3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                     DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI .....                     Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır .....                     İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                     Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi .....                     “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” .....                     Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... .....                     Paşinyanın Ankarada çarə axtarışı: .....                     Bəzi dağlıq ərazilərdə zəif duman olacaq .....                     Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi .....                     SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? .....                     İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq .....                     İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? .....                     "Canımı verməyə hazıram" .....                     Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? .....                     Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? .....                     “Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi .....                     Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... .....                     FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir .....                     Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən .....                     Azərbaycanlı gənc Şimali Osetiyada öldü .....                     Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, .....                     Rusiya Ermənistanı açıq şəkildə hədələdi .....                     Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                 

Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı – FOTOFAKT
Tarix: 21-05-2016, 08:52 | Çap et
Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı
Mayın 19-da Qafqaznews.az saytında “Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?” başlıqlı yazı dərc olunub. Məqalədə deyilir: “ Bu günlərdə adı Mikayıl İsmayılovun biznes şəbəkəsində hallanan daha bir iş adamı – Xaliq Abbasov haqqında Qafqaznews.az-a məlumatlar daxil oldu. Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov Mikayıl İsmayılovla yaxın dost olduğu üçün iki ildir SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır. Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur.

“İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır.
Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib. Yazıda həmçinin qeyd olunur ki, Mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”.

Mayın 20-də araşdırmalarımızı davam edərək, bir sıra yeni məlumatlar və fotofaktlar əldə etdik. Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərinin surəti göndərilib. Bu ilin birinci ayında gələn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, hüquq mühafizə orqanlarına bu hesabatın hansı şirkətə məxsus olduğunu örgənmək çətin olmayacaq. Çünki, malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir. Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmadan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla əvvəlcədən razılaşıb.

Çünki, bu, birbaşa Xaliq Abbasov tərəfindən törədilən cinayətdir və onun əməlinə Sumqayıt BGİ-nin rəhbərliyi göz yumub. Hətta, burada ortaqlıq barədə şübhələr də istisna deyil. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur. Oxucuda sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyatı var? Biz bunu da araşdırdıq: Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə tapşırıb.

Birinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar (və yaxud dolların bugünkü məzənnəsi lə 41 min 425 manat) məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var. Məlumat üçün onu da bildirək ki, dolların məzənnəsi yanvar ayında 1 manat 79 qəpik təşkil edirdi. İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir. Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar və yaxud da, 7 min 891 manat məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar.

Yazı çapa gedərkən Qafqaznews.az-a qaynar məlumatlar daxil oldu. Birinic məlumatda bildirilirdi ki, dünənki yazıdan sonra Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənov bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinə çağırılıb və səkkiz saat ərzində DGK rəhbərliyi tərəfindən dindirilib. İkinci məlumatda isə bildirilir ki, “İfo Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə bu ilin birinci rübündə 68 maşın mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib. Azərbaycan iqtisdiyyatının çətin günlər yaşadığı, ölkə daxilində valyuta dövriyyəsinin əhəmiyyət daşıdığı bir zamanda, bəzi şəxslərin dövlətdən pul gizlətməsi, gəlirlərini isə müxtəlif vasitələrlə xaricə “daşıması” yolverilməzdir. Xüsusilə də, bəzi gömrük məmurlarının özbaşınılığı bir qrup işbazdan başqa, həm sahibkarların, həm də sadə vətəndaşların sosial-iqtisadi vəziyyətini çətinləşdirməyə xidmət edir. Biz, bu faktları əldə edib ictimailəşdirdik.

Törədilmiş cinayətə hüquqi qiymət vermək isə hüquq mühafizə orqanlarının işidir. Bu faktlara obyektiv hüquqi qiymət verilərsə, ən azından Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovun tutduğu vəzifəsindən azad olunacağı şübhə doğurmur.

Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı
Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı
Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 11:39
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:31
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən - İLGİNC FAKT
Bu gün, 11:12
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru