Azərbaycan tarixinə qızıl hərflərlə HƏKK OLUNAN BÖYÜK SƏRKƏRDƏ! - iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyulur
Tarix: 22-10-2020, 08:43 | Çap et
 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iki əsrə yaxın həsrətə, sindroma son qoymaqdadır. Bu, əlbəttə ki, kitablara, dastanlara düşəcək bir tarixdir.
Tale boyu torpaq itirmiş Azərbaycan indi ərazilərini işğaldan azad edir. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilanın 27 il sonra düşmən girovluğundan azad olunması, Ordumuzun getdikcə irəliləməsi həm Prezident İlham Əliyevin Azərbaycan tarixində hansı ad qoyacağı, hansı heykəli ucaldacağına əsas verir, həm də xalqın 200 illik sınmış qüruru, məğlubiyyətlər seriyasına son qoyulur.
Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin erməniliyə ağır zərbəsidir, xalqın qürurunu özünə qaytarmaqdır, üzərindəki işğal ləkəsini təmizləməkdir.
Gözümüzün qarşısında İlham Əliyev ermənilərin böyük planını puç etməkdədir. Təsəvvür edin, Ali Baş Komandan 200 illik təşkilatlanmanı, 200 illik planı məhv edir.
Bu, o xülyaya zərbədir ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb “dənizdən-dənizə” dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdi.
İlham Əliyev Ağambekyanın, “Ocaq” kimi şovinist kitab yazan Zori Balayanın, hər azərbaycanlının ölümündən həzz aldığını deyən, dırnaqarası erməni anası Silva Kaputikyanın ideologiyasını məhv etməkdədir.
Və Azərbaycana 1918-ci ildən bəri üzünü görmədiyi, həmişə arzusunda olduğu, gələcəkdə başını dik tutacaq, milli ideologiyasını zənginləşdirəcək, yeni nağıllara, dastanlara çevriləcək qalibiyyət bəxş edir. O, dünyanın bu regionundakı siyasi düzəninə dəyişiklik gətirəcək böyük işə imza atır. Bu necə ağır və həm də qürurverici işdir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 19-cu əsrdən torpaqlarını itirməyə başlayıb.
Onun sözlərinə görə, ərazilərimiz işğal edilib və həmişə itirilmiş torpaqlarımız haqda danışmışıq: “Son 200 ildə biz torpaq itirmişik. İlk dəfə 1918-ci ildə torpaqları işğaldan azad edə bilmişik. İkinci belə tarix bu günlərdir. Azərbaycan işğal tarixinə son qoyur və qalibiyyət tarixini qızıl hərflərlə yazır.
1918-ci ildə Nuru Paşanın köməyi ilə ərazilərimiz işğaldan azad olunub, buna Bakının “Qurtuluş Günü” deyirik. İkinci belə salnamə hazırda gedən hərbi əməliyyatlardır.
Biz öyrəşmişdik ki, hər il Ağdamın, Şuşanın, Cəbrayılın və digər rayonlarımızın işğal günlərini qeyd edək. Artıq bunlara son qoyulur.
Biz Zəngilanın, Cəbrayılın, Füzulinin qələbə günlərini qeyd edəcəyik. Çünki tarix dəyişir və onu yenidən yazırıq. Bu yazılan tarixlə insanların qüruru özünə qayıdır".
Tarixçi alim qeyd etdi ki, insanların çöhrəsində bir pozitivlik əmələ gəlib: “Mən insanların üzünə baxıram, bir-birinə mehribanlıqla, sevgi ilə yanaşırlar. Məğlubiyyət dövrünün insanı ilə qalibiyyət dövrünün insanı arasında ciddi fərq olur.
Biz indi qalib xalqın nümayəndəsinə çevrilmişik və 30 illik acılara son qoyuruq. Bu zəfər əhvalını gələcək nəsillərə də ötürəcəyik".
N.Yaqublu bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad edən kim olacaqdısa, o, tarixdə əbədi yaşayacaqdı:
“Bu tarixi qələbələr İlham Əliyevin tarixdə əbədi yaşaması üçün geniş imkanlar yaradır və əminəm ki, tezliklə bütün torpaqlarımız erməni işğalından azad ediləcək”.
Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər teleqraf.com-a geniş müsahibəsində bildirib ki, düşmən təslim olduqdan sonra danışıqlar masasında Azərbaycan qalib tərəf kimi öz şərtlərini diktə etməlidir: “Artıq erməni dostluq qrupunun ortaya qoyduğu şərtlər bir kənara atılmalıdır. Bir daha qeyd edim ki, Minsk Qrupu əslində erməni dostluq qrupudur, biz ondan nə gözləyə bilərik?
Azərbaycan cəmiyyətində artıq birmənalı fikir formalaşıb və ümid edirəm ki, Azərbaycan xalqının siyasi iradəsini ifadə edən ölkə rəhbərliyi bunu nəzərə alacaq. Bizi 30 il müddətinə aşağılayıblar, dözmüşük. İndi də 30 il qarşı tərəf dözər". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Bu gün, 13:37 |
|
|
|
• Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Bu gün, 12:30 |
|
|
|
• Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Bu gün, 10:35 |
|
|
|
• Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Bu gün, 10:25 |
|
|
|
• Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Bu gün, 10:21 |
|
|
|
• Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Bu gün, 07:01 |
|
|
|
• Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Bu gün, 06:59 |
|
|
|
• Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:57 |
|
|
|
• Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Bu gün, 06:54 |
|
|
|
• Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Bu gün, 06:35 |
|
|
|
• "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16 |
|
|
|
• İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12 |
|
|
|
• Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09 |
|
|
|
• Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01 |
|
|
|
• Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45 |
|
|
|
• Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41 |
|
|
|
• “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38 |
|
|
|
• "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33 |
|
|
|
• Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27 |
|
|
|
• Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22 |
|
|
|
• Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33 |
|
|
|
• Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31 |
|
|
|
• 71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33 |
|
|
|
• Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25 |
|
|
|
• Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22 |
|
|
|
• Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00 |
|
|
|
• Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54 |
|
|
|
• Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51 |
|
|
|
• Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32 |
|
|
|
• Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18 |
|
|
|
• Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00 |
|
|
|
• İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57 |
|
|
|
• Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52 |
|
|
|
• Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46 |
|
|
|
• “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54 |
|
|
|
• Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47 |
|
|
|
• Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36 |
|
|
|
• Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51 |
|
|
|
• Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45 |
|
|
|
• "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41 |
|
|
|
• BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39 |
|
|
|
• Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31 |
|
|
|
• DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24 |
|
|
|
• "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16 |
|
|
|
• Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41 |
|
|
|
• Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33 |
|
|
|
• "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27 |
|
|
|
• Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21 |
|
|
|
|