Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzovun özbaşnalığı - GİLEY
Tarix: 12-07-2018, 08:19 | Çap et
 DİA.AZ: - Asya Əskərova, Lətifə Bəşirova və 50-dən çox qaçqın və məcburi köçkün ailəsi tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:
"Hörmətli DİA.AZ portalı və rəhbərliyi. Sizin xalqın xeyrinə problemlərinin həllinə köməklik göstərərək onların müraciətlərini saytınızda işıqlandırdığınızın dəfələrlə şahidi olmuşuq. Sizə pənah aparan heç kimi naümüd qoymamısız. Ona görə Sizin vasitənizlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vitse-Prezident xanım Mehriban Əliyevaya, Vergilər Naziri cənab Mikayıl Cabbarova və aidiyyəti qurumlara müraciət ünvanlayırıq.
Bildirmək istəyirik ki, biz, yəni 50 nəfərdən çox Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün ailəsi olaraq qanuni sənədlər əsasında Nərimanov rayonu, Dərnəgül qəsəbəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və oradan yaşayış üçün istifadə edirik. Oğlum Orxan əlbəyaxa döyüş üzrə Dünya Kubokunu qazanaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırmışdır. Lakin Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dəfələrlə bizə hədə-qorxu gəlir, sahibkarlıq fəaliyyətimizə maneçilik edir, obyekti bağlayacağı və yaşayış yerlərini sökəcəyi ilə hədələyir. O vergi işçisi olaraq həm də bizə qarşı xuliqanlıq etdiyinə görə Nərimanov rayon Məhkəməsinin 31.10.2017-ci il tarixli 1(005)-283/2017 nömrəli hökmü ilə əvvəllər məhkum edilmiş qohumu Surxay Alıyevlə birgə heç bir vergi ödəmədən gecə saat 20.00-dan-07.00-dək qonşuluqda “Görüş” kafesini işlədərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksəs səslə “ədəbsiz”musiqi səsləndirir, antisanitar vəziyyət yaradır, hərəkət yolunu zəbt edərək heç bir sənəd olmadan şifer satışı obyekti tikib orada işləyən və yaşayan sakinlərin gediş-gəlişinə maneçilik etməklə narahatlığına səbəb olur. Vergi işçisi Mehdi Novruzov öz qanunsuz əməllərini ört-basdır etmək üçün obyektin kassa aparatını digər şəxslərin adına sənədləşdirir.
Həmçinin bizə məxsus obyektdən oğurluq etdiklərinə görə onların işçiləri barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi qaldırılmışdır.
Eyni zamanda onlar İnzibati Xətalar Məcəlləsinin 398 (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 460-cı (vergiləri ödəməkdən yayınma) və Vergilər Məcəlləsinin 57, 58.10, 59-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətmişlər".
diaaz.space-a daxil olan müraciətdə daha sonra seyilir: "Bu barədə Vergilər Nazirliyinə dəfələrlə müraciət etsək də Katibliyin rəhbəri Nigar Alimova Vergilər Nazirini vəbizi aldadaraq “Görüş” kafesinin bağlı olduğu barədə məktublar göndərmişdir.
Halbuki həmin müddətdə Bakı şəhər Baş Polis İdarəsindən bizə göndərilmiş məktubda kafenin gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilərək İXM-nin 211-ci(Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması) 521-ci (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) və 510 (xırda xuliqanlıq) maddələri ilə inzibati protokollar tərtib edildiyi göstərilmişdir.
Bundan başqa Mehdi Novruzov deputat əmisi Siyavuş Novruzov və digər əmisi olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovun adından istifadə edərək və onlara arxalanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun əli ilə vətəndaş Asya Əskərova barəsində heç bir əsas olmadan qanunsuz olaraq İXM-nin 253.2-ci (qanunsuz ağackəsmə) maddəsilə inzibati protokol tərtib etdirmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 3(005)-839/2018 nömrəli qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən qanunsuz tərtib edilmiş inzibati protokol ləğv edilmişdir.
Vergi Məcəlləsinin 61-ci və İXM-nin 594-1-ci maddəsinin tələblərinə əsasən qanunsuzluğa yol verən vergi orqanlarının vəzifəli şəxsləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti vəzifəli şəxlərə qanunsuz hərəkətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmişdir.
Buna baxmayaraq vergi işçisi Mehdi Novruzov öz vəzifəsinə və onu himayə edən məmurlara arxalanaraq qanunsuz hərəkətlərini davam etdirməkdə davam edir.
Xahiş edirik ki, müraciətimizi saytınızda işıqlandırasınız. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk".
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Bu gün, 18:03 |
|
|
|
• Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Bu gün, 17:59 |
|
|
|
• Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Bu gün, 17:22 |
|
|
|
• “Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Bu gün, 17:20 |
|
|
|
• Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Bu gün, 17:19 |
|
|
|
• Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Bu gün, 17:11 |
|
|
|
• Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Bu gün, 17:05 |
|
|
|
• Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Bu gün, 16:57 |
|
|
|
• Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Bu gün, 16:54 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Bu gün, 16:52 |
|
|
|
• İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Bu gün, 16:48 |
|
|
|
• 27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Bu gün, 16:42 |
|
|
|
• "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Bu gün, 16:39 |
|
|
|
• Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Bu gün, 16:36 |
|
|
|
• "Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46 |
|
|
|
• "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41 |
|
|
|
• Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38 |
|
|
|
• Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12 |
|
|
|
• İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49 |
|
|
|
• Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44 |
|
|
|
• Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36 |
|
|
|
• “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05 |
|
|
|
• Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46 |
|
|
|
• "Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40 |
|
|
|
• Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15 |
|
|
|
• Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10 |
|
|
|
• Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08 |
|
|
|
• "Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00 |
|
|
|
• Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54 |
|
|
|
• Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50 |
|
|
|
• "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45 |
|
|
|
• ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41 |
|
|
|
• 12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33 |
|
|
|
• Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30 |
|
|
|
• Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23 |
|
|
|
• Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20 |
|
|
|
• Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18 |
|
|
|
• Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57 |
|
|
|
• Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48 |
|
|
|
• "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
• İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27 |
|
|
|
• Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16 |
|
|
|
• İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12 |
|
|
|
• "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05 |
|
|
|
|