“Ədalətsiz istintaq və məhkəmə bacı ilə qardaşı düşmən etdi” - ŞİKAYƏT VAR
Tarix: 14-04-2016, 08:19 | Çap et
 Azərbaycanda yol nəqliyyat hadisələrinin araşdırmasının düzgün getmədiyindən vətəndaşlar dəfələrlə mətbuata şikayət ediblər.
Bəzi hallarda hadisənin əsl səbəbkarının kənarda qalması, günahın isə zərərçəkmişlərdən birinin boynuna atılması barədə az yazılmayıb.
Qafqaz Xəbər Agentliyi olaraq, biz də bu cür hallar barədə məlumat və şikayət daxil olduqda araşdırmış, işıqlandırıb həllinə çalışmışıq.
Bu günlərdə Qafqaznews.az saytına müraciət edən Lənkəran rayon Şiləvar kənd sakinləri İlqar Rəhimov və Gülağa Hüseynov bildiriblər ki, 2015-ci il aprelin 6-da Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması və məhkəməsi düzgün aparılmayıb.
Bildirilib ki, həmin gün Rəhimov Mirabbas İlqar Oğlu, Hüseynov Həsən Gülağa oğlu, Rəhmətzadə Əkbər Füzuli oğlu və Nurəlizadə Vüsal Akif oğlu “Vaz 21063” markalı “42-BH-038” nömrə nişanlı avtomobildə qəzaya uğrayıblar.
Hadisə vaxtı sükan arxasında 1996-cı il təvəllüdlü Mirabbas olub. Yanında Rəhmətzadə Əkbər, arxa oturacaqda isə Nurəlizadə Vüsal ilə Mirabbasın dayısıoğlu Hüseynov Həsən oturmuşdu. Yolda Əkbərli Kamran Nəsrəddin oğlu idarə etdiyi “Niva” (VAZ 21214) markalı, 90 -NR-034 dövlət nömrə nişanlı avtomobillə onların üzərinə gəlib, daha sonra yolda sıxaraq hərəkətlərinə mane olub. Bu hadisənin baş verməsində də əsas səbəbkar o olub. İmkanları yaxşı olduğuna görə, məsələni ört-basdır ediblər. Hadisədən sonra 4 gün avtomobili təmirdə olub, saxta ekspertiza rəyi çıxardaraq, “Niva”nı qəzadan bir ay sonra, istintaq bitməmiş satıblar. Amma DYP müstəntiqi Elmar Quliyev əsas hədəf kimi oğlumu seçdi, şahidlərin ifadələrini ciddiya almadı . Məhkəmə prosesində də eyni hal müşahidə olundu”, – deyə İ.Rəhimov vurğulayıb.
O qeyd edib ki, Mirabbas bir yaşından – 25.07.1997 tarixindən epileptikdir, buna görə də hərbi xidmətə aparılmayıb: “Hadisədəki roluna qaldıqda isə, istintaq və məhkəmə Mirabbas Rəhimovu təqsirli yox, zərərçəkmiş qismində görməliydilər. O, uzun müddət xəstəxanada yatdı, ağır xəsarət və travmadan müalicə olundu. Haqsız yerə dayısıoğlunun ölümündə günahkar bilib 6 il həbs cəzası verdilər. Onun sağlamlıq vəziyyəti və qəzadan sonra aldığı travmalar, ayağının əyri bitişməsi, bədənində şüşələr qalması kimi hallar nəzərə alınmayıb”.
İ.Rəhimov vurğulayıb ki, düzgün aparılmayan istintaq prosesi və ədalətsiz məhkəmə qərarı bacı ilə qardaş arasında düşmənlik yaratmağa xidmət edir: “Mənim qaynımoğlu dünyasını dəyişib, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas isə keçən ilin noyabrından Kürdəxanı təcridxanasındadır. Bu hadisə azmış kimi, ədalətsiz yanaşma bizim ailələrimizə ağır zərbə vurub. Ümidim Şirvanda keçiriləcək apellyasiya məhkəməsinə qalıb, heç olmasa, Mirabbasa 5 il şərti həbs cəzası verə bilərlər. Əslində, o azad olunmalıdır, çünki əsl təqsirli şəxslər rahat-arxayın gəzirlər. Amma ədalətin bu qədər qələbə çalacağına inamım itib. Ən azından, həbs cəzasının şərti cəza ilə əvəz olunması üçün dua edirik”.
Gülağa Hüseynov bildirib ki, oğlu Həsənin ölümündə Mirabbası təqsirli bilmir: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Mehdixan Abdullayev nə mənim, nə də şahidlərin ifadəsinə düzgün qiymət vermədi. Rəhmətzadə Əkbər və Nurəlizadə Vüsalın ifadələrinə əhəmiyyət verilmədi. Onlar şahid kimi yox, zərərçəkmiş kimi məhkəməyə cəlb olundular. Hətta zərərçəkmiş kimi belə, mən və həmin şəxslər bildirdik ki, Mirabbasa qarşı tələbimiz və şikayətimiz yoxdur. “Niva”nın sürücüsü Kamran Əkbərli hadisənin bilavasitə iştirakçısı və səbəbkarı olduğu halda, onu şahid qismində dindirdilər”.
Həmin hadisə vaxtı avtomobildə olmuş Əkbər Rəhmətzadə Qafqaznews.az-a bildirib ki, məhkəmənin hökmündən və onun ifadəsinin qərar verilən zaman nəzərə alınmamasından narazıdır.
“Mirabbasın heç bir günahı yoxdur”, – deyə Ə.Rəhmətzadə vurğulayıb.
Vəkil Rövşən Qasımlı bildirib ki, məhkəmə hökmü barədə bütün narazılıqlarını apellyasiya şikayətində bildirib: “Hökmün ədalətsiz olduğunu düşünürük. Hazırda aprelin 19-da keçiriləcək apellyasiya məhkəməsinin ilk iclasını gözləyirik”.
Məsələ ilə bağlı əlavə fikir və mövqeyi dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43 |
|
|
|
• Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38 |
|
|
|
• Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36 |
|
|
|
• Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33 |
|
|
|
• Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28 |
|
|
|
• Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26 |
|
|
|
• Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21 |
|
|
|
• Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19 |
|
|
|
• Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12 |
|
|
|
• Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10 |
|
|
|
• Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05 |
|
|
|
• Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49 |
|
|
|
• Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40 |
|
|
|
• İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36 |
|
|
|
• Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33 |
|
|
|
• Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30 |
|
|
|
• Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28 |
|
|
|
• Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50 |
|
|
|
• Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45 |
|
|
|
• “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38 |
|
|
|
• "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35 |
|
|
|
• "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26 |
|
|
|
• Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18 |
|
|
|
• Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13 |
|
|
|
• Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09 |
|
|
|
• İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05 |
|
|
|
• İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02 |
|
|
|
• Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59 |
|
|
|
• “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54 |
|
|
|
• Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50 |
|
|
|
• Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41 |
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Dünən, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14 |
|
|
|
|