət ehtiyatları baxımından əksər güclərin diqqətini cəlb etməsi gənc Azərbaycan dövlətini böyük miqyasda hədəfə çevirən şərt kimi çıxış etmiş oldu. Nəticədə, dünya gücləri Azərbaycana müxtəlif adlar altında soxulmağa başladılar ki, bunlardan da biri də dini missionerlik xətti idi.
Özünün ənənəvi inanc sistemləri olan Azərbaycan müstəqilləşəndən sonra hətta krişnaidlər, «Yeqova şahidləri» kimi əcaib ritual və prinsipləri yaşadan din tərəfdaşlarına da şahidlik etmək zorunda qaldı. Bu artıq fakt idi ki, Azərbaycan insanlarının və dövlətinin tolerantlığından sui-istifadə edən missionerlər ölkəmizin din müstəvisini əməlli-başlı poliqona çevirməyi bacardılar.
Nəticəsi isə göz önündədir. Bu gün Azərbaycanda Azərbaycana bağlı olan və Azərbaycanın ənənəvi dini sistemlərinə sadiq qalan dindarlar ya yoxdur, ya da onların sayları barmaq sanı qədərindədir. Bu gün Azərbaycanda baptistlər, «Birlik» kilsəsi tərəfdarları, nurçular, «Yeqova şahidləri», vəhabilər (xavariclər və sələfilər), bəhailər, irançı şiələr, krişnaidlər və digər təriqət daşıyıcıları artıq Azərbaycanın dini mənzərəsinin ayrılmaz tərkibinə çevriliblər. Ki, bunun özü də ən böyük təhlükələrdən biri kimi dəyərləndirilməlidir.

Hər şey nədən pozuldu?

Təbii ki, ilk növbədə qırılan nöqtələrin müəyyən olunmasına ehtiyac var. Yəni nə baş Verdi və yaxud da nələri etmədik ki, bu gün Azərbaycanda DİN PROBLEMİnin mövcudluğundan danışılır, dinlarlar siyasi fəaliyyətlə Allaha ibadəti qarışdırır, Qafqaz Müsəlmanları Ruhani İdarəsi siyasətin tam göbəyində oturub dinə inananları özünün təəbələri hesab edir və bütün bu eybəcərliklərin fonunda Azərbaycanın dini müstəvisini demək olar ki, tam olaraq əlinə keçirmiş kənar güclər ölkəmizin zəifi kimi din kartından gen-bol istifadə etməkdədirlər. İlk növbədə bunları aydınlaşdırmalıyıq.
Bu bir faktdır ki, hələ də Azərbaycanın bir dövlət olaraq dini konsepsiyası yoxdur. Bu bir faktdır ki, hələ də məmurlarımız dinə «bizdə camaat islam dininə inanır, bunun qanunlarla tənzimlənməsinə ehtiyac yoxdur» deyərək əslində çox ciddi məsələ olan bir məqama dırnaqarası yanaşırlar. Bu bir faktdır ki, bizdə qanun boşluğunun olması nədənindən bəziləri hətta krişnaidlərin hüquqi işlərini belə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə verilməsini təklif edirlər. Bu bir faktdır ki, dövlətdən ayrı tutduğumuz dinə olan ögey münasibətimiz səbəbindən dövlətimizi çökərtməyi məqsəd edən şər qüvvələr dindən bizə qarşı istifadə etməkdədirlər.
Din əslində insanların yönəldilməsi üçün ən böyük silahdır. Biz isə bir dövlət olaraq bu silahdan könüllü şəkildə imtina etmiş kimi görünürük. Üstümüzə saqqal uzadıb, şalvar qısaldanların qarşısına əliyalın çıxırıq. Halbuki elə müstəqilliyimizin ilk günlərindəncə biz insanlarımızın inanc sisteminə münasibətdə AZƏRBAYCANIN DÖVLƏT MODELİNİ ortaya qoymalı idik. Əgər biz öz modelimizi qoymuruqsa, insanlarımızın inancını tənzimləmiriksə, dövlətin nəzarətinə keçirmiriksə, o zaman bizim insanlarımızın dinə olan münasibəti təbii ki, başqa dövlətlərin prinsipləri ilə tənzimlənəcəkdi. Necə ki, hazırda da bu istiqamətdə Azərbaycan dövləti adına çox ciddi problemlər yaşanmaqdadır.
Günü bu gün də özünün dünyəvi qanunlarla idarə olunduğunu iddia edən əksər dövlətlərdə dini münasibətlərin önə çıxması faktdır. Və bu faktın mövcudluğu heç də ayıb hesab oluna bilməz. Yuxarıda da vurğuladıq ki, əslində din insanların idarə olunması üçün ən uğurlu nəzəriyyədir. Gözlə görünməyən, ilahi bir qüvvəyə istinad edib insanları itənilən bir ünvana daşımaq çox asandır. Əgər bu gün terror təşkilatlarının böyük əksəriyyəti də məhz bu inamın üzərində qurulursa, əgər bu gün Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və hətta Rusiya Federasiyasının özü belə əslində bütün proseslərə məhz dini apsektdən yanaşırsa və öz siyasətlərinin ana qayəsini dini inanclarına uyğun tərzdə formalaşdırırlarsa, o zaman Azərbaycan kimi ölkələr bu amili çoxdan nəzərə almalı idilər.
Bir müddət əvvəl Rusiyanın əksər quberniyalarında xristianlığın katiolik qolu tərəfindən «sevgililər günü» kimi qeyd olunan «14 fevral» tarixinə açıqlanan münasibəti kimsə diqqətdən yayındırmalı deyil. Məlum oldu ki, rus qubernatorları 14 fevral tarixinin əlamətdarlığını öz dini inancları ilə ölçələrək belə bir qənaət ortaya qoydular ki, bu təqvim gününün ruslar tərəfindən qeyd olunması həm dini, həm də mental dəyərlər baxımından doğru deyil.
Təbii ki, Azərbaycanda bu kimi məsələlərə həddən-ziyadə tolerant münasibət sərgilənir. Vəziyyət hətta o qədər şiddətlidir ki, tolerantlığımızın hədsizliyi dövlətimizin təhlükə altına düşməsinə belə rəvac verməkdədir.

Hər şey nədən qaynaqlanır?

Bunu da araşdırmaq zorundayıq. Necə oldu ki, qısa müddət içində Azərbaycanda təhlükə mənbəyi hesab olunan qüvvələr peyda oldu?
Bu faktdır ki, bu gün vəhabilər, irançı dindarlar çox ciddi təhlükə hesab olunurlar; nurçular və xristianlığa aid zərərli təriqətlər isə beyinlərimizi işğal edərək yadlaşdırmaları səbəbindən təhlükəlidirlər. Və bütün bunların qarşısında heç bir dini konsepsiyası olmayan, dinə baxışını müəyyənləşdirməyən zəif bir Azərbaycan dövləti dayanmaqdadır.
Ola bilsin ki, bu gün Azərbaycan bir dövlət olaraq həm hərbi və həm də iqtisadi qüdrətini artırsın və hətta bu qüdrət hesabına çox ciddi nailiyyətlər də əldə oluna bilər. Amma bu bir faktdır ki, bizi içimizdən yeyən, dövləti daxilindən dağıdan missioner fəaliyyətlərinin qarşısında heç bir güc dayana bilməz, əgər alternativ variantı yoxdursa. Bizim də əsas problemimiz alternativ variantın olmamasındadır.
Bunun üçün isə, bir daha təkrarlayırıq, Azərbaycan dövlətinin öz modelinin ərsəyə gətirilməsinə ehtiyac var. Bu məsələdə yetərincə gecikmiş kimi görünə bilərik və bu sözün əsl mənasında da belədir. Amma hələt də gec deyil. Çünki dövlətin bütünlüyünü qoruma adına atılan bütün addımlar gec deyil. Sadəcə olaraq yubanmaq təhlükələrin miqyasını, irinləyən yaranın ağrılarını artırmış olur.

Hər şey Nardarandan başladı

Bəli, bu da bir faktdır. Azərbaycan dövlətinint sahiblənmədiyi ölkənin dinə meyilli zümrəsi yad qüvvələrin nəzarətinə zaman-zaman keçid almış oldu. Bizim imtina etdiklərimiz günlərin birində bizi çökərtmək istəyənlərin əlində alətə çevrildi. Bir dövlət üçün isə bundan dəhşətlisi ola bilməz.
Heç bir vətəndaş dövlətinə qarşı ayaqlanmasına görə günahkar deyil. Suçludur, amma günahkar ünvan dövlətin özüdür. Dövlət zamanında həmin vətəndaşına sahiblənmək zorunda idi.
Nardaran və digər ünvanlarda da məhz bu tendensiya yaşandı. Dövlətin sahiblənmədiklərinə İran sahib çıxdı. O İran ki, Azərbaycana müstəqilləşdiyi ilk gündən düşmən mövqedə dayanıb. O İran ki, hər zaman Azərbaycanın düşmənlərinə dəstək verərək Azərbaycanın dövlət müstəqilliyini özünə qarşı təhlükə hesab edib. O İran ki, Azərbaycanın ən yaxın qonşusu olaraq Azərbaycana ən böyük təhlükə ünvanı kimi xarakterizə olunmaqdadır.
Bax, biz Nardaran, Bənənyar və bu kimi daha bir neçə məskənimizi İranın xeyrinə itirmiş hesab olunuruq. Amma yenə də gec deyil və bunun üçün ilk növbədə tələb olunanı məhz dövlətin iradəsidir. Dövlətin iradəli və qətiyyətli addımları istənilən bir para qarşılığı hərəkatın qarşısının alınması üçün yetərlidir. Çünki kimsə iddia edə bilməz ki, bu gün İran adlı əslində islam düşməni olan, islamı gözdən salan və müsəlmanlığa həqarət hesab olunan bir ölkənin diştəsi ilə hərəkət edən hansısa Azərbaycan vətəndaşı bu fəaliyyətində səmimidir və onun geri dönüşü yoxdur.
Sonuncu Məhərrəmlik ayında Aşura Günü ilə bağlı Nardaran kəndində təşkil olunan mitinqdə əslində İran Azərbaycan dövlətinə əzələ nümayiş etdirdi. «Səhər» kanalından Azərbaycan əleyhinə bir ideoloji rupor kimi istifadə edən rəsmi Tehran artıq bir neçə dəfədir ki, Nardaran kəndindən Azərbaycana qarşı platsdarm kimi istifadə edir.
Həmin sonuncu aksiyaya təxminən 20 mindən artıq vətəndaşımız qatılmışdı. Təbii ki, bu adamlar Nardaran kəndinin sakinləri deyildilər. Mitinqdən bir gün öncədən də Bakının küçələrində üzərində «Ya Hüseyn» yazılmış bayraqlarla hərəkət edən maşınların Nardarani kəndinə sarı şütüdüyünü görmək olardı (Hər zaman siyasi müxalifətə qarşı ayıq-sayıq görünən polisimiz nədənsə demonstrativ qaydada paytaxt küçələri ilə hərəkət edən dindarların avtomobil karvanına heç bir müdaxilə etmədi -red.). Yəni insanlar hələ bir gün əvvəldən Nardaran kəndinə axışmaqda idi. Oxşar bir aksiyanın Gəncədə də təşkil olunduğu söylənilir.
Əslində bu faktlar o demək idi ki, rəsmi Bakıya əzələ nümayiş etdirmək niyyətini açıqlayan İran dövləti «hətta sənin paytaxtının göbəyində də istədiyimi edərəm» şəklində boy göstərirdi. Biz isə hələ bu aksiyanın təşkilatlanmasını, formalaşmasını sükutla qarşıladıq. Əvəzində nə baş verdi? Həmin mitinqdə Azərbaycan dövlətinin və dövləti idarə edənlərin ünvanlarına çox sərt, kəskin ifadələrin yer aldığı fikirlər söylənildi.
Bundan əvvəl isə eyni qüvvə özünü Təhsil Nazirliyinin qarşısında göstərmişdi, Misir Mərdanovun «orta məktəblərdə hicab qadağası»na guya ki, sərt reaksiya verən irançı dindarlar bir günün içində təhsil nazirliyinin binası qarşısına mindən artıq Aaamı çıxardılar.
Halbuki uzun illərdir insanlarla işləmə təcrübəsi olan və cəmiyyətdə kifayət qədər dəstəyi olan ən güclü təşiklatlar belə həmin ərəfədə irançı dindarların nümayiş etdirdiyi operativliyə heyran qaldılar. Bunun adına isə məqsədli ifadə deyilir.

Hər şey münasibətsizlikdən pozuldu

Təbii ki, məsələyə reaksiya vaxtında verilməli idi. Amma bu baş vermədi. Nardaranda baş verənlərə «bir qrup dindarın Aşura Günü ilə bağlı sitəmi kimi» yanaşan dövlət məmurları sonrakı hadisələrdə yanıldıqlarının şahidi oldular. Məlum oldu ki, bu aksiya sıradan bir olay deyildi və bu aksiyaya çox ciddi şəkildə tədarük görülmüşdü. Elə buna görə də sonrakı aksiyalar, sonradan yaşananlar həmin o Aşura mitinqinin məntiqi uzantısı təəssüratını yaratmış oldu.
Məlum oldu ki, Nardaran kəndinə yığılanlara dırnaqarası baxanlar həmin kəndin Bakı küçələrinə ifraz formasının qarşısında çox acizdirlər. Belə də olmalı idi. Bunlar baş verməli idi. Açıq-aşkar Azərbaycanın yox, İranın dövlət maraqlarını güdən və hətta Azərbaycanın bütövlüyü yolunda canını qoyan yüz minlərlə Azərbaycan türkünü təhqir edən Azərbaycan İslam Partiyasının fəalları enində-sonunda bu hakimiyyət üçün (əslində isə bu dövlət üçün) başağrısına çevrilməli idi və bunun tək günahkarı, tək suçlusu məmurlardır. O məmurlar ki, Azərbaycana düşmən mövqedə dayanıb, Azərbaycanı düşmən ölkə hesab edən, Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməyən İran dövləti ilə biznes ortaqlığına malikdirlər. Bu da bir faktdır.
Bu faktların ən böyüyü bu yaxınlarda məşhur WikiLeaks təşkilatının açıqladığı sənədlərlə ortaya qoyuldu və məlum oldu ki, İranla ortaq olan məmurların önündə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov gəlməkdədir. Həmin məlumatı xatırlamağımıza ehtiyac var.

2009-cu il martın 6-da ABŞ-ın Bakıdakı səfirliyindən alınmış məlumat:

«Geniş yayılmış şayiələrə görə, Bakıdakı iranlılardan çoxu İran rejiminə bağlı gəlirli biznes, çirkli pulların yuyulması və digər işlərlə məşğuldurlar. Bu işlərə özəl, həmçinin İranın hökumət müəssisələri üçün fəaliyyət daxildir. Bu iranlıların Bakıdakı biznesinə fabriklər, tikinti şirkətləri, ticarət firmaları, mağazalar aiddir. Bu şirkətlərdən bəziləri isə qanunsuz işlərlə məşğul olan saxta şirkətlərdir. Bəzi iranlıların İran İnqilab Qvardiyası üçün ehtiyat hissələri və avadanlıq almaqda mühüm rol oynadıqları bildirilir. Bununla da Qvardiya üçün pul qazanılır, İrandan gələn narkotik ticarəti idarə olunur. Bu məlumatda İranlı fiqurların İran təhlükəsizlik təşkilatları və rejimin fiqurları ilə münasibətlərindən bəhs olunur.
Aşağıdakı məlumatların bir çox İranlı və azərbaycanlı mənbələrdən aldığı bildirilir, bura Bakıda oxuyan bir iranlı tələbə, biznesmenlər, insan haqları fəalları, Tehranda işləyən iranlı ixracatçı, İranda işləyən bir tanınmış biznesmen, Azərbaycandakı Amerika palatasının icraçı direktoru, nüfuzlu beynəlxalq menecment konsaltinq şirkəti daxildir. Bütün hallarda aşağıdakı məlumatı azı üç mənbə təsdiqləyib.
Ancaq bu iddiaları ayrılıqda təsdiqlətmək də mümkün olmayıb. Baxmayaraq ki, bu fiqurlardan bəziləri Bakıda çox məşhurdur, Iran watcher- məlumatları yayan mənbə onları əvvəllər heç vaxt görməyib.
Camal Əllavi. Üç İran mənbəyi təsdiqləyib ki, Əllavi Ərdəbilin keçmiş merinin yaxın qohumudur, həm də Prezident Əhmədinejatın keçmiş həmkarı, dostudur. O, hazırda bir neçə İran şirkətini idarə edir, həmçinin "Tavanee Marzneshinan Fedayan Velayat" təşkilatının rəhbəridir. Bu, provinsial əməkdaşlıq təşkilatı bəzi məhdudiyyətlərlə mallar ixrac və idxal edir. Əllavinin Bakıda evi var, tez-tez Azərbaycan, Rusiya, Çin və Qazaxıstana biznes dalınca gedir. Onun da İran İnqilab Qvardiyası və İranın digər təhlükəsizlik qüvvələri üçün hərbi hissələr istehsalında öz biznesindən istifadə etdiyi bildirilir.
Məlumatda Lütfi adlı bir iranlının adı çəkilir. O, Ərdəbildə "Kharkhaneye Charmeh Masnui" süni dəri fabrikini idarə edir. O, Camal Əllavinin yaxın qohumudur, qaçaqmalçılıqla məşğuldur.
Sənəddə adı çəkilən növbəti iranlı Adil Şarabianidir. O, İranda valyuta mübadiləsi işçisidir, Tehranla sıx əlaqələri var. Əvvəllər Bank Melli İranın meneceri işləyib. Hazırda Bakıda orta ölçülü Xalq Bank-la sıx biznes əlaqələri var. İranda bankrot olandan sonra Azərbaycana gəlib. Varlıdır, məlumatlara görə, İranın “Əzilənlər Fondu”- "Foundation for the Oppressed" (Banyadeh Mostazafan) üçün işləyir, bu təşkilatın Azərbaycanda biznes və sərmayə işlərinə baxır. Həmçinin bu fondun Darya Sabun Şampun şirkətinin Azərbaycandakı menecmentinə müşavirlik edir. O, həm də Azərbaycanın Qarabağdan olan qaçqınlarına ayda 300 manat (təxminən 350 dollar) maliyyə yardımı ayıran başqa bir İran fonduna yardım edir.
Bir iranlı mənbənin deməsinə görə, bir dostu Şarabianinin nağd şəkildə beş milyon dolların İrandan Bank of Baku-ya çatdırdığını görüb, bu pullar heç yerdə qeyd olunmayıb. Rejim əleyhinə olan mənbənin iddiasına görə, Şarabiani periodik olaraq banka bu cür pulları çatdırır. Bir iranlı biznesmen isə onun İran hökuməti ilə çox yaxşı münasibətlərinin olduğunu deyib.
Qeyd: Xalq Bank Bank of Baku-nun keçmiş işçiləri ilə yaradılıb. Azərbaycanda iranlıların ən çox müraciət etdiyi bankdır. İranlılar üçün digər tanınmış banklar iranlı amerikalının idarə etdiyi "Royal Bank of Baku" (Bu bank artfq arxivdədir) və "Bank of Baku"-dur.
Kamal Dərvişi. Dərvişi üç qardaşı ilə İran-İraq müharibəsində məşhur döyüşçülərdən olub. On il əvvəl Azərbaycana gəliblər. Çox kasıb ailədən çıxsalar da, hazırda həddən artıq dövlətlidirlər. Kamal İranda yol və digər infrastruktur şirkətləri işlədir. Bir Tehranlı biznesmenin dediyinə görə, “İranda heç bir yol onun və dostlarının partnyorluğu olmadan çəkilmir.”
Dərvişi əvvəllər NASR adlı şirkəti idarə edib. Onun biznesi bəzən şübhə doğurduğu üçün rəsmən İnqilab Qvardiyasından istefa verib. Son illər Dərvişi Azərbaycanın Nəqliyyat naziri ZİYA MƏMMƏDOVLA sıx biznes əlaqələri yaradıb. Məmmədovun yardımı ilə azı səkkiz nəhəng yol tikintisi və bərpası layihəsi qazanıb. Bura Bakı-İran Astara yolu, Bakı-Quba yolunun qurulmasına dair kontraktlar daxildir.
Şərh: Biz təxmin edirik ki, Məmmədov bu kontraktlarda sakit partnyordur. Məmmədovun ailəsi Azərbaycanın ən böyük kommersiya şirkətini idarə edir. Özünün də adı korrupsiyada hallanır. Iran watcher Azərbaycanda yol tikintisi kontraktlarında korrupsiyaya dair xeyli iddialar eşidib.
İran biznesmenləri və tələbələri iddia edirlər ki, Dərvişinin də İnqilab Qvardiyası və İran kəşfiyyatı ilə sıx əlaqələri var. Bir İranlı tələbənin dediyinə görə, Dərvişi Azərbaycandakı iranlı tələbələri yeni şirkətində işləmək üçün cəlb edir.
Cəmşid “Cuşkar” Mahmudoğlu qardaşları ilə birlikdə Türkiyə vətəndaşlığı almış İran azərbaycanlılarıdır. Onların bəzən türk bankı kimi təqdim olunan Bank of
Baku-da iri səhmləri var. Əslən Təbrizdəndirlər, vaxtilə qızıl və valyuta alverilə məşğul olublar. İran İnqilabından sonra bizneslərini itiriblər. Ailə Türkiyəyə qaçıb, türk pasportu alıblar. Onlar Azərbaycanda Oromi qardaşları (türk pasportlu təbrizli ailələri) ilə birgə biznes qurublar, Dubayda Silsilə General Trading şirkətini yaradıblar. Azərbaycanda Baku Electronics şirkətini və Bank of Baku-nu təsis ediblər. Sonuncu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə birgə yaradılıb. Oromilərdən fərqli olaraq, Cəmşid bu bankın iri səhmdarı olaraq qalır.
Cəmşidin Azərbaycan və İrandan olan biznes və hökumət fiqurları ilə əlaqələri var. Onun İran hökuməti üçün də işlədiyi bildirilir. Bakıdakı Amerika palatasının prezidenti təsdiqləyib ki, Cəmşid böyük banklardan birinin səhmdarıdır.
Şahram Oromi İran inqilabından sonra türk vətəndaşlığı almış İran azərbaycanlısıdır. 1988-ci ildə "Turkish" NAB Foreign Trade company (Deesh Ticaret Limited Sherkati) yaradıblar. Şirkət Azərbaycanda, Rusiyada, digər MDB ölkələrində fəaliyyət göstərir. 1995-ci ildən Azərbaycanda Hyunday avtomobillərinin distribyutorudur. Oromi qardaşlarının biznesdə işlədikləri ölkələrdə hökumət üzvləri, onların qohumlarına rüşvət, hədiyyələr verməklə daxili monopoliyalar yaratdığı bildirilir. Bank of Baku-nun yaradılmasına Oromilərin dəstək verdiyi bildirilir. Şahram həm də İranın Azərbaycandakı keçmiş səfiri Əhməd Qəzainin yaxın dostu olub.
Əsgər LNU, Bakıda daha çox Ağayi Əsgər kimi tanınıb. Onun özəl şirkəti Bakıda Nizami metrostansiyasının yaxınlığında, Qorbanov küçəsi 16-da yerləşir. Onun formal biznesi Azərbaycan ərazisindən İran-Rusiyaya taxta-şalban idxal-ixracıdır. İran azərbaycanlısı olan Əsgərin arvadı azərbaycanlıdır və bir neçə il Bakıda yaşayıb. Onun arvadı Təhsil naziri Misir Mərdanovun xalası qızıdır. Mərdanovun qardaşı isə onun biznes tərəfdaşıdır. 2007-ci ildə Bakıda Media Mərkəzində İsrail əleyhinə “İslam dünyası” konfransını təşkil edən İradə Afətqızı onun ofisində işləyir. Əsgərin Bakıda iki evi var, İrandan ruhani, rejim rəsmiləri, İnqilab Qvardiyasının rəsmiləri gələndə bu evlərdə qalırlar. Onun İran hökuməti ilə sıx əlaqələri var, tez-tez Moskvaya səfər edir.
Cəbrayıl Navid iranlıların Azərbaycanda məşhur koordinatorudur. Ayrı-ayrı iddialara görə, Navid Dövlət Neft Şirkətinin İranla bağlı enerji müəssisələrinin yaradılmasında yardımçı olub. Məlumatlara görə, onun Azərbaycanda "Pingvin" ütü sexi var. Navidin Rusiyadan və başqa yerlərdən İrana sanksiya olunmuş məhsullar gətirdiyi iddia olunur. Bu məhsulların Naxçıvan ərazisindən keçirildiyi deyilir.
Bir iranlı biznesmen deyir ki, ona bu əməkdaşlıqda iştiraka cəlb ediblər. Navid Bakıdakı Hüseyniyyə (İran) məscidinin başçısı Molla Oqanejadın yaxın dostudur.
Cəbrayıl Navidin oğlu Səfa Navid Bakıdakı Qafqaz Universitetinin tələbəsidir, İranın Bakıdakı səfirliyində işləyir, İnqilab Qvardiyasının zabitidir. O, Azərbaycandakı iranlı tələbələrin koordinatorudur. Bir iranlı tələbə Səfanın vəzifəsini Bakıdakı iranlı tələbələr üzərində xəfiyyəlik etmək kimi xarakterizə edib. Bir biznesmen deyir ki, Səfa Navid tez-tez onun yanında lovğalanıb ki, İranın və onun Azərbaycanda baş verənlərdən xəbəri var. Bir nəfər Səfanı “fanat dərəcəsində anti-Qərb” kimi təsvir edib.
Əsgər Cabbari mərhum Molla Natiqin oğludur. Molla Natiq İran inqilabı və İran-İraq müharibəsi vaxtı məşhur sərt-xətt tərəfdarı natiqlərdən olub. Cabbarinin arvadı Azərbaycandandır, burda evi var, İranla Azərbaycan arasında mütəmadi səfərlər edir. Rəsmi biznesi İsfahandan mərmər ixracıdır. Orda işlədiyi böyük fabrik İnqilab Qvardiyasının şirkətidir. “İran mərməri Bakıda tikinti sahəsində çox işlənir”
Cabbarinin İranın yüksək rütbəli rəsmiləri ilə sıx biznes əlaqələri var. Onların adından daşınmaz əmlak alır.


NƏTİCƏ

Təbii ki, nəticəsi belə də olmalı idi. Əgər bu gün məmurlarımız İranın xüsusi xidmət orqanları ilə biznes ortaqlığına malikdirlərsə, onlardan Azərbaycanın dövlət maraqlarına itaət tələb etmək heç bir zaman uğurlu sonluqla bitməyəcək. Nə etməli? Bu sualın bir sadə cavabı var: Dövlət olaraq problemi kökündən həll etmək üçün gərəkən iradəni ortaya qoymalıyıq. Bunun üçün əgər bu gün Ziya Məmmədovdan vaz keçilməlidirsə, bu addım da atılmalıdır. Yoxsa İranın sıradan nökərlərindən olan Mövsüm Səmədovu həbs etməklə, digərlərinin qollarını qandallamaqla problemi həll etmək olmaz, əksinə bu, yetişməmiş yaranın irininin partladılması deməkdir…

Təbii ki, burada rəsmi Bakının yerində saydığını söyləmək də doğru deyil. Elə adı İranla qoşa çəkilən «Royal Bank of Baku»nun bağlanması qərarını bu qəbildən hesab etmək olar. Amma cəmiyyət daha samballı addımları gözləyir. Çünki hədəfdə olanı dövlətimizdir. Bu gün İranla ortaq olan Ziya Məmmədov qarışıq, bütün hamımızın ümumi evimiz olan - AZƏRBAYCAN DÖVLƏTİ hədəfdədir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru