Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                 

Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb? - İLGİNC İDDİALAR...
Tarix: 7-07-2021, 08:27 | Çap et
Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb?
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postu ötən ilin oktyabr ayından boşdur. Uzun illər bu vəzifəni tutan, həm də nazirin birinci müavini olmuş general-polkovnik Nəcmədin Sadıkov 44 günlük müharibənin ilk həftəsində işindən kənarlaşdırılmışdı. Bu barədə yerli və xarici mətbuat dəfələrlə yazsa da, rəsmi məlumat təxminən 4 ay sonra – 2021-ci il yanvarın 28-də açıqlandı. Həmin tarixdə Müdafiə Nazirliyinin sözcüsü, polkovnik Vagif Dərgahlı bildirmişdi ki, Nəcməddin Sadıkov ötən ilin oktyabr ayından xidmətdə deyil. Onu da xatırladaq ki, generalın adı və barəsindəki məlumatlar Müdafiə Nazirliyinin saytının rəhbərilk bölməsindən silinmişdi. Amma maraqlıdır ki, Baş Qərargah rəsinin vəzifədən çıxarılması haqqında prezident fərmanı hələ də dərc olunmayıb.

N.Sadıkovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri barədə çoxsaylı versiyalar olsa da, əsas ağırlıq qazanan ehtimal onun barəsində ictimai rəydə formalaşmış “Rusiyanın adamı” imici ilə bağlıdır. Hərbi ekspertlərin qənaətinə görə, generalın 2016-ci ildə baş vermiş aprel döyüşlərində oynadığı neqativ rol, Rusiya hərbi-siyasi dairələri ilə isti münasibətləri ona siyasi rəhbərliyin etimadını azaltmışdı. Bundan başqa, 44 günlük döyüşlərin ilk həftəsində şimal cəbhəsində və Ağdərə istiqamətində itkilərlə müşayiət olunmuş əks-hücum əməliyyatının N. Sadıkovun təşəbbüsü ilə həyata keçirildiyi bildirilir. Baş Qərargah rəisinin düşmənin ən çox möhkəmləndiyi istiqamət olan Ağdam tərəfdən hücuma başlamağı təklif etdiyi də deyilir. Başqa – daha qorxunc iddialar da var ki, əlimizdə hər hansı dəlil-sübut olmadan bunları yazmaq doğru olmaz. Bütün bunların nəticəsində Baş Qərargah rəisi elə müharibənin gedişində döyüş əməliyyatlarının idarə olunmasından kənarlaşdırılıb. Hazırda onun barəsində heç bir informasiya əldə etmək mümkün deyil. Məlum olan budur ki, vaxtilə generalın orduya yerləşdirdiyi yaxın qohumları və bəzi yüksək vəzifəli kadrları tutduqları postlardan kənarlaşdırılıb.

Bəs, ötən 8-9 ayda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb, ora təyinat aparılmaması hansı səbəblərlə əlaqədardır? Əlbəttə, bu barədə informasiya qıtlığı, hətta yoxluğu geniş və əsaslı təhlil aparmağa əngəl yaradır. Amma müharibədən sonra silahlı qüvvələrin daxilində, bütövlükdə müdafiə və təhlükəsizlik sektorunda aparılan mühüm dəyişikliklər bəzi ehtimallar irəli sürməyə imkan verir.

İlk növbədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanda Türkiyə modeli əsasında ordu quruculuğuna başlanması barədə bəyanatı yada düşür. Dövlət başçısı fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib:

“Türkiyə ilə hərbi sahədə işbirliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə, bir-birinə ən yaxın ölkələrdir. Odur ki, çağdaş Türkiyənin ordu modeli bizim üçün ən məqbul modeldir”.

Bu modelə görə, Baş Qərargah Müdafiə Nazirliyinin birbaşa tabeliyindən çıxarılır, ordu birlikləri yenidən komplektləşdirilir və Quru Qoşunları yaradılır. Türkiyə ordusunda olduğu kimi, bu qoşunlara komandan təyin edilən generallar bəlli müddət çərçivəsində rotasiya ilə Baş Qərargah rəisi təyin edilirlər. Müdafiə naziri isə mülki (keçmiş zabit və ya zabit olmayan) şəxs olur və müdafiə sahəsində dövlət siyasətini həyata keçirir.

Hazırda Azərbaycan Ordusunun bütün strukturlarında islahatlar aparılır. Əlbəttə, müharbədən sonra işğaldan azad edilmiş bölgələrdə ordu hissələrinin dislokasiyası, texniki təminat, infrastruktur problemlərinin həlli kifayət qədər irimiqyaslı işdir və zaman alır. Həmçinin, əvvəlki ştat cədvəlləri, döyüş və qeyri-döyüş xidmət zonalarının xəritələri, orada xidmət keçən hərbçilərin statusu, təminatı, əməkhaqqı və sair məsələlərə də yenidən baxılır.

Paralel olaraq ordunun arsenalının yenilənməsi və modernləşdirilməsi istiqamətində də ciddi iş gedir. Bu işdə Türkiyə hərbi mütəxəssislərinin dəstəyindən istifadə olunur və bu ölkə ilə yanaşı, İsrail hərbi sənaye kompleksinin məhsullarına üstünlük verilir. Rusiyanın Azərbaycanın silahlanmasında strateji təchizatçı rolu getdikcə məhdudlaşdrılır.

Şübhəsiz ki, struktür və kadr dəyişikləri də prosesin ayrılmaz tərkib hissəsidir. Hərbi mənbələr bildirirlər ki, silahlı qüvvələrin rəhbərliyində ciddi yenilənmə aparılır, bu səbəbdən Baş Qərargah rəisi ilə yanaşı, bir sıra mühüm vəzifələrə də hələ təyinat aparılmayıb. Məntiqlə, Türkiyə modeli əsasında ordu quruculuğu aparılırsa, strateji postlara bu ölkədə hazırlıq keçmiş zabitlər irəli çəkilməlidir. Yəni Rusiya hərbi məktəbi öz yerini Türkiyə, dolayısı ilə NATO hərbi təhsil sisteminin yetirmələrinə verir. Lakin yeni, peşəkar, etibarlı kadrların azlığı, olanların da uzun müddət ordu içərisində sıxışdırılması öz sözünü deyir. Ona görə də, bu məsələ zaman və səbr tələb edir.

Daha bir vacib məsələ uzun müddət Azərbaycanın ordu strukturlarında müəyyən təsir imkanlarına malik olmuş Rusiyanın dəyişikliklərə neqativ reaksiyasıdır. Sirr deyil ki, Moskva geostrateji maraqlarının olduğu regionlardakı ölkələrin müdafiə-təhlükəsizlik sektoruna nəzarət və təsir imkanlarına malik olmaqda maraqlıdır. Üstəlik, Bakının bu sahədə Türkiyə ilə sıx işbirliyi və NATO modelinə əsaslanan ordu qurmaq istəməsi Kremli narahat etməyə bilməz. Ehtimal etmək olar ki, bu istiqamətdə Azərbaycan rəhbərliyinə müəyyən təzyiqlər edilir, bu isə Baş Qərargah rəisi də daxil olmaqla, bir sıra mühüm postların təyinatsız saxlanmasına gətirib çıxarır. Çox güman ki, Azərbaycan rəhbərliyi bu sektorda aparılan islahatların müəyyən mərhələsinə qədər gözləməkdə davam edəcək. Daha sonra qarşıya qoyulmuş hədəfə uyğun olaraq, struktur dəyişiklikləri və kadr təyinatları həyata keçiriləcək.
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Dünən, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru