“Deputata dedim ki, gəl bir gecə burada qal, görüm bacarırsanmı...” - GİLEY
Tarix: 17-02-2020, 09:17 | Çap et
 Mingəçevir avtovağzalından şəhərin mərkəzinə uzanan yolun kənarındakı ayaqqabı təmiri dükanında gecələr də işıq yanır. Ev-eşiyi olmayan Ramil Musayev burada həm işləyir, həm də yaşayır.
Ramilə elə gəlir ki, biz onun burada yaşamasına inanmırıq. Sübut etməyə çalışır. Harada yatdığını göstərir. Hətta deyir ki, onun şəklini də çəkə bilərik. Əyləşdiyi taxtanın üzərinə uzanır, üstünə köhnə ədyalı çəkir, başına da nimdaş gödəkçəni keçirir. Deyir ki, başını örtməsə, soyuq dəyir, möhkəm xəstələnir.
“Gecələr çox soyuq olur. Bir təqaüdçü kişi var, şaxtalar olanda məni evinə aparır ki, burada donub ölməyim. Sonra heç kimə əziyyət verməmək üçün yenidən qayıdıb gəlirəm bura. Hər səhər əl-üzümü “Şəhidlər bulağı”nda buz kimi su ilə yuyuram. Ayaqyolu üçün yolun o üzündəki yataqxananın ikinci mərtəbəsinə gedirəm. O kişi evinə aparanda duşa da girirəm. Yemək də ki, nə tapsam... Çörəyi nisyə alıb yeyirəm. Bax, neçə gündür acam”, - Ramilin ac-susuz olmasını qurumuş dodaqlarından da bilmək olur.
Bir az sonra Ramilə bəzi məsələlərdə əl tutan Adil Fəhimi bizə yaxınlaşır. Təqaüdçü deyir ki, özü də başqasının verdiyi yerdə müvəqqəti yaşayır, amma dostuna biganə qala bilmir: “O da mənim balamdı. Yemək bişirirəm, onu da çağırıram. Ürəyim ağrıyır. Çox soyuq günlərdə getmək istəməyəndə məcbur aparıram”.
Ramil Musayev 7 ildən çoxdur pinəçi dükanında həyat sürür. Dediyinə görə, ailəli olub, hətta övladı da var. Amma ayrılıqdan sonra məhkəmə birlikdə yaşadıqları ata evindəki otağı qadına yaşayış hüququ predmeti olaraq verib. Keçmiş həyat yoldaşı da qapını bağlayaraq, qızı ilə birlikdə Yevlaxın Tanrıqulular kəndinə üz tutub. Bundan sonra Ramil işlədiyi iki-üç kvadratmetrlik yerə sığınmalı olub. Ata evində də onun yolunu gözləyən yoxdur...
“Mingəçevirin deputatı Aydın Mirzəzadə yataqxanaya gəlmişdi. Tutub saxladım. Dedim ki, səndən heç nə istəmirəm, amma gəl bir gecə burada qal, görüm bacarırsanmı? İlham Əliyevə, Mehriban Əliyevaya, Elmira Süleymanovaya məktublar yazmışam. Demək olar, bütün cavablarda yazılır ki, mənə ev düşür. Amma icra hakimiyyətində hədə-qorxu gəldilər ki, şikayətini geri götür”, - evsiz pinəçi belə xatırlayır.
Ramil əllərinin qabarını göstərir. Hər gün işləyir, amma qəpik-quruş qazanır: “Bu gün cəmi 1 manat qazanmışam. Günə onsuz da uzağı 3-4 manat olur”.
Ramil cibindən şəxsiyyət vəsiqəsini çıxarır. Ad günü olduğunu göstərmək istəyir. 40 yaşı tamam olur. Hədiyyə? Yox, bu gün Ramilə hədiyyə verən olmayacaq. Deyir ki, ona heç vaxt ad günündə hədiyyə verməyiblər...
Onun indi yeganə istəyi yaşayış yerinin olmasıdır. Lap yataqxanada yaşamağa da razıdır. Dediyinə görə, 2-3 min manat rüşvət versə, problemi həll edərlər.
Adil kişi bizə diqqətlə qulaq asır. Gözləyir ki, söhbətimiz bitsin, Ramili götürüb evinə aparsın. Onun, heç olmasa, bu gün isti yeməyə haqqı çatır...
Ramil danışır ki, yayda iş olmur, çünki hamı başmaq geyinir. Pinəçi isti aylarda qarpız satmağa məcbur olur, yoxsa acından ölər...




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Bu gün, 16:17 |
|
|
|
• Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07 |
|
|
|
• Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01 |
|
|
|
• Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45 |
|
|
|
• Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36 |
|
|
|
• Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26 |
|
|
|
• “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16 |
|
|
|
• İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11 |
|
|
|
• Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07 |
|
|
|
• Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37 |
|
|
|
• Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34 |
|
|
|
• Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26 |
|
|
|
• Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22 |
|
|
|
• Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
• Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07 |
|
|
|
• KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00 |
|
|
|
• Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33 |
|
|
|
• Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24 |
|
|
|
• Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18 |
|
|
|
• Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09 |
|
|
|
• “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
• Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43 |
|
|
|
• “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31 |
|
|
|
• Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14 |
|
|
|
• “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10 |
|
|
|
• Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07 |
|
|
|
• Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00 |
|
|
|
• Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58 |
|
|
|
• AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52 |
|
|
|
• Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48 |
|
|
|
• “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32 |
|
|
|
• Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28 |
|
|
|
• Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18 |
|
|
|
• Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05 |
|
|
|
• Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59 |
|
|
|
• Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50 |
|
|
|
• Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45 |
|
|
|
• Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
|