“İkinci qrup əlil olduğum halda pensiyamı kəsiblər” - GİLEY
Tarix: 30-06-2018, 09:50 | Çap et
Ötən həftə Qazax rayon sakini Azər Məmmədli “Yeni Müsavat” qəzetinə müraciət edərək, rayonda 54 hektar meşə sahəsinin məhv edilməsi ilə bağlı məlumat vermişdi. Şikayətçi bildirmişdi ki, meşə sahəsi rayonun icra başçısının göstərişi əsasında məhv edilir və meşənin torpağı əhaliyə satılır. Məlumat yayıldıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri şikayətçi Azər Məmmədliyə qarşı təzyiqlərə başlayıblar. Bu barədə Azər Məmmədlinin özü “Yeni Müsavat”a məlumat verib. Şikayətçi bildirib ki, məlumat qəzetdə yayımlandıqdan sonra icra nümayəndələri fəaliyyətə keçib, meşədə kəsdikləri ağacların kötüyünü də çıxarıb, iz itirməyə çalışıblar:
“Məqalədən sonra izi itirmək üçün kötükləri çıxardılar. Mən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng eləyib, məlumat verdim. Onlar da gəlib, əraziyə baxış keçirdilər. Daha sonra icra başçısının adamları mənə təzyiq göstərdilər. Müxtəlif adamları üstümə göndərdilər. Dedilər ki, susmasan başına başqa şeylər də gələcək. Bu gün də məktub göndəriblər. İkinci qrup əliləm, ayağımda qanqrena var, bir barmağım da yoxdur. Göndərdikləri məktubda qeyd ediblər ki, əlilliklə bağlı təqaüdüm dayandırılır. Qazax rayon Mərkəzi Xəstəxanasına zəng etdim, cavab verdilər ki, başçının göstərişi belədir. Deyirlər ki, nə edək, işimizi itirəkmi? Baxın, bu cür çətin vəziyyətə düşmüşəm. Açıq şəkildə şəhər bələdiyyəsindən dedilər ki, əgər şikayətlərindən geri çəkilməsən səni həbs etdirəcəklər. Mənim özüm də 2017-ci ilin dekabr ayına qədər bələdiyyə üzvü olmuşam. Bu meşənin üstündə məni bələdiyyə üzvlüyündən də çıxardılar. Hazırda ağacların qırılması işini dayandırıblar. Ancaq mənə qarşı təzyiqlər səngiməyib”.
Məsələ ilə bağlı münasibət almaq üçün şikayətçiyə göndərilən məktubda imzaları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qazax rayonu üzrə nümayəndəsi Laçın Qurbanov və Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova ilə də əlaqə saxladıq.
Laçın Qurbanov “Yeni Müsavat” bildirdi ki, Azər Məmmədli göndərilən məktubun mətnini düzgün anlamayıb:
“Bizim tərəfdən heç bir problem yoxdur. Ona indi zəng edib, məsələni də izah etdik. Sadəcə olaraq, səhiyyə şöbəsi məktub göndərib ki, növbəti müayinəyə qədər pensiyanı dayandırın. Ötən günü pensiyalar verilib və o da pensiyasını alıb. Heç bir problem yoxdur. Onun pensiyası köçürüləcək. Bu məsələdə heç bir qaranlıq məqam yoxdur”.
Baş həkimlə də əlaqə saxladıq. Sevda Məmmədova bildirdi ki, həmin şəxs təkrar müayinəyə çağırılıb:
“Onunla bağlı heç bir şəxsi qərəz yoxdur. Məsələ araşdırılır. Biz onu təkrar müayinəyə çağırmışıq. Məsələ də budur”.
Onu da qeyd edək ki, redaksiyamızla Qazax Rayon Şəhid ailələri, Qarabağ Qaziləri Veteranları İctimai Birliyinin sədri Namiq Alıyev əlaqə saxlayıb. N.Alıyev bildirib ki, Azər Məmmədlinin şikayəti yayıldıqdan sonra onlar da öz istiqamətləri üzrə araşdırmaya başlayıblar:
“Azər Məmmədlinin şikayətində belə bir cümlə var ki, icra başçısı tərəfindən aldadılmış insanların içərisində şəhid ailələri, Qarabağ qaziləri də var. Biz məlumat yayıldıqdan sonra məsələni araşdırdıq. Öyrəndik ki, heç bir Qarabağ qazisi, şəhid ailəsi aldadılmayıb. Əgər belə bir hal baş verərsə, özümüz bu məsələ ilə məşğul olub, hüququ tapdanan şəhid ailəsinin, veteranın haqqını müdafiə edərik. Belə bir məlumatın yayılması bizim fəaliyyətimizə də mənfi təsir göstərir. Ona görə də məsələ ilə bağlı mövqeyimizi ifadə etmək istədik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|