Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu .....                     Antiinhisar xidməti Mərkəzi Bankın tenderini .....                     İlhamə Elşadqızı ağır ittihamla həbs edildi .....                     "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." .....                     Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib .....                     "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." .....                     Hadrutun xarici elektrik təchizatı yenilənir .....                     `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... .....                     Deputatlar bu tarixdə .....                     Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... .....                     ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... .....                     "Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                 

Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...
Tarix: 15-11-2019, 09:10 | Çap et
Ölkədə antikorrupsiya həbsləri başlayır
DSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıb. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə açıqlamasında bildirilib.

Açıqlamada deyilir: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

“Yeni Müsavat” bildirir ki, dövlət başçısı İlham Əliyev son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkib. Oktyabrın 15-də iqtisadi sektoru kurasya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. “Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

Həmin müşavirədə prezident indi həbslər olan sosial təminat sahəsindəki vəziyyətə də toxunmuşdu: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.

Dövlət başçısı sonrakı günlərdə-həm 30 oktyabr da, həm 12 noyabrda yeni təyin olunan icra başçıları ilə söhbətində də bu məsələni konkret qoyub. Sitat: “Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”. Başqa bir sitata diqqətə yetirək: “Rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Hiss olunur ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada İlham Əliyevin iradəsi olduğu aşkar görünməkdədir. Bu səbəbdən prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, “islahatlara qarşı olanlar” “özlərini yığışdırıb” , bu səbəbdən onların antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər.

İddialara görə, yaxın vaxtlarda daha bir sıra nazirliklərdə mənimsəməyə və korrupsiyaya bulaşmış şəxslər barəsində də ciddi tədbirlər görüləcək. Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayrı-ayrı məmurların həbsi gözlənilir. Onu da qeyd etmək lazımdır ki, prezidentin yerlərdə vətəndaşların mənfi hallara qarşı fəal olmaq çağırışından sonra hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45
Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39
İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23
"Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09
Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00
`ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50
Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45
Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42
ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru