Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır valisi Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, vali Ermənistanla sərhəddə təhlükəsizlik tədbirlərinin necə həyata keçirildiyi ilə yerində tanış olub.