Mirdamət Sadıqov İsmayıllı camaatını yormağı bacardı... - Hər kəs təngə gəlib...
Tarix: 13-04-2016, 08:39 | Çap et
 İsmayıllı rayon sakinləri bu gün sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir, bir sıra yerli məmurların kobud rəftarı, qanundankənar hərəkətləri ilə üz-üzə qalır. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhalinin dərd-səri, qayğıları ilə maraqlanmaq, mövcud problemlərin həllinə çalışmaq əvəzinə müxtəlif yollarla şəxsi maraqlarını təmin etmək, yaxınlarının nəzarətində olan biznes şəbəkəsini daha da genişləndirmək üçün çaba sərf edir. Elə buna görə də ismayıllılar icra başçısı kimi onun fəaliyyətini tənqidlə qarşılayır, Mirdaməd Sadıqovun bu vəzifədən kənarlaşdırılacağı günü səbirsizliklə gözləyirlər. Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən indiyədək rayonda elə də ciddi dəyişikliklərin olmadığını, əhalini narahat edən problemlərin gün keçdikcə daha da artdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgiyə görə, Mirdaməd Sadıqov rayonun tikinti sektorunu da tam nəzarətində saxlayır: В«Deyilənlərə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən В«İsmayıllı Tikinti-27В» ASC udur. Bu şirkətin tenderlərin qalibi elan olunması təbii ki, icra başçısı ilə ASC-nin rəhbərliyi arasında öncədən baş tutan razılaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Onu da nəzərinizə çatdırım ki, В«İsmayıllı Tikinti-27В» ASC bir çox dövlət layihəsinin icraçısı olub və bu zaman külli miqdarda vəsaitin В«xərclənməsindəВ» yaxından iştirak edibВ». Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Mirdaməd Sadıqovun 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışdığını, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edildiyini, 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində işlədiyini, 2013-cü ildən isə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə adıçəkilən rayonun mərkəzində istifadəyə verilən parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə başqa tikinti materiallarından istifadə olunub: В«Deyilənlərə görə, həmin parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulub. Sözsüz, bu zaman bir xeyli vəsait icra başçısının büdcəsinə istiqamətlənib. Yeri gəlmişkən, qeyd edim ki, Mirdaməd Sadıqov iş otağında istifadə olunan mebelləri tez-tez dəyişdirməklə ad çıxarmış icra başçılarındandır. İdda olunur ki, icra başçısı köhnə mebelləri tenderlərə satış üçün saldırır və onları müvafiq sənədlərdə yeni adı altında rəsmiləşdirir. Təbii, bu yolla da xeyli vəsait silinir. Görünən odur ki, icra başçısı məhz bu cür üsullarla gəlirlərini artırır, biznes şəbəkəsini genişləndirirВ». Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, hazırda İsmayıllı rayon təhsil sisteminin də vəziyyəti arzuolunan səviyyədə deyil. Məhz elə bu səbəbdən də ötən il İsmayıllı rayonunun bəzi kəndlərindən ali məkəblərə qəbul üçün sənəd verənlərin bir nəfərinin belə, uğur qazanmadığını deyən məlumatlı şəxs həmin kəndlərin əksəriyyətində məktəblərin qəzalı vəziyyətdə olduğunu, əksəriyyətinin təmir olunmadığını bildirir: В«Düzdür, Mirdaməd Sadıqov icra başçısı təyin olunduqdan sonra İsmayıllıda bir sıra işlər görüldü. Lakin görülən işlərin bir çoxu keyfiyyətsiz olduğundan bu gün faktiki olaraq rayoeda əsaslı təmir qurulucuş işlərinə böyük ehtiyac var. Ancaq bu, Mirdaməd Sadıqovun bacaracağı, öhdəsindən gələ biləcəyi məsələ deyil. Qeyd edim ki, hazırda İsmayıllıda yalnız mərkəzi küçə və prospektlər təmir olunub. Qalan ərazilər, əsasən də kənd yolları isə icra başçısının heç yadına da düşmür. Elə bu səbəbdən də əhali artıq onun və komandasının əlindən təngə gəlib. Görünən odur ki, İsmayıllı sakinləri Mirdaməd Sadıqovun rayondan gedəcəyi günü toy-bayram kimi qeyd edəcəklərВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. gundelik-baku.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Dünən, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Dünən, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Dünən, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Dünən, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Dünən, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Dünən, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Dünən, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Dünən, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Dünən, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Dünən, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Dünən, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Dünən, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Dünən, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Dünən, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Dünən, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Dünən, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Dünən, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Dünən, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Dünən, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Dünən, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Dünən, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Dünən, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Dünən, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Dünən, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Dünən, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Dünən, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Dünən, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Dünən, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Dünən, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Dünən, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Dünən, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Dünən, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Dünən, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Dünən, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Dünən, 11:51 |
|
|
|
|