Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                 

Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Dünən, 09:04 | Çap et

BRİKS-in Braziliyada keçirilən son sammitində Rusiya Prezidenti Vladimir Putin mühüm açıqlamalarla çıxış edib. Kreml lideri bildirib ki, BRİKS ölkələrinin ümumi iqtisadi potensialı artıq Qərbin G7 formatını əhəmiyyətli dərəcədə üstələyir.

2025-ci il üçün göstəricilərə əsasən, BRİKS-in birgə ÜDM-i G7 ölkələrinin göstəricisindən təxminən 25% çoxdur. Putin vurğulayıb ki, BRİKS daxilində milli valyutalarla hesablaşmalar daim artır və bu, təşkilat daxilində iqtisadi müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, BRİKS-in mövqeyi qlobal Cənub və Şərq ölkələri tərəfindən dəstəklənir və təşkilat bu regionlardan çoxsaylı tərəfdaş qazanıb.

Rusiya liderinin sözlərinə görə, dünyada daha ədalətli və çoxtərəfli beynəlxalq münasibətlər sistemi formalaşmaqdadır. Bu sistem artıq “qızıl milyard”ın maraqlarını təmin edən təkqütblü dünyanı əvəzləyir. O əlavə edib ki, “liberal qloballaşma” modeli özünü doğrultmayıb və dövrünü başa vurub.

“BRİKS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən ölkələrə Vaşinqton əlavə 10 faiz rüsum tətbiq edəcək”. Bu xəbərdarlığı isə prezident Donald Tramp “Truth Social” hesabında paylaşıb. “BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə 10 faiz əlavə rüsumlara məruz qalacaq. Heç bir istisna olmayacaq”, - Ağ Evin rəhbəri yazıb.

Əslində Rusiyanın təşkilatı anti-Qərb blokuna çevirmək istəyi yenilik deyil və Trampın xəbərdarlığı da təsadüfi deyil. Ötən ay Moskvada “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda keçirilən zirvə görüşündə Rusiya tərəfinin yeni dünya düzəninin yaradılmasında BRİKS-in rolunu xüsusi qabartması diqqət çəkib. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iddiasına görə, “BRİKS-ə marağın artması dünya nizamının çoxqütblülüyünün dəstəklədiyinin bariz nümunəsidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da BRİKS ölkələrinin tərəfdaşlığını əsas qlobal oyunçular və onların müxtəlif qitələri, mədəniyyətləri və dinləri təmsil edən tərəfdaşları arasında konstruktiv çoxtərəfli qarşılıqlı fəaliyyətin nümunəsi adlandırıb.

BRİKS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa, üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur.

Yada salaq ki, ötən il Azərbaycan da BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Üzv olmaq istəyən dövlət BRİKS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİKS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİKS üzvü olan dövlət olur.

Zamanla aydın olur ki, xüsusilə Rusiya BRİKS-i Qərbə qarşı güc kimi istifadə etmək istəyir, Amerika da bu dövlətləri hədələyir. Bu halda Azərbaycan BRİKS-ə üzvlükdən vaz keçə bilərmi?

“Düşünmürəm ki, indi sözügedən bloka ehtiyacımız var. Azərbaycan özünü daha çox Türk Dövlətləri Təşkilatında görür”, - “Yeni Müsavat”a danışan siyasi ekspert Züriyə Qarayeva belə hesab edir. Onun fikrincə, geosiyasi nizamın yenidən qurulması prosesi gedir və yeni qütblər meydana gəlir, ona görə də BRİKS Azərbaycan üçün hazırda aktuallıq kəsb etməyə bilər.

Müsahibimizə görə, adıçəkilən bloka qoşulmaq ölkəmizi mövqe tutan tərəf kimi təqdim edir, amma reallıqda belə deyil: “Çünki orada Türkiyə ilə birlikdə təmsilçilik niyyəti ortaya qoyulmuşdu. Hazırda Ankaranın üzvlüyü ilə bağlı da hər hansı qərar yoxdur. Deməli, özü də məsələni gündəmdən çıxarmaqda maraqlı görünüb. Eyni sözləri Azərbaycanla bağlı da söyləmək mümkündür”.

Onun fikrincə, son aylar Moskva ilə baş verənlər, regionda geosiyasi dəyişikliklər ölkəmizin BRİKS-də iştirakını hələlik arxa plana keçirir: “Hərçənd üzvlüyün qəbul edilməsi Azərbaycanın anti-ABŞ blokuna qoşulması sayılmayacaq. Bu, iqtisadi cəhətdən əməkdaşlıq platformasıdır. Lakin Trampın son qərarı - yəni rüsum tətbiq olunacağı işi çətinləşdirir. Çünki Azərbaycan ABŞ-la münasibətləri yenidən qurur, Türkiyə isə NATO dövlətidir, onun müttəfiqidir. Belədə isə BRİKS-də iştirak sual altına düşür”.

Professor Elxan Mirzəyev isə Azərbaycanın BRİKS-də iştirakı üçün əşhədü ehtiyac görmür: “Üzv ölkələrə baxın - Rusiya, İran, Hindistan... Bu dövlətlərin Azərbaycana münasibəti göz qabağındadır. Düzdür, Çin kimi nəhəng iqtisadi güc, özü də Azərbaycanla strateji memorandum imzalayan dövlət var. Lakin bizim Pekinlə əlaqələrimiz ikilikdə spesifik xarakter daşıyır, logistika sahəsində birgə mühüm işlər görülür. Ərəb dövlətlərindən isə Misir və BƏƏ var, Azərbaycan hər iki tərəflə normal əməkdaşlıq etməyə çalışır. Biz bütün hallarda Türkiyənin mövqeyini gözləməli olacağıq. İndiki məqamda isə Azərbaycanın bu blokda iştirakı gözlənilmir. Üstəlik, Trampın sanksiyası altına düşmək lazım deyil. Axı BRİKS-in zərəri xeyrindən çoxdur?!”

E.Mirzəyevin fikrincə, Bakı BRİKS-ə üzv olmaq istəyən dövrdə Rusiya ilə əlaqələr indiki kimi deyildi: “Sözsüz ki, xarici siyasət və müxtəlif təşkilatlarda olmaq cari məsələlərlə bağlı olmamalıdır. Bu, strategiyadır və uzunmüddətli planları əhatə edir. Amma bununla belə, Azərbaycanla Rusiya arasındakı soyuqluq öz təsirini göstərməkdədir. Belə vaxtda Moskvanın olduğu platformada iştirak və Trampın təzyiqlərinə tuş gəlmək yersiz olardı. Ona görə də üzvlük məsələsinin hələlik gündəmdən çıxdığını hesab edirəm. Hətta bu mövzuya uzun müddət qayıdılmaya bilər. Sadəcə, niyyətimiz BRİKS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etmək ola bilər”.

Qeyd edək ki, BRİKS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə etməkdədir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir. Yeri gəlmişkən, BRİKS-in 3 üzvü Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük paya sahib 7 ölkədən (Rusiya 8,9%, Çin 7,3%, Hindistan 3,1%) biridir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru