Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                     Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... .....                     3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                     DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI .....                     Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır .....                     İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                 

“İlham Əliyev kimlərin hədəfindədir?” – Millət vəkili sensasion bəyanatı şərh edir…
Tarix: 2-06-2016, 12:01 | Çap et
“İlham Əliyev kimlərin hədəfindədir?”
Zaman: 27 may. Məkan: “Buta Saray”. Məram: Respublika günü. Eyni adlı salonu heç vaxt həmin emosiyada görməmişdim. Sürəkli alqışların da bu həddinə rast gəlməmişdim. O an etibarilə ki, nöqtə-vergülünə qədər son dərəcə korrektə olunmuş və bəlli ünvanlara mükəmməlcə hesablanmış çıxışının zirvə hissəsində Prezident qəfil bir pauza verib: “Hədəfdə mənəm”- söylədi...

Bəzi diplomatlar təəccüb və heyrət içində, ölkə başçısına sidq ürəkdən bağlı olanlar qürur hissi və dəstək amacı ilə, söhbətin məğzini tuta bilməyənlər isə elə bizlərəcə qoşulub əl çalırdılar.

Qəribə situasiya idi. Gerçəkdən.

***

Ölkə başçısı haqqında xoş və ya qeyri-xoş mülahizə yürüdənlərin heç biri onun yerində deyil. İçi mən qarışıq. Yəni ən uzağı ehtimal edə bilərik. Nə baş verir, güc və təzyiq balansının yerdəyişməsi hansı civardadır deyə. Bunu da əgər bacarsaq.
Əvvəla ondan başlayaq ki, bu qədər strateji, kritik məkanda yerləşməmiz bizim bəxtimiz deyil, bəxtsizliyimizdir. Təxminən bığ və saqqal arasında qalma məhkumiyyətidir. Özünü və xalqını qorumaq naminə paralel olaraq həm də kənar təsirləri neytrallaşdırmaq, böyük güclərin ayağını heç bir halda tapdalamamaq məziyyətidir. Leksikonda buna “balanslı siyasət” deyirlər.

Qərb tərəfdaşlığımızı yüksək qiymətləndirir, ərazi bütövlüyümüzü dəstəkləyir. Elə son “aprel döyüşlər”i kontekstində nümayiş elətdirdikləri mövqe nəyə desən dəyər. Avropa Şurasının Prezidentindən tutmuş ATƏT-in, BMT-nin rəhbər şəxslərinə qədər hər kəs açıq mətnlə yanımızda olduqlarını bəyanladılar. Fəqət! – yenə abstrakt formada. Söz və kağız üzərində. Üstəlik, “gözü çıxmış qardaşlarımızın” – Ukraynanın, Gürcüstanın fonunda. Mövzunun kökü və qayəsi bax budur. Və ya məsləhət, yön, istiqamət, tövsiyyə verməyə hamı “bir can”dır. Amma harda ki, təxirəsalınmaz icraat lazımdır, harda ki BMT-nin ard-arda sıralanan 4 qətnaməsini realizə etmək zərurəti var, harda ki Kosova və Küveytlə, öz maraqlarının cəm olduğu ərəb ölkələri ilə bağlı sərgilədikləri sərt mövqenin eynisinin Ermənistan üzərindən də tətbiqinə ehtiyac var, o məqamda gözəgörünməzə, sülh tərəfdaşına, demokratiya çarçısına çevrilirlər.

Kiçik Buş Gürcüstanın milli bayramında tvist oynayacaq qədər var idi, bu ölkənin yanında. Amma paralel olaraq Saakaşvilinin üzərinə olmazın öhdəliklər qoymuşdu. Ki, məsələn hər bəyənatında Putinə hədə-qorxu gəlsin, ağır atmacalar atsın, kənardan sanki Gürcüstanın deyil də, Rusiyanın Prezidenti kimi davransın. Sonuc? Nəticə? - Müharibə başladı,
Prezident devrildi, yeni qurulan iqtisadiyyat məhv oldu, Gürcüstanin illər boyu həsrətində olduğu demokratiya beşiyindəcə boğuldu. Yekunda isə Cənubi Osetiya və Abxaziyanın müqəddəratı abstrakta girdi.

Alın, bu da sizə Qərb dəstəyi!

Ayrıca, qəribə olan bilirsinizmi nədir? – Qərbin bu qədər “beyin institutları”nın var olmasına rəğmən yalnızca “A” variantı üzərində mühakimə yürütməkliyi. Və ya həmin dairələr ərazi məsələsində, digər prinsipial mövzularda Rusiyanın mövqeyinin heç bir işə yaramayacağını israrla qeyd edirlər. Anlaşıldı. Orası qismən doğru. Amma bununla iş bitirmi?. Baxın, bir neçə həftə öncə Gürcüstan öz ərazisində NATO təlimlərini düzənlədi. Guya Rusiyaya demarş məqsədi ilə. Və hadisənin üzərindən 3 gün keçməmiş, yəni NATO tanklarının torpaq üzərindən hələ izi getməmiş bir baxdıq, Cənubi Osetiya və Abxaziya əhalisindən təşəbbüs gəlib. Ki, bəs biz Rusiyaya birləşmək istəyirik. Tez bir zamanda referendum keçirilsin.

Alın, bu da sizə - Putini həfifə almağın doğurduğu nəticə kabusu!

Hələ mən skinxedlərdən-filandan, dövlətin alternativ variantlarından, süni ajiotajla bir an içində yaradılması mümkün olan qaçqın problemindən, əlqərəz “c”, “d”, “e” variantlarından danışmıram.

Ya da olsun Ukrayna. Gül kimi dövləti, xalqı öncədən ölkə daxilinə yeridilmiş xüsusi missioner qrup vasitəsilə siyasi zombiyə çevirib nə kökə saldılar. Yenə də Rusiyaya görk məqsədilə. Oysa, hal-hazırda duruma baxın: Krım tamamən unudulub. Müzakirə mövzusu belə deyil. Artıq masa üzərində Donbasın söhbəti gedir. Yəni, təyinat, fabula bax bu qədər istiqamət dəyişikliyinə uğrayıb...

***

Rusiya isə bizim sərhəd qonşumuzdur. SSSR -i dövründən içimizdə qalmış psixoloji sarsıntılara, Qarabağ döyüşlərində erməni şərəfsizə vermiş olduğu dəstəyə, 20 yanvar qırğınındakı roluna, ara-sıra üzərimizə yönləndirdiyi təzyiqlərə rəğmən qapımızın düz kandarında qərarlaşan sərhəd qonşumuzdur. Üstəlik, söhbəti hara və necə fırlasaq da faktiki gücü görməzdən keçmək də mümkün deyil. Gücü və xisləti...
Qarabağ düyünündə də “açar fiqur”dur Rusiya. Üstəlik, ATƏT-in mənasız “Minsk Qrup”unun həmsədri və bu illər ərzində başımız altına yastıq qoyanlardan biri. Amma neyləyək? Söylədiyim fakt və məntiq hicabilə hədəfəmi alaq qarşı tərəfi? Yox, təbii. Olmaz. Fəqət açıq ritorikaya gedilmədiyi kimi, bu dövlətin yedəyinə də çevrilmək olmaz. Necə ki, çevrilmirik. Baxin, Türkiyə ilə kritik münaqişə dövründə açıq Türkiyə mövqeyi sərgilədik, Avrasiya, Gömrük İttifaqında yoxuq, Qərbin, konkret olaraq Avropa Şurasının sanksiyalarına qarşı xüsusi münasibət sərgiləmirik. Amma yenə də münasibətlərimiz rentabellidir. Niyə? Çünki ayaq da tapdalamırıq, içimiz yana-yana da olsa, başqa dövlətlərdən alma mümkünatımız da olsa ən ağır artileriya silahlarını yenə ölkəmizə Rusiyadan dövr edirik. Vassal olmasaq da, düşmən də deyilik. Yenə də sırf siyasi balans, dövlət maraqları xətrinə.

***

Dünyanın hazırda bizdən istədiyi odur ki, Dağlıq Qarabağ mövzusunda çox dərinə getməyək. İlham Əliyev isə onları dinləmir və israrla Azərbaycan ərazilərini geri istəyir. Aprel döyüşlərindəki qətiyyətin də əsas məğzi ermənini, onun dəstəkçilərini, sabit status-kvo aludəçilərini ayıltmaq idi. Ki, bunu ən mükəmməl formada bacardıq. Mövcud hakimiyyəti irəli geməməkdə günahlandıranların isə arqumenti zəifdir:
Əvvəla, erməni özu belə etiraf edir ki, işğal altında olan ətraf rayonlar sadəcə Dağlıq Qarabağı əldə saxlamaq üçün sığorta variantıdır. Yəni 5+2, 6+1 kimi səciyyələnən mərhələli ya da “paket” formatında təqdim olunan sənədlərin hamısında ən az 7 rayondan erməninin dəf olub getməsi nəzərdə tutulur. Buna görə yüzlərlə şəhid verməyə, ordunu, əsgəri tarım, gərgin vəziyyətdə saxlamağa dəyməz. Və bir daha təkrar edirəm: Aprel döyüşlərinin əsas məqsədi güc nümayişi, göstərgisi və barışmaz mövqeyimizi dünyaya bəyan etmək idi.

Son 24 ildə ilk dəfə idi ki, Rusiya Dağlıq Qarabağ məsələsində neytral mövqeyi ilə diqqət çəkdi. Pərdəarxası müzakirələrdə qabaqcıl rolunu saxlasa da Azərbaycanın əvvəlki mövqelərinə çəkilməsi üçün erməni tərəfin etdiyi yalvarışları qulaq ardına vurdu.

Sarkisyan tamamən qorxu içindədir. İşğal olunmuş rayonlarda demək olar əhali qalmayıb. Ən böyük eyforiya isə hətta Rusiyanın qeyri-rəsmi himayəsində olan Türkmənistan və Belarus kimi neytral dövlətlərin də aprel döyüşlərindən sonra Azərbaycana vermiş olduğu açıq dəstəklə bağlıdır. Belə davam edəcəyi təqdirdə təbii ki, Sarkisyanın hakimiyyətdə qalma perspektivi, şansı, sıfırın altına düşəcək. Ya da 1999-cu ilin 27 oktyabrında Petrosyanı devirmək üçün hazırladığı Parlament qətliamının oxşar variantı öz başına gələcək.

Hər kəs əmin olsun: Sülh danışıqlarının uzanmasının yeganə səbəbi Azərbaycan tərəfinin zərrə qədər güzəştə getməməsidir. Qeyri-rəsmi məlumatlara görə Rusiya artıq mərhələli həll variantında “sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi”-bəndinin belə ixtisarına razılıq verib. Yerdə qalır son kritik məsələ: rayonlar qaytarıldıqdan sonra Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli. Dirənmə bax bu nöqtədədir. Sanki Sarkisyanın əlinə silah verib deyirlər ki, vur başına. Vurmasan biz vuracayıq.

İlham Əliyev zərrə qədər şəxsi və hakimiyyət marağını güdsəydi, danışıqlar əsla və əsla bu qədər uzanmazdı. Status məsələsini abstrakta buraxaraq 7 rayonu çox rahat qaytarıb, ardınca da elə bir təbliğat qurmaq olardı ki, kimsənin ruhu belə inciməzdi. Amma hakimiyyət buna getmir və təbii getməyəcək. Çünki ölkə Prezidenti və movcud iqtidar üçün milli maraqlar bəzi müxalif qüvvələr kimi sövdələşmə predmeti deyil. (Bu fikri - 2011-ci ildə, eks-deputatın ofisində diplomatik korpus nümayəndələrinin hazırladığı yazılı sənədə gözüyumulu imza atan Əli Kərimliyə nəzərən deyirəm. Hansı ki, hakimiyyətə gələcəkləri təqdirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yetərli və absurd yumşalmanı özündə ehtiva edirdi)

Ölkə prezidenti bütün prinsipial addımları öz fərdi nüfuzu və rəhbəri olduğu dövlətin gücü sayəsində (müqabilində) atır. Paralel olaraq da (eyni adlı fəaliyyətlə) bəlli dairələri qıcıqlandırır. Çün, əksər dünya güclərinin hazırda arzuladıqları tipaj İlham Əliyev tipajı deyil. Onlar sözəbaxan, vassal və yedək olmağı bacaran, bütün tövsiyyə və təlimatları birnəfəsə icra edən Prezidentlərlə işləməyə daha çox üstünlük verirlər. Maraqları təmin olunmadıqda isə klassik, ənənəvi təzyiq metodları işə düşür: Demokratiya, insan hüquqları, azad seçki və s ilaxır. Və bu riyakar mexanizm o dövlətlərin mətbəxində hazırlanır ki, həmin dövlətlər bəşəriyyəti qan gölünə çevirmək, dini, siyasi, irqi diskirminasiyanı dərinləşdirmək, azad seçki adı altında ard-arda dövlət çevrilişlərini sıralamaq, “insan hüquqları”, “demokratiya” – fonunda hüquqi nihilizmi, faktiki diktaturanı bərqərar etmək üçün əllərindən gələni əsirgəmirlər.

***
Bu yerdə sual edilə bilər: Madam ki, Gürcüstan, Ukrayna kimi tərəf olanda da təzyiq və təsirə məruzsan, olmayanda da. O zaman fərq nədir? Dəyişən nədir?
Yazının motivi də əslində bu suala cavab üzərində qurulub:

Bir var gədə olub, əl buyruğu olub hədəfə gələsən, bir də var kişi kimi var olub!
Bir var, kiminsə ətəyində, qucağında oturaraq hədəfə gələsən, bir də var bütün müştəbehləri, özünü ağsaqqal sayanları gərəkən məqamda yerində otuzduraraq!
Bir var rədd edildiyin üçün hədəfə gələsən, bir də var rədd etdyin üçün!
Bunlar çox fərqli şeylərdir, əzizlərim.

İlham Əliyev öz KİŞİLİYİNƏ və millətinə sahib çıxan lderdir. Hədəfdə olmasının da səbəbi budur.

P.S Madam ki, yazımı “Buta” fraqmenti ilə başladım, elə bir başqa “Buta” fraqmenti ilə də bitirim. Məclis başlayan kimi ali dövlət mükafatlarının təqdim edilmə mərasimi oldu. Ədəbiyyat üzrə mükafat Fikrət Qocaya verildi və şair mikrofon alıb iki kəlmə söz dedi: “Allah sizi qorusun cənab Prezident. Allah qorumağına qorusun e....amma imkan düşəndə biz də qoruyaq”
Nöqtə!

Elşən Musayev, Milli Məclisin deputatı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda məşhur provayder ləğv olundu
Bu gün, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Bu gün, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Bu gün, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Bu gün, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Bu gün, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Bu gün, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Bu gün, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Bu gün, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Bu gün, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Bu gün, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Bu gün, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Bu gün, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Bu gün, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Bu gün, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Bu gün, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Bu gün, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Bu gün, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Bu gün, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Bu gün, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Bu gün, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Bu gün, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Bu gün, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Bu gün, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Bu gün, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Bu gün, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Bu gün, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Bu gün, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru