Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                     “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” .....                     Yenə AZNEFT... Yenə gəmi problemi... .....                     Ədalət partiyası .....                     Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi .....                     Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... .....                     Tirana sammiti: Bakının diplomatiyasının zəfəri .....                     Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub .....                     Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: .....                     Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi .....                     Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir .....                     Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? .....                     Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                     BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi .....                     Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? .....                     "Belə qaniçən olmaq lazım deyil..." .....                     "İşçilər buna niyə nəzarət etmir?!" .....                     Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ .....                     Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                 

Keçmiş başçının zülmü hələ də davam edir... - GİLEY
Tarix: 27-01-2020, 09:41 | Çap et
Keçmiş başçının zülmü hələ də davam edir...
“Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin sifarişi ilə oğlum tutulub. O, neqativ halları yazıb, işıqlandırırdı. O, rayonda bir mağazadan yazmışdı, İqtisadi İnkişaf Nazirliyindən yoxlama gətizdirmişdi. Mağaza da Lütfəli Babayevin çıxdı”.

Bu sözlər “Hürriyyət”in redaksiyasına gəlib, şikayət edən Zərdab rayonu, Çallı kənd sakini Məmmədov Tehran Cəlil oğluna məxsusdur.

T. Məmmədovun sözlərinə görə, mağazada vaxtı keçmiş mallar satılırmış: “Oğlum Qənimət də bu barədə İqtisadi İnkişaf Nazirliyinə yazıb, yoxlama gətizdirmişdi. Brinci yoxlama gəlir, oğluma zəng edirlər ki, “bəli, şikayətiniz təsdiqini tapdı”. Çünki həmin səs yazısı telefona düşmüşdü. Oğlum 1-2 gündən sonra maraqlanır ki, şikayətin axırı nətəhər oldu, mağazanı nə qədər cərimə etdiniz? Nazirlikdən gələn deyir ki, biz orada heç nə tapmadıq. Oğlum yenidən nazirliyə müraciət edir, ikinci yoxlama gəlir. Oğlumda səs yazısı olduğu üçün icra hakimiyyətinə çağırırlar. İkinci dəfə yoxlamaya gələn deyir, bunda səs yazısı var, ya bunun səsini kəsin, ya da şikayətini geri götürsün, yoxsa mümkün deyil, yazacaq. Mağazanı işlədənlə orada bir-birini acılayıb çıxırlar. Oğlum çıxandan sonra icra başçısı yumruğu stolun üstünə vurur ki, bunu yarım saatın içində içəri atın. Uşaq da orada çıxıb heç evə çatmamış yolda götürürlər”.

“Oğlum həmin mağazadan mal almışdı, bir az uşaqlarına şirniyyat, enerji suyu almışdı, vaxtı keçən enerji suyu idi. O, özü enerji suyunu içmədi, yanında oturub içən adamda problem yarandı. Bu da səhəri enerji suyunu götürüb mağazaya gedib. Satıcı bunu acılayıb, bu da acıqla İqtisadi İnkişaf Nazirliyinə şikayət edib”-deyə şikayətçi əlavə etdi.

T. Məmmədov qeyd etdi ki, oğlu tutulandan sonra 3 gün polis idarəsinə gedib-gəlib, amma ona niyə tutulduğunu deməyiblər:“Bu 3 gün müddətində dekabr, yanvar, fevral ayında oğlumun sosial şəbəkədə olan paylaşımlarını işə əlavə ediblər. Bir apteki qanunsuz dərman satdığına görə, oğlum Səhiyyə Nazirliyinə yazıb, 2500 manat cərimə etdirmişdi. Bu da istintaqın içində var. Biri bazar idi ki, antisanitariyanı çəkib qoymuşdu, biri də benzin kolonka idi. Uşaq bunlar sosial şəbəkədə yaymışdı. Oğlum ucarlılarla “Uçar region xəbər” də işləyirdi. Uşaq tutulandan sonra polis 5 nəfəri yığır, bunlar uşağın üzünə durur ki, guya, o, hədə-qorxu ilə pul tələb edib. Deyib ki, “pul verməsəniz, sosial şəbəkəyə çəkib qoyacam”. Halbuki, benzin kolonka sahibi Mütəşəkkil Cinayətkarlığa qədər gəlib çıxıb, o, orada elə bir izahat verməyib ki, məndən pul tələb etdi. Apteki cərimə etdirib, cərimə etdiribsə, səndən niyə pul tələb edir? Bazar məsələsində rayon məhkəməsinə düşüblər, bir-birinə iddia ərizəsi yazıblar. Amma polisə gələnlər davamlı 2-3 ay uşağın üzünə şahid durublar ki, bizdən pul tələb etdi, amma “pul vermişəm” deyən də yoxdur. Götürüb, oğlumun adına mağazanın nisyə dəftərinə 200 manat borc yazıblar, guya, ərzaq alıb. Biz də rayonda yaşamırıq. Rayonla bizim kəndin arası 13 kilometrdir. Mənim kəndimdə mağaza da, market də var. Mənə nə düşmüşdü ki, oğlum gedib tanımadığı adamdan nisyə mal götürürdü? Bax, beləcə oğlumu şərlədilər. Guya, oğlumdan 200 manat borcunu tələb ediblər, oğlum da ona görə İqtisadi İnkişaf Nazirliyinə yazıb”.

Oğlu tutulandan sonra müstəntiqin yanına getdiyini bildirən T. Məmmədov nəzərə çatdırdı ki, müstəntiq mağazanın 200 manat borcunu istəyib: “Dedim, nə 200 manat? Dedi, oğlunuz nisyə mal götürüb. Dedim, əvvala, evin bazarlığını mən edirəm, uşaq evə nəsə almır. Bir də ki, mən heç kənddəki mağazadan nisyə mal almıram. O kimdir ki, tanımaya-tanımaya bizə bu qədər mal verir? Özü də oğlum tutulandan 3 ay sonra. Müstəntiqə dedim, əvvəl siz o dəftərə baxmısınızmı? Dedi, yox. 3 aydan sonra gedib dəftərin şəklini çəkib. Dedim, mən bu 3 ayda roman yazardım. Oğlum müstəntiqdən də, rəisdən də yazırdı. Ona görə, bunların maraqları üst-üstə düşdü. Oğluma 282.2.2-ci maddəni tətbiq etdilər, yəni hədə-qorxu ilə pul tələb etmə”.

Oğlunun 2018-ci il mayın 11-dən həbs olunduğunu diqqətə çatdıran T. Məmmədov dedi ki, 1 il 8 aydır uşaq içəridə yatır: “Bu müddətdə 2 dəfə apellyasiya məhkəməsi olub. Ali Məhkəmə işi ləğv etdi ki, düz baxılmayıb, işə ədalətsiz baxılıb, sübuta yetirilməyən cinayətə belə maddə qoyulub. İşi təzədən Apellyasiya Məhkəməsinə qaytardılar. Apellyasiya Məhkəməsi 2019-cu il dekabrın 12-də yenə qərarı təsdiq etdi, oğluma 5 il iş kəsildi. Yazmadığım yer yoxdur. Çünki bu işin dalında duran var. Oğlum çıxsa, onların üzünə söz gələcək ki, günahsız tutdurubsunuz. İndi yenidən Ali Məhkəməyə vermişik. Allah kömək olsun, birinci dəfə Ali Məhkəmədə Asif Nəsibov idi, ədalətli bir hakimdir. O, işi ləğv etmişdi. Allaha yalvarıram, yenə oğlumun işi ona düşsün”.

T. Məmmədov bu işlə əlaqədar oğlunun işlədiyi uşaqlardan da şikayət etdi: “Oğlumun iş yoldaşları Fuad Hüseynov, Azər, Fərhad Məmmədov dedilər ki, Bakıda danışmışıq, 20 minə bəraətlə uşağı çıxardacaqlar. Bizə dedilər ki, yarı pulunu biz qoyaq, yarı pulunu sən qoy. Mənim də qapımda heyvanım var idi. 39 baş heyvanı satdım. Mənə tələ qurdular. Dedilər 10 mini düzəlt, gəlib axşam saat 7-də götürəcəyik. Sonra Fərhad zəng etdi ki, sən heç olmasa 8 mini düzəlt, 2 mini Fuada düzəltdirəcəm. 7 min pul düzəltdim. Qoyunu da, qızılları da satdım, Fərhada verdim ki, səni tanıyıram, pulu sənə verirəm. Guya, mənimlə uzaq qohumdur. Fərhad də saydı, Azərə verdi. Dedi ki, burada 7 mindir 10 min olmalıydı. Dedim, düzəltdiyim budur. Yoldaşıma da dedim ki, boyunbağınla, bilərziyini də gətir. Yoldaşım gətirdi, bir də gəlinin üzüyü var idi, pulun üstünə qoydu. Guya, bunların qeyrəti götürmədi. Fuad Hüseynov qızılı itələdi ki, yox, ayıbdır. 7 mini götürdülər, getdilər. Səhəri Fərhad mənə zəng etdi ki, o axşamkı qızıllar durur? Dedim, gecə qızıl satanam, əlbəttə, durur. Dedi, onu sat, pulu Fuada ver. Deyir, 10 min olmasa, pulunu gəlsin, götürsün, uşağını özləri qurtarsın. Səhər gətirdim Ucarın bazarında qızılı 1500 manata satdıq. Uçar Rayon Bələdiyyə binasının qabağında Azər qabağımıza çıxdı, pulu ona verdik. Bu 2019-cu il oktyabrın 9-da olub, oktyabrın 7-də isə 7 min aparıblar. Axşam Fərhad bir də zəng etdi ki, onlar 1500 manat tələb edir. Mən 8500 vermişdim. Dedim, vallah yoxdur. 6 qoyunum qalıb, onu da satım verim. Allahdan olan kimi Ağcabədidən alverçilər oldu, 6 qoyunu da 900 manata, dəyər-dəyməzə verdim. 100 manat da qonşudan aldım. Mən getmədim, yoldaşıma verdim, Ucarda “Access Bank”ın qabağında Azərə vermək üçün getdi. Azər özü gəlməyib, orada telefon maqazinində tanışı işləyir, onu göndərib. Yəni artıq özlərini çox göstərməməyə başladılar. 1000 manatı da o apardı. Təzədən Azərlə zəngləşdik ki, pul sənə çatdımı? Dedi, bəli. Cəmi 9500 pul verdim. Geridə qalan 500 manat üçün də 5 gün zəng etdilər ki, onu da gətir”.

T. Məmmədov birinci apellyasiya məhkəməsində görüb ki, aldanıb: “Bunlar heç kimə tapşırmayıb, uşaq da içəridə yatır. Gəldik, bunlara dil açdıq, yalvardıq ki, uşaq əlli-ayaqlı gedir, pulu verin, özüm adam tapım. Tamam boyunlarından atdılar ki, bizə pul verməmisən. Dedilər, bizə nə vaxt pul vermisən? Guya, ancaq 1500 manat vəkilin pulunu vermişəm. Noyabrın 20-si günü Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident Aparatına Fuad Ələsgərova və öz rayonumuza polis idarəsinə şikayət ərizəsi yazdım, poçtla göndərdim. Deyəsən, poçtda işləyən Fərhada dedi ki, bu kişi şikayət ərizələrini göndərdi. Həmin gün axşam məndən şikayət ərizəsi yazıb, stolun üstünə qoyurlar ki, guya, mən qoyunu satıb, talan etmişəm. Çünki qoyun gedəndə qonşular görüb, axı. Bundan qaça bilməzdilər, amma pulu sübut edə bilmədim. Məni polis şöbəsinə çağırdılar, gördüm, məni dindirirlər. Dedim, dayanın, siz nə etmək istəyirsiniz, şikayəti mən vermişəm. Dedi, nə şikayət? Bu adam axşam gəlib bura səndən şikayət verib. Çıxartdım cibimdən 4 dənə çeki atdım, dedim, baxın, mən şikayət ərizələrini hara göndərmişəm. Məni orada şərləyirdilər, mənim canımı qurtaran o çeklər oldu. Yoxsa sırf şərləyib, məni tutdururdular. Bunları çağırdı ki, bu yazıq kişini dələduzluq edib soyublar, özü də gəlib, şikayət edir. Məni Zərdab rayon prokurorluğuna göndərdilər, orada izahat verdim, onların telefon nömrələrini verdim, xahiş etdim ki, bu tarixdə olan danışıqları gedin çıxardın, görün, mən haqlıyam, ədalətliyəm, yoxsa məni şərləyirlər? Bunlar öz marağına çıxartdılarsa da, çıxartmadılarsa da, bilmədim”.

“Oğlum içəridən Baş Prokurorluğa yazdı. Baş Prokurorluq da işi “Bandotdel”ə yönəltdi. Məni bura çağırdılar, gəldim, yenə həmin izahatımı verdim. Yenə orada telefon nömrələrini verdim, tarixi də yazdım, xahiş etdim ki, telefon danışıqlarını çıxardın. Nətəhər olur ki, mənim oğlumun 6 ay qabaq olan danışıqlarını çıxardıb gətirdilər, amma mənim onlarla danışıqlarımı çıxartmadılar. 4 aydan sonra mənə Uçar Rayon Prokorluğundan kağız gəldi ki, işdə cinayət tərkibi olmadığına görə işə xitam verildi, məhkəməyə müraciət edə bilərsiniz. Daha nə müraciət edim, telefon danışığını rədd etdiniz”,-deyə şikayətçi nəzərə çatdırdı.

T. Məmmədov onu da diqqətə çatdırdı ki, oğlu ikinci qrup əlildir: “Mədə bağırsağı yoxdur, türməyə pəhriz daşımaqdan ölmüşəm, yoxsa indiyə qədər orada ölərdi. 15 gündən bir yeməyini gətirirəm. 3 körpə uşağı var, çıxılmaz vəziyyətdə qalmışam, bilmirəm, o körpələri saxlayım, yoxsa türməyə yemək daşıyım. Dəfələrlə sosial yardıma sənəd göndərdim, imtina yazdılar”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Bu gün, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Bu gün, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Bu gün, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Bu gün, 11:03
"O çörək sənə zəhər olsun"
Bu gün, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Bu gün, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Bu gün, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Bu gün, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Bu gün, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Bu gün, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Bu gün, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Yenə AZNEFT... Yenə gəmi problemi... - İşçilər 2 gündür gözlədilir...
Bu gün, 10:03
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Bu gün, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Bu gün, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Bu gün, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Bu gün, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Bu gün, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Bu gün, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Bu gün, 09:07
Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Bu gün, 09:03
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Bu gün, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Bu gün, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Bu gün, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Bu gün, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Bu gün, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Bu gün, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Bu gün, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Bu gün, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru