Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                     Konstitusiyalı anarxiya .....                     Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? .....                     Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                 

Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəllimi prokurorluqdan kömək istədi – GDU-da müharibə veteranı incidilir
Tarix: 9-10-2014, 09:08 | Çap et
Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəllimi prokurorluqdan kömək istədi
DİA.AZ: - GDU-nun ümumi fizika kafedrasının müəllimi, hazırda Göygöl şəhər Nizami küçəsi, ev 26 ünvanında yaşayan Fikrət Bala oğlu Hacıyev hələ də problemlərini həll edə bilməyib. Bildirək ki, yerli KİV-də Fikrət müəllimin başına açılan oyunlarla bağlı yetərincə bilgilər verilib. Indi isə haqqını bərpa edə bilməyən GDU müəllimi Gəncə şəhər Prokuroru Adil Vəliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Bildirirəm ki, artıq 10 ildən çoxdur ki, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə kafedra müdirim Zakir Züynalov məni işdən uzaqlaşdırmağa çalışır. Bu haqda dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etsəm də, onun haqqında heç bir tədbir görülmür. GDU-da baş verən qanun pozuntuları barəsində şikayət etsəm də, bu qanun pozuntularına yol vermiş məmurlara qarşı cinayət işinin qaldırılması əvəzinə məni işdən qovdular (seçki müddəti bitdiyi bəhanəsi ilə), özü də Xocalı soyqırımının 20 illiyi ərəfəsində. Halbuki Xocalı faciəsindən sonra könüllü olaraq milli orduya gedən tək GDU əməkdaşı mənəm. Bundan başqa mən 1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş və həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilmişdi. Müqayisə üçün bildirim ki, kafedramızın müəllimi Elçin Məmmədov (Zakir Zeynalovun tələbəsi) 1993-cü ildə Gəncə Texnologiya Universitetini bitirdikdən sonra orduya getməmək üçün Rusiyaya getmiş və 35 yaşı tamam olduqda, kafedramıza işə düzəlmişdir. Bundan başqa onun bilik səviyyəsi barəsində müəllimlər arasında lətifələr danışılır. Ancaq Zakir Zeynalovun sayəsində bu şəxs rahatca bütün yoxlama və seçkilərdən keçir.

İşdən qovulduqdan sonra, məhkəmə proseslərindən, 52 və 29 günlük aclıq aksiyalarından sonra sağlamlığımı itirmiş vəziyyətdə (həmin dövrdə Sizin qəbulunuzda olmuşdum və nə vəziyyətdə olduğumu bəlkə də xatırlayırsınız) işə bərpa olsam da, Zakir Zeynalov GDU-nun baş mühasibi Teyyub müəllim ilə əlbir olub, iki aya yaxın işlədikdən sonra məni öz hesabıma məzuniyyətə göndərdilər. 17 ay əmək haqqı almayan müharibə veteranını (özü də başqa gəlir mənbəyi olmayan) öz hesabına məzuniyyətə göndərmək, faktiki olaraq onu və ailəsini acından öldürmək cəhdinə bənzəyir. İradlarıma isə bu şəxslər cavab verdilər ki, sən cəmi iki aya yaxın işləmisən və bu müddətə görə də məzuniyyət pulu almısan. Ancaq 11 ay işləməyən şəxsi necə məzuniyyətə göndərmək olar axı?

22.04.2014 tarixində Prezident Administrasiyasında Mail Rəhimov cənablarının qəbulunda oldum və 2013/2014 dərs ilinin məzuniyyət pulumun verilmədiyi barədə şikayət etdim. Bundan sonra Zakir Zeynalov həmin günün əmək haqqını da kəsib, istehza ilə “şikayət edib, nə qazandın” dedi. Halbuki mən əvvəlcədən Zakir Zeynalovun adına ərizə yazıb, qəbula çağırıldığımı və həmin günün dərslərini əvvəlcədən keçdiyimi bildirmişdim. Ancaq həftələrlə dərsə gəlməyən Elçin Məmmədovun isə əmək haqqı tutulmur. Bu kafedra müdiri Zakir Zeynalovun hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halının olduğunu və Respublika Prezidentinin göstərişinə baxmayaraq, müharibə veteranının əmək haqqını qanunsuz kəsməklə yanaşı, müharibəyə getməmək üçün Respublikanı tərk etmiş müəllimin əmək haqqını isə qanunsuz olaraq ödəmişdir.

23.06.2014 və 22.09.2014 tarixlərində daha iki dəfə eyni məsələ üzrə Mail Rəhimov cənablarının qəbulunda olsam da, nə 2013/2014 dərs ilinin məzuniyyət pulumun kəsilmiş hissəsini, nə də 22.04.2014 tarixinin əmək haqqımı hələ də ala bilməmişəm. GDU məmurları bu hərəkətlə öz əməllərində olan cinayət əməllərini gizlətmək və hamıya Prezident Administrasiyasından qorxmadıqlarını göstərmək istəyirlər. Bildirim ki, bu GDU-da qəbul olunmuş davranış forması kimi görünür. Belə ki, GDU-nun son 4 rektoruna Zakir Zeynalovun ümummilli liderimiz Heydər Əliyev barəsində kafedrada çox xoşagəlməz fikirlər söylədiyini bildirməyimə baxmayaraq, onu layiq olmadığı vəzifədə hələ də saxlayırlar.

Hörmətli Adil müəllim, bu dediklərimə 30.11.2011 tarixli şikayətimin araşdırılması zamanı tələbə qızlara yalan ifadə yazdırılması və GDU-nun hüquq məsləhətçisi Günay Şirinovanın məhkəmə iclaslarında fırıldaqçılıqla məşğul olmasını əlavə etsək, GDU-da Respublika Prezidentinin göstərişlərinə baxmayaraq müharibə veteranını çörək imtahanına çəkmək istəyən məmurların olduğunu görmək olur. Bunu daha bir fakt da sübut edir, məhkəmədən tələb olunan sorğuya görə GDU mənim əmək haqqımın 320 manat olduğu barədə arayış vermişdir. Ancaq qoşmaya əlavə olunan bankdan kredit götürmək üçün aldığım arayışın surətindən göründüyü kimi hal hazırda mənim əmək haqqım 425 manatdır və bundan əmək haqqıma 2014-cü ilin əvvəlindən əlavə olunmuş 20 manatı çıxsaq, arayışda 320 yox, 405 manat yazılmalı idi. Bu iradımı dünən baş mühasib Teyyub müəllimə bildirdikdə, o dedi ki, əlavə əmək haqqını (85 manat) yazmaq da olar, yazmamaq da. Baş mühasibə müharibə veteranının əmək haqqını istədiyi kimi yazmaq səlahiyyətini kim verib?

Hörmətli Adil müəllim, işsiz qaldığım 17 ay müddətində yığılan borclarım və övladlarımın təhsil xərcləri ilə bağlı götürdüyüm kreditin miqdarı 8 minə yaxın olduğu bir vaxtda “qayğıkeş” GDU məmurları başda Zakir Zeynalov olmaqla ciddi qanun pozuntularına yol verərək Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşı kimi məni çörək imtahanına çəkirlər. Mənim 22.04.2014 tarixinin əmək haqqımın və 2013/2014 dərs ilinin məzuniyyət pulumun kəsilməsi və məcburi işburaxmaya görə itirilən əmək haqqımın qaytarılması iddiama məhkəmələrdə baxılması zamanı arayışda əmək haqqımın az göstərilməsi faktlarında cinayət tərkibinin olmasının araşdırılmasına və günahkar məmurlara qarşı cinayət işinin qaldırılmasına sərəncam verməyinizi xahiş edirəm”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53
Beh alıb, məclisə getmədi
Dünən, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru