"City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                 

"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Tarix: 6-07-2025, 13:37 | Çap et

…Olduqca fədakar xanımdır. Haqsızlığa dözümsüz olduğundan, haqq uğrunda hər an mübarizəyə atıla bilir. Dostluqda vəfalı və sədaqətlidir, sirr saxlamaqda əvəzi yoxdur. Daim ətrafına sevinc bəxş edərək müsbət enerji saçır. İnadkardır, məqsədinə nail olanadək sakitləşmir. Ünsiyyətdə dürüstlük onun üçün çox vacibdir. Bəzən bu xüsusiyyəti ilə ətrafdakıları narahat etsə də, nəzərə almaq lazımdır ki, səhvləri düzəltmək və düzgün yolu göstərmək onun həyat fəlsəfəsidir. Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Rahat və mehriban xarakteri onu həm dost kimi və həm də insanlarla münasibətdə dəyərli edir. O, sadəcə özünü deyil, başqalarını da düşünür…
…1946-cı ildə Şəki rayonunda dünyaya gəlib. SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləyib, komsomolda çalışıb, hətta Suraxanı rayonunda deputat da olub. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləyib. Milli Müqavimət Hərəkatının iştirakçısıdır. “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin yaradıcılarından biri, hazırda həmin təşkilatın rəhbəridir…
Müsahibələrinin birində deyir ki:- “Qərb ölkələrində insanlar təqaüdə çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə təqaüdə çıxırlar. Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların təqaüdü nə qədərdir? Mən şəxsən 2006-cı ildən təqaüdə çıxmışam və buna qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin təqaüdə çıxandan sonra mənə 250 manat pul verirlər. Öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı təqaüd yaşından danışır. Tutaq ki, qadınların təqaüd yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşacaq? Qızına, oğluna möhtac olacaq. Hüquq müdafiəşisi olarq cəhd edirəm ki, təqaüdçülərlə bağlı bu istiqamətdə yeni qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar. Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşirlərmi? Azərbaycanada yaş davası aparmaq yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm.”
Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına güvənən və başqalarının görə bilmədiklərini hiss edən adamdır. Onun üçün şübhəli vəziyyət mövcud deyil, necə deyərlər, ya ağ var, ya da ki, qara. Nəinki öz problemlərini, həm də cəmiyyətə qarşı edilən haqsızlıqları görür və bunun əleyhinə açıq şəkildə mübarizə aparmaqdan çəkinmir…
“Bir dəfə Şəkidəydim. Qonşunun gəlini bizim həyətdə qardaşım arvadı ilə söhbət edirdi. Qonşu danışdıqca yanında dayanan 9-10 yaşlı qızı arabir anasının ətəyini dartırdı. Axırda anası nə dedisə, qız dözə bilməyib var səsi ilə qışqırdı- yalançı!!!
İndi mən də həmin uşağın günündəyəm. Vallah, yalan eşidəndə dözə bilmirəm.”- söyləyir.
İnsanları sevən, lakin qarışıq mühitlərdən qaçan bir adamdır. Sosial məsələlərdə yüksək müvəffəqiyyət əldə edə bilir. Həyatında sülh və ədalət axtaran məqsədyönlü şəxsiyyətdir. O, qaydalara və mənəvi dəyərlərə uyğun olaraq yaşayır. Cəmiyyətdə dürüstlüyü və vicdanlı olmağı ilə seçilir. Enerjilidir, fəal ictimai həyat tərzini xoşlayır. Dostları ilə vaxt keçirməyi və onlara problemlərinin həll olunmasında kömək etməyi sevir. Şirin danışığı və cazibədar davranışı ilə asanlıqla insanların diqqətini cəlb edə bilir. Bir sözlə, həm şəxsi, həm də ictimai həyatında dürüstlük və etibarı ön planda tutan, güclü xarakteri ilə hər zaman özünü sevdirən bir xanımdır…
Deyir ki:- “Bugünki vəziyyətdə siravi fəhlə vəzifələrini ixtisara salib, müxtəlif adlar altinda vətəndaşlari işsiz qoyanlarin bir məsuliyyəti də SOCAR-ın İnsan Resurslari adlanan Departamentinin (İRD) üzərinə düşür. De-fakto bütün idarələr “işəgötürən” hüquqi şəxs qismində gedirsə, elə isə bu İRD kimə və nəyə lazimdir? Oradaki işçilərin gördükləri işi hər idarənin kadrlari başda olmaqla təşkil olunmuş komissiyalar yerinə yetirə bilərsə, o quruma ayrilan bu qədər milyonlar niyə boşuna xərclənir? Nəzərə almaq lazimdir ki, həmin qurumun işə qəbul və yerləşdirmə səviyyəsi həm nəzəri həm də praktiki olaraq çox səmərəsiz səviyyədədir. Dəfələrlə sübut olunub ki, müsabiqələr zamanı istehsalatlardan ekspert qismində dəvət olunmuş mütəxəssislər müsabiqənin sonunda layiqli olan namizədi deyil, İRD-inin “məsləhət bildiyi” namizədin adını yekun protokolda qalib kimi qeyd edirlər və bu da münsiflər heyətində haqli naraziliq yaradib ki, nəticədə daha heç kim həmin proseslərdə istirak etməyə raziliq vermir. SOCAR-ın bəh-bəhli təqdimatlarinda strukturdaxili idarəetmə və iş prinsipində dünyanın az qala ən öndə gedənlərin təcrübə və standartlarından istifadə olunduğu kimi deyilsə də reallıq tam fərqlidir. Mobil operator uzmanları istehsalatdakı proseslərin gedişindən heç bir təsəvvürləri belə olmaya-olmaya ofislərində oturub 50 cür qeyri adi adlar fikirləşərək, özləri barədə işləyən imitasiyasini yaratmağa çalişirlar. Strateji… Kosmik… Fövqəlbəşər… İnnovasiya… Qoymagəldi… və s. kimi adı olan şöbələr və lazımsız layihələr. İllərin mütəxəssisləri qalır bir qiraqda- işdən anlayışı olmayanlar, iş təcrübəsi keçməyənlər gəlib bu gün insanları və işi idarə etməyə səy göstərirlər. Yekun: SOCAR-ın İnsan Resurslari Departamentinin maliyyə dövriyyəsi kənar qurumlardan təşkil edilmiş komissiya tərəfindən təftis olunmalı, həmin qurum qeyri-effektiv fəaliyyətinə görə və xərclərin qənaəti məqsədilə birmənalı olaraq ləğv edilməlidir. İşə qəbul və yerləşdirmə məsələləri müəssisələrin daxili imkanları hesabına təşkil və təhkim olunmalıdır…”
Bəli, bu dəfə sizə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlıdan danışıram. Əgər soyadını adından əvvəl söyləsək- Qəhrəman Mirvari kimi səslənəcək. O, sözün əsl mənasında cəsarətli və qəhrəman qadınlarımızdan biridir…
…Yeri gəlmişkən, Mirvari xanımın növbəti ad gününə az qalır. Bu dəfə nə az, nə çox 79 yaşı tamam olur. Fürsətdən istifadə edib, ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram…
Elman Eldaroğlu
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru