“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                     Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... .....                     3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                     DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI .....                     Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır .....                 

Sumqayıt gömrüyünün də bulaşdığı şin biznesi... - İlginc iddialar
Tarix: 20-05-2016, 08:05 | Çap et
Sumqayıt gömrüyünün də bulaşdığı şin biznesi...
Azərbaycanda bir sıra sahələrin inhisarda olması, bəzi sahibkarların hansısa əlaqələrə görə “xüsusi status” qazanaraq monopolistə çevrilməsi cəmiyyətdə heç kimə sirr deyil. Bu işbazlar bəzi dövlət sifarişləri və tender icralarında da ortaya çıxır, müəyyən himayədarların yardımıyla milyonlarla vəsait qazanırlar. Bu qazanc qanuni yollarla olsa, dövlətə də vergi verilsə, dərd yarıdır… Lakin təəssüflər olsun ki, daha artıq qazanmaq ehtirası bir sıra iş adamlarını müxtəlif maxinasiyalara, çirkin oyunlara sövq edir. Bu işdə də istər gömrük orqanlarında, istərsə də başqa dövlət strukturlarında özlərinə yetərincə “ortaq” tapa bilirlər.

Qafqaznews.az olaraq, biz də vaxtaşırı olaraq bu cür halları tənqid etmiş, ayrı-ayrı faktları üzə çıxararaq, qanunsuz əməlləri ifşa etmişik. Son zamanlarda SOCAR vitse-prezidenti Mikayıl İsmayılovla və onun protejesi Ceyhun Canıyevlə bağlı Qafqaz Xəbər Agentliyinin apardığı araşdırmalar geniş rezonansa səbəb olmuşdu.

Qafqaznews.az-a müraciət edən gənc iş adamı Samir Verdiyev bildirmişdi ki, M.İsmayılovun “sağ əli” Ceyhun Canıyev ondan böyük məbləğdə pul alaraq, onu SOCAR-dakı tenderlərə salacağını vəd edərək aldadıb, aldığı 365 min manat puldan 115 Bezy-myanny-j-copy-18-1min manatı hələ də qaytarmayıb. Bundan sonra Qafqaznews.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, M.İsmayılovun sabiq iş ortaqları tərəfindən açılan məhkəmə iddialarında cavabdeh şəxslər olaraq Şamaxılı iş adamı Əmir Bəkirov, Müşfiq İsmayılov (SOCAR vitse-prezidentinin qardaşı) və Vaqif Canıyev (Ağsunun sabiq bələdiyyə sədri, Ceyhunun atası) göstərilib. Bu isə M.İsmayılova məxsus olan şirkətlərin məhz bu şəxslərin adına keçirilməsi barədə bəzi şübhələr yaradır.

Xatırladaq ki, Qafqaznews.az saytında Ceyhun Canıyevdən şikayətlər, SOCAR vitse-prezidenti və onun yaxın ətrafı ilə bağlı yazılar gedəndən sonra, Ceyhun Caniyev DİN Baş MCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilərək Az. Res. CM-nin 178-ci maddəsi ilə cinayət işi açılıb. Bütün bunlar onu göstərir ki, Mikayıl İsmayılov ictimaiyyətə bu işdən xəbəri olmadığını sübut etmək, Ceyhun Canıyevi isə “dələduzluq” ittihamı ilə qurban vermək niyyətindədir.

Aprelin 20-də Qafqaznews.az-da M.İsmayılovun çevrəsində olan daha bir iş adamı, “Araz İstilik Servis Xidmətləri” MMC-nin “Azəriqaz”ın layihələrində subpodratçı olması və “Global Services” MMC-yə verilən tender layihələrinin “ikinci əl” icraçısı kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc olunmuşdu. Mayın 14-də isə Qafqaznews.az-a məlumat daxil olub ki, M.İsmayılov Ceyhun Canıyevi qurban verdikdən sonra sığortalanmaq məqsədi ilə öz ətrafında “kadr islahatları” apararaq, Ədalət Abbasovu irəli çəkib. Bu günlərdə adı Mikayıl İsmayılovun biznes şəbəkəsində hallanan daha bir iş adamı – Xaliq Abbasov haqqında Qafqaznews.az-a məlumatlar daxil oldu.

Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov iki ildir Mikayıl İsmayılovla yaxın dost olan bir məmurun yardımı ilə SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır. Həmin məmurun adı və hətta yüksək rütbəli qaynatasının adı da bizə məlumdur. Sadəcə bəzi araşdırmaların sonunacan həmin şəxslərin adlarını açıqlamırıq.

Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur. “İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır. Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir.

Bundan başqa, X.Abbasovun “İFO Tires” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tires” ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.

Həmçinin, qeyd olunur ki, “Şurataz LTD” dünyada məşhur təkər istehsalçısı olan “Goodyears”, “Michelin”, “Rosava” və “Continental”ın Azərbaycandakı distribüteridir.

“Xaliq Abbasov “İFO Tires” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul “itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğuldur. Müqavilə bağladığı xarici şirkətlər ona Azərbaycanda satmaq üçün ucuz qiymətə mal verirlərsə, Xaliq Abbasov “İFO Tires” vasitəsilə bu təkərlərin böyük hissəsini Poti limanındaca re-eksport edərək, başqa ölkələrə göndərir.

Distribüter “Şurataz LTD” olduğu halda, “İFO Tires” tranzit şirkəti olaraq, bütün əməliyyatları həyata keçirir və Azərbaycan üçün nəzərdə tutulan təkər partiyasının böyük qismini Sloveniya, Türkiyə, Almaniya, Niderlanda re-eksport edir”, – deyə mənbə qeyd edir. İlk baxışdan, re-eksportda pis heç nə yoxdur, lakin məsələ ondadır ki, Xaliq Abbasovun sahibi olduğu “Şurataz LTD” şirkəti “Goodyear”, “Michelin” və “Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir.

“Lakin Xaliq Abbasov istehsalçıların məlumatı olmadan, onlardan aldığı məhsulları kiçik partiyalarla başqa ölkələrə aparır və Azərbaycan üçün nəzərdə tutulan qiymətdən də baha satmaqla külli miqdarda pul qazanır. Halbuki, istehsalçının xəbəri olmadan, bir ölkənin distribüteri başqa ölkəyə re-eksport etməklə beynəlxalq iqtisadi cinayət törətmiş olur”.

Mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”. Məlumat üçün bildirək ki, keçən il oktyabr ayının 17-nə qədər Xaliq Abbasovun “krışa”sı Akif Çovdarovun kürəkəni keçmiş MTN-nin şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov olub. Ancaq sonradan bu şəxs özünə “krışa” qismində Sumqayıt BGİ-nin maliyyə şöbəsinin rəisi Əhmədin vasitəsilə Vəzir Həsənovu tapıb.

Sumqayıt BGİ-nin dəhlizlərində gömrük əməkdaşları arasında ancaq Xaliq Abbasovun Vəzir Həsənova verdiyi bahalı hədiyyələrin söhbəti gedir. Çünki sonuncu onun üçün Sumqayıt gömrüyündə təkər monopoliyasını yaradıb. Son vaxtlar təkər işinə baxan digər sahibkarlar Xaliq Abbasovla görüşüb, onların da idxal etdikləri malların “invoice”i ni aşağı salmaqla Sumqayıt BGİ-də gömrük olunmasında ondan yardım istəyirlər.

Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Bu gün, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Bu gün, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Bu gün, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Bu gün, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Bu gün, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Bu gün, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Bu gün, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Bu gün, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Bu gün, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Bu gün, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Bu gün, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Bu gün, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Bu gün, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Bu gün, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Bu gün, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Bu gün, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Bu gün, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Bu gün, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Bu gün, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Bu gün, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Bu gün, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Bu gün, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Bu gün, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Bu gün, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Bu gün, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Bu gün, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Bu gün, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Bu gün, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Bu gün, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Bu gün, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Bu gün, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Bu gün, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru