Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib .....                     Putin Azərbaycandan DANIŞDI .....                     "Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" .....                     "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" .....                     “Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                 

Elxan Usubovun "armatur əməliyyatı" sahibkarları çıxılmaz vəziyyətdə qoyub - Şəkidə məmur özbaşınalığının son həddi
Tarix: 31-01-2015, 11:53 | Çap et
Elxan Usubovun "armatur əməliyyatı" sahibkarları çıxılmaz vəziyyətdə qoyub
İrihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın güclənməsi üçün başlıca amildir. Son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 1 milyard 200 milyon manat güzəştli kredit verilib. ÜDM-də 83 faiz payı olan sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün bu göstərici düşünülmüş siyasətin uğurlu, məntiqi nəticəsidir. Ötən il 2419 sahibkarlıq subyektinə biznes fəaliyyətini yaxşılaşdırmaq üçün 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun 128 manatı iş adamları tərəfindən qaytarılmış vəsait hesabına olub. Bir sözlə, dövlət tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə yüksək diqqət və qayğı göstərilir. Buna baxmayaraq, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri sahibkarların fəaliyyətinə müdaxilə etməkdən çəkinmirlər. Xatırladaq ki, ölkə prezidenti 2013-cü ilin fevral müşavirəsində bu məsələyə toxunaraq bildirmişdi ki, sahibkarlığın inkişafı dövlət siyasətidir: "İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuzluq tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər.

Bilirəm ki, onlar bəzən yerlərdə öz təşəbbüsləri ilə məktəblər, bağçalar tikirlər. Amma bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da var. Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər. Mənə bütün məlumatlar çatır". Prezidentin bu xəbərdarlığından sonra icra başçılarının bir çoxu fəaliyyətlərindəki nöqsanları aradan qaldırdılar. Ancaq bəzi məmurlar hələ də sahibkarların fəaliyyətinə müxtəlif formada əngəl yaradırlar. Redaksiyamıza daxil olan məlumatlara görə, Şəki şəhərində də sahibkarlığın inkişafı istənilən səviyyədə deyil. Buna səbəb icra başçısı Elxan Usubovun yerli iş adamlarından yerli-yersiz tələbləridir: "Hazırda rayonda uşaq bağçası tikilir. Bağçanın tikintisi üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılıb. Başçı isə uşaq bağçasını sahibkarların hesabına tikib başa çatdırmağı planlaşdırır. Bu məqsədlə rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə tikintiyə 20 ton Ukrayna istehsalı olan armaturla kömək etmələri tapşırılıb. Rayon rəhbərinin tapşırığını iş adamlarına Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı çatdırıb. Sahibkarlar başçının bu tələbini etirazla qarşılayıb. Həmin sahibkarlardan biri də Abdullayeva Rəna Qədir qızıdır. Baş memar xanım sahibkardan uşaq bağçasının tikintisi məqsədilə armatur tələb edib. Əks halda onun nə qədər obyekti varsa, hamısının söküləcəyini bildirib. Rəna Abdullayeva Şəkinin Sarabski küçəsində, qəbristanlığın şərq hissəsində obyekt tikdirirdi. Plana əsasən bura dükan olmalı idi. Lakin bir həftə əvvəl icra başçısı Elxan Usubovun göstərişi ilə həmin obyekt yerlə-yeksan edildi. Halbuki, tikinti tam qanuni şəkildə aparılırdı və torpağın bütün sənədləri qaydasında idi. Obyektin əsl sahibi isə İsmayılov Nadir Cumay oğludur". Etibarlı mənbənin bildirdiyinə görə, tikilinin sökülməsi barədə məhkəmə qərar çıxarıb: "Çox maraqlıdır ki, məhkəmə Nadir İsmayılovun iştirakı olmadan keçirilib. Obyektin sahəsi 51.6 kvadratmetr olub. Məhkəmə icraçıları isə 76 kvadratmetr sahəni söküblər. Bu hadisədən bir gün əvvəl Elxan Usubov Ədliyyə Nazirliyinin Şəki icra şöbəsinin işçilərini öz otağına yığaraq onlara bildirib ki, hansı sahibkar bağça tikintisinə 20 ton armatur almaq istəmirsə, onun obyektini sökün başqalarına da görk olsun. Başçı icra şöbəsinin rəisi Məzahir müəllimə deyib ki, əgər tapşırığı yerinə yetirməsə, ona ciddi problem yaradacaq. Bu söhbətin ertəsi günü Məzahir müəllim, o cümlədən 30-a yaxın işçisi Rəna Abdullayevanın obyektinə buldozer yeridərək darmadağın ediblər. Məhkəmənin qərarında 51.6 kvadratmetr sahənin sökülməli olduğu qeyd edilib. Amma Məzahir müəllim "Elxan müəllimin tapşırığı var, 76 kvadratmetr ərazini sökməliyəm" deyərək qanunsuzluğa imza atıb. Onu da deyim ki, Məzahir müəllim rus dilini bilməyə-bilməyə Dərbənddə universitet bitirib. O rus dili ilə yanaşı, müvafiq qanunları da yaxşı bilmir. İcra şöbəsinin icraatında 68 sökülməyi gözləyən obyekt var. Buna baxmayaraq, icra şöbəsinin rəisi yalnız Rəna xanımın obyektini uçurtdu. Səbəbi məlumdur. Çünki mağazanın sahibləri ona rüşvət verməyəcəklərini bildiriblər. Şəkidə son vaxtlar qeyri-qanuni tikinti işləri, "yaşıl soyqırım" geniş vüsət alıb. Bildiyiniz kimi, Şəkinin xan çinarları "Qırmızı kitab"a düşüb. Bu ağacları kəsmək qəti surətdə qadağan edilib. Lakin 20 ton armatur verən sahibkarlar xan çinarlarını, eləcə də digər yaşıllıqları məhv edib yerində obyekt tikə bilər. Bu tikililər şəhərin müxtəlif yerlərində aparılır. Şəkillərdən göründüyü kimi, ağac tikilməkdə olan obyektin içərisində qalıb. Obyekt tikilib başa çatan kimi yəqin ki, ağacı kəsib ordan çıxaracaqlar. Şəkidə "Pişkambinat" deyilən ərazidə 350-nin 50-yə tikinti aparılır. Həmin işləri aparan şəxsə artıq-əskik bir kəlmə də olsun deyən yoxdur. Ona görə ki, tikinti işlərini aparan şəxs Şəki İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılovun yaxın adamıdır. Nizami İsmayılov Elxan Usubovdan sonra rayonun ikinci icra başçısı hesab edilir. O əvvəllər dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub. Onun yaxın adamı heç bir maneə ilə üzləşmədən tikinti işləri aparır. Görünür, həmin iş adamı armaturları başçının dediyi yerə çatdırıb. Görəsən, Elxan Usubov və Nizami İsmayılov Şəki İcra Hakimiyyətinin yaxınlığındakı məscidin qabağında çayın ortasında tikilən ərzaq dükanını görmür? Hazırda Bəxtiyar Vahabzadənin adını daşıyan parkda qeyri-qanuni tikinti işləri həyata keçirilir. Bəs "Çələbi xan" restoranı niyə sökülmür? Çünki restoranın sahiblərinin arxasında Nizami İsmayılov dayanıb. Elxan Usubov "Koroğlu" şadlıq sarayının rəhbərliyini də bağça tikintisinə cəlb etmək istəyirdi. Amma iş adamı buna etiraz etdi. Bundan dərhal sonra onun şadlıq sarayının fəaliyyətinə son qoyuldu. Artıq 4 aydır ki, şadlıq sarayı işləmir. Başçının sözündən çıxan, daha doğrusu, onun qanunsuz tələblərini yerinə yetirməkdən imtina edən sahibkarlar bu formada incidilir. Qeyri-qanuni şəkildə bağlanan obyektlərin sırasına Hacının "drabilkası"nı da daxil etmək olar. Bu obyektlərin əvəzində isə icra başçısının "Sünbül" çörəkbişirmə sexi, "drabilka"sı fəaliyyətə başlayıb. Yerli iş adamları Elxan Usubovun, eləcə də onun sağ əli kimi tanınan Nizami İsmayılovun və digər məmurların özbaşına əməllərindən boğaza yığılıblar. Bir məsələni də xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm. Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əhmədiyə Bəşirov tarix fakültəsini bitirib. Görəsən, on minlərlə əhalisi olan rayonda hüquq təhsili olan bir nəfər tapılmadı ki, hüquq şöbəsinə müdir təyin edilsin? Əhmədiyə Bəşirov şöbə müdiri keçəndən sonra maliyyə imkanlarını xeyli genişləndirib. Məsələn, o həyat yoldaşının adına Şəkidə 18 sot torpağın içərisində dəbdəbəli villa alıb. Şöbə müdiri aylıq maaşla heç vaxt bu şəraiti qura bilməzdi. Deməli, onun fəaliyyətində hansısa qaranlıq məqamlar var". Qeyd olunan fikirlərlə bağlı adıçəkilən şəxslərin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. \\ GünBakı \\

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Bu gün, 09:58
Putin Azərbaycandan DANIŞDI - AMMA...
Bu gün, 07:42
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru