Lerikə ayrılan büdcə pullarını necə xırıd edirlər... - Deputatın da adı çəkilir...
Tarix: 7-04-2016, 08:32 | Çap et
 Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin işində müşahidə olunan müxtəlif qanun pozuntularından bəhs olunur. Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Bir tərəfdən, bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr rayonun Maliyyə İdarəsinin rəisi Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Həmçinin açıqlamalarada belə maxinasiyalar üçün Elman Abbasovun daha çox üz tutduğu şirkətlərdən biri kimi “DİCO” MMC-nin adı çəkilir. Qeyd etmək lazımdır ki, daxil olan məlumatlarda E.Abbasovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi məmurlarla da əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, Lerik rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həm də məlumatlarda vurğulanır ki, Elman Abbasovun bəzi dövlət müəssisə rəhbərlərilə əlbir törətdiyi bu maxinasiyaların reallaşdırılması da əksər hallarda məhz “DİCO” MMC şirkəti vasitəsilə həyata keçirilir. Maraqlıdır ki, mənbələrin iddiasına görə bu şirkətin yeganə əməkdaşı elə MMC-nin direktoru Fəxrəddin Əliyev özüdür. Buna baxmayaraq Lerik rayonunda elan olunan tender və kotirovka sorğularını daha çox “udan” şirkət də məhz “DİCO” MMC-dir. Yəqin ki, bu şirkətin bizə məlum olmayan bir çox məziyyətlərindən maliyyə rəisi Elman Abbasovun xəbəri var. Axı təkliflərin qiymətləndirilməsində üstünlük verilən meyarlar sırasında aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə kimi kriterilərlə yanaşı, iddiaçı şirkətin maliyyə imkanları da nəzərə alınır. Bundan isə, maliyyə rəisinin mütləq xəbəri olmalıdır. Həm də iddiaçıların tenderdə iştirak etmək üçün təqdim etməli olduğu sənədlər sırasında son bir ildəki fəaliyyəti haqqında təsdiqlənmiş maliyyə hesabatının surəti də və bu barədə bank arayışı da olmalıdır. Həm də bu bir nəfərdən ibarət şirkət olduqca müxtəlif sahələrdə “səmərəli” fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, bir müdət əvvəl bu şirkətin hesabına Nüvədi kəndindəki uşaq bağçası üçün ərzaq məhsulunun alınmasına 10 min manat, Osyodərə kənd icra nümayəndəliyinə dəftərxana ləvazimatları alınması üçün 5 min manat, rayonda aparılacaq abadlaşdırma işlərinə görə 9 min manat köçürülüb. Bu siyahını hələ çox uzatmaq olar. Lakin bunsuz da məlumdur ki, bütün bu işlərin bir nəfər tərəfindən həyata keçirilməsi absurd bir iddiadır. Lakin məlumatları bizimdovr.az-a təqdim edən mənbə Elman Abbasovun məhz müəyyən şirkətlərlə iş görməsinin əsil səbəbləri barədə də bəzi açıqlamalar verir. Bu xüsusda aldığımız açıqlamada bildirilir ki, Lerik rayonu Maliyyə İdarəsi rəhbərinin iş birliyinə girdiyi bu saxta şirkətlər əslində eyni bir adama məxsusdur. Mənbə iddia edir ki, hazırda Milli Məclisin deüputatı olan bu şəxs Lerikdə həyata keçirilən bütün maliyyə maxinasiyalarının arxasında durur.
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50 |
|
|
|
• Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45 |
|
|
|
• “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38 |
|
|
|
• "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35 |
|
|
|
• "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26 |
|
|
|
• Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18 |
|
|
|
• Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13 |
|
|
|
• Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09 |
|
|
|
• İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05 |
|
|
|
• İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02 |
|
|
|
• Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59 |
|
|
|
• “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54 |
|
|
|
• Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50 |
|
|
|
• Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41 |
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Dünən, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Dünən, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Dünən, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Dünən, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Dünən, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Dünən, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Dünən, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Dünən, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Dünən, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Dünən, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Dünən, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Dünən, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Dünən, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Dünən, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Dünən, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Dünən, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Dünən, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Dünən, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Dünən, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Dünən, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Dünən, 12:43 |
|
|
|
|