İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                 

“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…” - Tikinti bazarı çökür
Tarix: 20-05-2017, 10:38 | Çap et
“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”
Manatın devalvasiyası iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşmədiyi kimi, tikinti materialları sektorundan da yan keçmədi. Ötən il Azərbaycanda tikinti sahəsi üçün ən çətin illərdən oldu, demək olar ki, bu sahə tənəzzülə uğradı. Bu il hökumət tikinti sahəsini canlandırmaq üçün müəyyən addımlar atıb. Çünki tikinti sektoru bir neçə sektoru öz arxasınca aparır və bu sahənin canlanması, iqtisadiyyatın bir çox sektorlarının inkişafı deməkdir. Əslində yaz mövsümü tikinti sahəsinin qızğın dövrü hesab olunur. Bəs hazırda tikinti materialları bazarında vəziyyət necədir? Canlanma varmı? Bununla bağlı araşdırma aparmaq üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan “Dərnəgül bazarı”na yollandıq.

“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”

Bazarda isə o qədər sakitçilik idi ki, necə deərlər, milçək uçsa səsi eşidilərdi. Bütün mağazalar açıq olsa da, nə alıcı gözə dəyirdi, nə də satıcı. Müştərisizliyə öyrənmiş satıcılar günlərini mağazanın bir küncündə mürgüləməklə keçirirdilər. Alıcıların, yük daşıyan, yük boşaldan fəhlələrin səs-küyündən, maşınların uğultusundan əsər-əlamət yox idi.

Qarşımıza çıxan ilk mağazanın qapısını döydük. Deyəsən, satıcını şirin yuxudan oyatmışdıq. İçəridən gözlərini ovxalaya-ovxalaya çıxan Yadigar adlı satıcı söhbətə gileylə başladı. Dediyinə görə, yanvar ayından satış tamamilə dayanıb. Aylardır alıcı yoxdur, xüsusən günorta saatlarında bazarda “ölüm sükutu” hökm sürür.

“Bu ilin əvvəlindən demək olar ki, alıcı yoxdur. Oturub neyləyək, bütün günü ya telefonla internetdə qurdalanırıq, ya da içəridə mürgüləyirik. Gələn qiymətləri soruşub gedir, axırıncı dəfə “krupniy” alver elədiyim yadıma gəlmir.

Bazarda durğunluq olsa da, yeni açılan mağazalara da rast gəldik. Təzə təmirli mağazaların içərisində hər şey var idi, çatışmayan bircə alıcı idi. İllərdir tikinti materialları biznesi ilə məşğul olan Nazimin sözlərinə görə, heç vaxt belə durğunluq görməyib. Mağaza mayın 10-dan açılsa da, hələ alıcı olmayıb:

“Neçə ildir işləyirəm, belə şey görməmişdim...”

“Alıcı çox zəifdir, satış azalıb. Mən neçə illərdir tikinti materialları mağazası işlədirəm, hələ belə şey görməmişdim. Yerli mallarda artım yoxdur, amma bununla belə, yaxına gələn yoxdur. Biz ayın 10-dan açılmışıq, amma hələ siftə eləməmişik”, - deyə mağaza sahibi bildirir.

Kafel-metlax satışı ilə məşğul olan satıcılar da alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, gələn də qiymətləri soruşub gedir.

“Qiyməti biz qoymuruq, qiyməti malı gətirənlər qoyur. Biz də hansı qiymətə alırıq, üstünə 40-50 qəpik qoyub satırıq. Bahalı malı ümumiyyətlə, alan yoxdur. Ən çox satılan kafel-metlax məhsulları yerli “Gilan” istehsalı olan ucuz kafellərdir. Bunların qiyməti 9-10 manatdır. Bizdə qiyməti 120 manatdan 400 manata qədər olan mozaikalar var. Bunlar təbii mərmərlərdir. Mən son bir ildə bunlardan ancaq bir dəfə satmışam”, - deyə satıcı Sitarə Rəsulova bildirir.

Satıcı xaricdən gətirilən bütün malların ən azı 6-7 manat bahalaşdığını deyir. Onun sözlərinə görə, ötən il 8 manata alıb 8 manat 50 qəpiyə satdıqları kafel indi 15 manata satılır: “Demək olar ki, iki dəfə bahalaşıb. Biz bunun üstünə nə qiymət qoyaq? Üstəgəl, mağazanın vergisi var, “arenda”sı var, alıcı da yoxdur, işləyə bilmirik”, - deyə satıcı bildirir.

“Qiyməti saxlamaq üçün çəkini azaldırlar, keyfiyyəti salırlar”

Satıcı Feyyaz isə deyir ki, müştəriləri qaçırmamaq üçün satıcılar qiyməti artırmaqdan çəkinirlər. “Yanvar ayından satışımız tam dayanıb. Deyirlər gələn aydan düzələcək, gözləyirik. Firmalar qiyməti tənzimləmək üçün qablaşdırmada çəkini azaldırlar. Bəzən keyfiyyətini aşağı salırlar. Çalışırlar ki, qiymət qaxmasın. Çünki qiymət qalxdıqca müştəri qaçır. İnanın, bəzən sutkalarla alıcı olmur. Bu gün ancaq bir kisə sement satmışıq”, - deyə satıcı narazılıq edir.

Satıcılar deyirlər ki, nisbətən çox satılan tikinti materialı sementdir. Bazarda kisəsi 5-7 manat arasında dəyişir. Mişar daşı 32-35 qəpik, qum, şebenin kubu 16 manat, armaturun tonu 1100-1200 manat arasında dəyişir. Yerli istehsal olan, yerə döşənən daşların kvadrat metri 6 manat 20 qəpikdir. Boyaların litri isə 3 manat 60 qəpikdən başlayaraq 5-6 manata qədər davam edir. Yerli istehsal olan alçipan 7 manat 70 qəpiyə, yerli kafel-metlax yapışdırıcısı 5 manata satılır.

Satıcılar deyirlər ki, son vaxtlar ən çox bahalaşan materiallardan biri də taxtadır. Rusiyadan gətirilən taxtanın kubu əvvəllər 250-280 manata satılsa da, hazırda bu qiymət 300 manatdan bahadır.

Çin, Türkiyə, Almaniya, Rusiya istehsalı olan dam örtüklərinin qiymətləri 5 manatdan başlayır və 18 manata qədər davam edir. Satıcılar deyirlər ki, bu tikinti materialının qiymətləri ötən ilki qiymətlərdən fərqlənmir. Qiymətlərdəki fərq isə örtüyün qalınlığından asılıdır.

Bazarda ən çox tələbat Rusiya istehsalı laminatlaradır. Satıcılar deyirlər ki, müştərilər ucuz olduğuna görə bu məhsulu seçirlər. Laminatlar isə istehsal olunduğu ölkədən və digər keyfiyyətlərdən asılı olaraq 9 manat 50 qəpik-22 manat arasında dəyişir.

Nə cakuzi, nə dəm-dəsgah…

Bazarda hamam aksessuarları satan mağazalarda da alıcıdan çox satıcı gözə dəyirdi. Ən çox müştəri yolunu gözləyənlər isə bahalı hamam aksessuarları, cakuzilər idi. Mağazalarda sadə cakuzinin qiyməti 320 manatdan başlayır. Satıcılar deyirlər ki, ötən illərlə müqayisədə cüzi qiymət dəyişikliyi olsa da, alıcı tapılmır.

Mağazalarda Çin istehsalı olan unitazlar 80-90 matandan başlayır. “Moyka”lar 360 manatdan 800 manata kimi müxtəlif qiymətə satılır.

İnşaat materiallarının satıcıları ilə söhbət zamanı onu da öyrəndik ki, tikinti materialları bahalaşsa da, işçi qüvvəsi ucuzlaşıb. Məsələn, əvvəllər günü 20 manata işləyən fəhlələr indi 15-16 manata işləyirlər.

Tikinti materialları bazarında durğunluq bir neçə il çəkə bilər – Ekspert

Ekspertlər deyirlər ki, adətən tikinti bazarı mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Bu aylarda daxili istehsalda da müəyyən azalmalar müşahidə edilir. Lakin hər il aprel ayında müşahidə olunan canlanma bu il yoxdur, əvəzində aktivlik 12 faiz azalıb. Bunu Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov virtualaz.org-a açıqlamasında bildirib:

“Tikinti materialları sahəsində alqı-satqı çox aşağı düşüb, satıcıların hamısı şikayət edirlər. Bu ən çox xüsusi tikinti təsərrüfatlarında azalmalarla bağlıdır. Tikinti materiallarının əsas alıcı kontingenti fərdi yaşayış evi tikənlərdir. Adətən əvvəlki illərdə aprel ayında biz aktivliyin artmasını müşahidə etmişik. Amma son 1 ayda tikinti materialları bazarında alıcı aktivliyi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz aşağı düşüb”, - deyə ekspert bildirir.

Lakin ekspertlər tikinti materialları bazarındakı hazırki durğunluqla bağlı bədbin düşünürlər. Tikinti bazarında durğunluğun hələ yaxın illərdə də davam edəcəyini gözlənilir. İqtisadçı ekspert Qadir İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, hazırda çox lokal layihələr həyata keçirilir, böyük tikinti layihələri dayanıb.

“Ölkədə mənzil tikintisi sahəsində durğunluqdur. Dövlət sifarişli tikintilər dayanıb. Bu durğunluğun yaxın illərdə davam edəcəyi gözlənilir. Hazırda dövlətin tikinti sektoruna kapital qoymaq imkanları məhduddur. Özəl sektorun isə layihələri davam etdirməyə imkanları yoxdur. Hesab edirəm ki, ölkənin iqtisadi və maliyə bazarında sabitlik yaranana qədər bu vəziyyət davam edəcək”.

Ekspert hesab edir ki, tikinti sektorunda canlanmaya nail olmağın yolu bazara yerli investisiyalar cəlb etməkdən keçir. Yeni investorlar dəvət edərək onlara şərait yaratmaq lazımdır.

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru