İŞİD üçün Azərbaycanda terrorçu toplayan şəxslərlə bağlı şok iddia - Bakıda «hərbi komissarlıqları» var imiş…
Tarix: 23-06-2014, 11:47 |
Çap et
DİA.AZ: - Son günlər Şimali İraqda hərbi uğurlar əldə edən vəhabilərin ultraradikal qanadı - İŞİD-lə bağlı Azərbaycanda da böyük narahatçılıq müşahidə olunmaqdadır ki, bu da əbəs deyil. Hər halda, bu gün İŞİD-in hədələdiyi ölkələr sırasında olmağımız dövlətimizin müvafiq qurumlarının təcili hərəkətə keçməsini, tədbirlər görməsini zəruri edir.
DİA.AZ-a daxil olan informasiyada isə şok bir iddia səslənib. Belə ki, redaksiyamızın elektron poçtuna göndərilən məlumatda bu gün İŞİD-in Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyi və bu nümayəndəliyin İŞİD üçün Azərbaycan ərazisində əsgər topladığı iddia olunur.
Məlumata görə, bir neçə gün əvvəl adı İŞİD-lə qoşa çəkilən Azərbaycan vəhabilərinin liderlərindən olan Əlixan Musayev əslində, bu gün ölkəmizdə məlum terrorçu qruplaşmanın «hərbi komissarı» funksiyasını da həyata keçirməkdədir.
Mənbənin diaaz.space-a yolladığı məlumatda iddia etdikləri: «Əlixan Musayev nə qədər dansa da, bu gün onun İŞİD-lə hansı əlaqələrinin olduğunu bütün Azərbaycan vəhabiləri yaxşı bilir. Dövlətimiz bu adamın fəaliyyətini araşdırmalıdır. Əks halda, Azərbaycan övladlarının cəsədləri Suriyanın, İraqın çöllərini «bəzəyəcək». Bu adam durdurulmalıdır».