Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                 

Fars-molla rejiminin Güney Azərbaycanla bağlı çirkin planı - Bizi necə zəif düşürmək istəyirlər...
Tarix: 24-03-2016, 09:44 | Çap et
Fars-molla rejiminin Güney Azərbaycanla bağlı çirkin planı
“Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz”

“İranın hədəfi kürdlərə kömək etmək yox, kürd-türk qarşıdurması yaradıb bundan öz mənafeləri üçün istifadə etməkdir”


Fars-molla rejiminin Güney Azərbaycanla bağlı çirkin planı

DİA.AZ: - Güney Azərbaycan milli hərəkatının liderlərindən biri, ABŞ-dan yayımlanan GunAzTV-nin sahibi Əhməd Obalı ilə söhbətləşdik. DİA.AZ tanınmış jurnalist Azər Sarıyevin saytımız üçün götürdüyü həmin müsahibəni təqdim edir:

- İrandakı son seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?
- İranda iki önəmli seçki keçirildi: Ali qanunverici orqan olanMəclisəvə rəhbərliyi təyin edən Məclise Xobreqana, yaxud ekspertlər məclisinə seçkilər keçirildi. Hər iki seçkilərdə seçiləcək üzvlər əvvəlcədən təyin olunur və ona görə dətəbii ki, əsla və əsla demokratik və ədalətli seçkilər kimi qiymətləndirmək olmaz. Amma hər halda millətin önünə qoyulmuş təyinatlardan seçilmiş adamların siyahısına baxanda görürük ki, nəticələr mühafizəkarlar və inqilab keşikçiləri korpusunun istəklərinin əleyhinə olub. İranla Qərbin yaxınlaşmasına meyl göstərən insanlara daha çox səs verildi, nəninki İranla Qərbin daimi düşmənçiliyini istəyənlərə.
Əlbəttə ki, mühafizəkarlar bu seçkidə uduzdu, həm də çox böyük fərqlə uduzdu. Diqqət etsəniz, Tehranda mühafizəkarların siyahısının başında gələn Qulaməli Həddad Adil belə uduzdu. Tehran və ətrafından məclisə 30 nəfərin seçilməsi nəzərdə tutulur ki, bu yerlərə islahatçılar, yaxud da ortaq xətt tutan qrupun-hansı ki, Ruhaniyə və Rəfsancaniyə dəstək verirdilər-tərtib etdiyi siyahıdakı 30 namizədin hamısı istisnasız olaraq seçildi.Bunların içində yeddi-səkkizi tanınmış simalar idi. Yerdə qalanlar isə tanınmış deyildilər. Hətta bəzilərinin adı heç eşidilməmişdi. Ancaq adları islahatçıların siyahısında olduğu üçün onlara səs verdilər. Tehranla o biri şəhərlərin fərqinə baxanda görürük ki, Tehranda islahatçıların səs alması siyasi cəhətdən böyük mesaj idi. Tehranın başqa şəhərlərlə fərqi ondadır ki, digər şəhərlərdə namizdələr iqtisadi məzmunlu vədlər verirlərsə, Tehranda daha çox siyasi xarakterli proqramlarla seçkiyə gedilir, məsələn, nisbi də olsa, müəyyən azadlıqlarla bağlı danışılır. Odur ki, islahatçıların həm Milli Məclisdə, həm Eksperlər Məclisinə seçkilərdə böyük qələbə qazanması mühafizəkarlara ağır zərbə oldu. Məncə bir məsələyə diqqət etmək lazımdır ki, mühafizəkarlıq, Qərblə düşmənçilik siyasəti uduzdu. Hətta islahatçıların siyahısında bəzi mühafizəkar baxışlı namizədlər də var idi və bunu seçicilər də bilirdi. Amma onlara səs verdilər, çünki islahatçıların siyahısında idilər. Beləliklə, görürük ki, başda Xamneyi olmaqla mühafizəkarlar millət arasında öz legitimliyini itirməkdədirlər. Millət onları rədd etdi.

- Sizcə sözügedən seçkilərin nəticələrinin Azərbaycan türklərinin Güneydəki milli hərəkatına hansı təsirləri olacaqdır?
- Keçmişdəki məclis seçkilərindən fərqli olaraq belə qərara gəldik ki, bu seçkilərdə millət aktiv olsun. Çünki meydanı boş qoyanda bundan başqaları istifadə edirlər. Milli fəallarımız da, biz də televizyon olaraq bu qərara gəldik ki, millət meydanda olsun. Nəticədə gördük ki, namizədlərin bir çoxu milli məsələni gündəmə çıxardılar. Təbrizin, Urmiyənin,Ərdəbilin, Muğanın və bir çox şəhərlərin namizədləri, birinci mərhələdə seçilən nümayəndələri Ana Yasanın 15-ci maddəsinin tələbini, yəni türk dilində təhsil hüququnun həyata keçirilməsinin vacibliyini qaldırdılar. Bu baxımdan mədəni fəaliyyətimizin gedişatında sözügedən mərhələdən istifadə etməyimiz çox yaxşı oldu və düşünürəm ki, seçkilərin ikinci mərhələsində də həmin taktikadan istifadə olunmalıdır. Bu ancaq hərəkatımızın xeyrinədir. Bizim bu taktikamız rejimin maraqlarına ziddir. Rejim istəyərdi ki, biz passiv olaq, ancaq biz onu etmədik.

- “İslahat”, yaxud orta xətt tərəfdarlarının məclisdə təmsilçiliyi hərəkat üçün nə vəd edir?
- Biz mühafizəkarlara, islahatçılara və ya İranın içində olan hər hansı bir qola ümid bağlayıb evdə oturacağıqsa, səhv edirik. Ümidimiz öz fəaliyyətimizə olmalıdır. Tələblərimizi millətin elitasına, nümayəndələrinə çatdırmalıyıq. Rejim bizim passivliyimizi istəyir, ancaq biz aktiv olmalıyıq. Necə? Yaradılan istənilən şəraitdən istifadə etməklə. Necə ki, “Traktor” timinin oyunlarında milli şüarlar səsləndirirlər. Məclisə seçkilər də bir şəraitdir və biz bundan da yararlanmalıyıq. Əgər etməsək, bir də qalacaq dörd ildən sonraya. Qaldıqca da geri gedirik.

- İranın Qərblə münasibətlərinin nisbi normallaşması fonunda Azərbaycan türklərinin Güneydəki milli hərəkatının zəifləyəcəyi ilə bağlı bədbin proqnozlar səsləndirilir. Sizcə, bu yaxınlaşma İrandakı Azərbaycan türklərinə nə vəd edir?
- İran kimi teokratik, qeyri-demokratik dövlətlərin dünya ilə problemi olanda, bu vəziyyət həmin ölkənin ərazisində haqları tapdanan azlıqlara, müxaliflərə uyğun görünür. Bu baxımdan İran da istisna deyil. İran rejiminin Qərblə ixtilafları, problemləri olarsa, onun müxalifləri də bu şəraitdən istifadə edə bilərlər, öz səslərini dünyaya duyura bilərlər.Azərbaycanlıların isə vəziyyəti fərqlidir. Mübarizə tariximiz göstərir ki, biz heç zaman İranla Qərb arasında olan ən ağır böhrandan belə düzgün istifadə edə bilməmişik. Sözümüzü lazımi qədər eşitdirə bilməmişik və lazımi şəkildə təşkilatlanaraq özümüzü təsdiqləməmişik. Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz. Daha çox işlər görə, ciddi nəticələr əldə edə bilərdik. Madam ki, özümüz şərait yarada bilməmişik, yaranmış şəraitlərdən, fürsətlərdən faydalanmalıyıq. Əgər böhrandırsa, böhrandan, münasibətlər yaxşıdırsa, bu vəziyyətdən istifadə etməliyik. İndi münasibətlər normallaşır. Şəxsən bu fikirdəyəmki, hazırki yaxınlaşma bir fürsətdir. Əvvəllər də müəyyən şərtlər var idi, lakin İndi daha yaxşı şərait yaranıb. Əgər enerjimizi toplaya, birləşə bilsək, daha çox işlər görə bilərik. Hazırda bizim mübarizəmiz üçün daha əlverişli şərait mövcuddur. İranla Qərbin arasında buzların əriməsi İranı məcbur edir ki, cəmiyyətə müəyyən azadlıqlar versin. Bizim mübarizəmiz kürdlərdən fərqli olaraq silahlı deyil, sivil, mədəni mübarizədir. Bu cür mübarizə taktikası üçün cəmiyyətdə müəyyən azadlıqların olması vacibdir. Bu baxımdan düşünürəm ki, hazırki durum bizim taktikamıza uyğundur.

- Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin İran səfərini necə qiymətləndirirsiniz?
- Azərbaycan bizim öz ölkəmiz, öz dövlətimiz olduğuna görə Azərbaycan Cümhuriyyətinin xarici ölkələrlə, o cümlədən, qonşuları ilə münasibətlərin yaxşılaşmasını təqdir edirik və dövlətimizin milli mənafelərinə uyğun hesab edirik. Bu, dolayısı ilə bizim də xeyrimizədir. Xüsusən də İranın Qərblə münasibətlərinin normallaşmasından sonra edilən bu səfəri xeyirli hesab edirik. Səfərin nəticələrini müsbət qiymətləndiririk.

- Hazırda İran dövlətinin ərazisində kürdlərin türklər yaşayan ərazilərdə məskunlaşdırılması siyasəti yürüdülür, daha doğrusu davam etdirilir. Halbuki kürdlərin regiondakı mövcud mövqeyi İİR hakimiyyəti üçün ciddi təhlükə vəd edir. İranın bu siyasətini necə şərh edərdiniz?
- Bu məsələnin tarixi kökləri, səbəbləri var. İran islamdan sonra təxminən 1000 ildən artıq bir dövrdə Azərbaycan türklərinin idarəçiliyində olub. Sarayda türk Qacar əyanlarının tabeçiliyində xidmət edənməmurlarının bir çoxu farslar idi. Fars milliyyətçiliyi heç zaman bununla barışmayıb. Azərbaycan türklərinə qarşı düşmənçilik davam edib. 1905-11-ci il Məşrutə inqilabı Qacarlar sülaləsinin süqutunu sürətləndirdi və diktatorun hakimiyyəti ələ keçirməsinə səbəb oldu. Təəssüf hissi ilə qeyd edim ki, Səttərxanın qəhrəmanlığına baxmayaraq, onun rəhbərliyi ilə başlayan inqilab Azərbaycan-türk sülaləsinin süqutuna, Azərbaycan türklərinə nifrət bəsləyən Pəhləvi sülaləsinin taxta çıxmasına səbəb oldu. Mən bu hadisəni tariximizin qara səhifələrindən hesab edirəm. Ona görə ki, öz əlimizlə özümüzə zərbə vurub diktatorun hakimiyyətə gəlməsinə kömək etmişik. Pəhləvilərin hakimiyyəti dövründə fars şovinzmi siyasəti həyata keçirildi, Azərbaycan türkləri ən amansız təzyiqlərə məruz qaldılar. Səbəb həm tarixi türk düşmənçiliyi, həm də azərbaycanlıların gücündən qorxu idi. Azərbaycnlıların Təbrizi uzun müddət əllərində saxlayıb Qacar qoşunlarını darmadağın etmələri bu qorxunu daha da artırmışdı. Azərbaycan türklərini Pəhləvilərqarşıda ciddi təhlükə hesab edirdilər. Ona görə hakimiyyətə gələn kimi cənubda ərəblərə, şimal-qərbdə Azərbaycan türklərinə qarşı fiziki və mədəni təzyiqlərə başladılar. Azərbaycan türkləri ən ağıq fiziki, sosial-iqtisadi məhrumiyyətlərlə qarşılaşdılar. Firdovsinin “Şahnamə”sindəki antitürk ruhu Pəhləvilərin etnik, mədəni siyasətində aparıcı xətt təşkil etdi və İslam inqilabından sonra da islam adı altında davam etdirildi.Azərbaycan türklərinə qarşı mübarizədə kürdlərdən də istifadə edirdilər. Əslində kürdlərdən o qədər də razı deyillər. Məqsəd dil və kök yaxınlığını ortaya atıb bizim əleyhimizə qaldırmaq üçün onlardan sui-istifadə etməkdir. Təəssüf ki, kürdlər də özləri bilmədən panfarsist siyasətə xidmət ediblər. Görürük ki, kürdlərin Urmiyə ətrafına yerləşdirilməsi dörd mərhələdə, ayrı-ayrı vaxtlarda həyata keçirilib. Əvvəlcə, 1918-ci il Güneydəki erməni soyqırımları zamanı Urmiyə ətrafında zorla boşaldılan Azərbaycan kəndlərinə kürdləri yerləşdirdilər. Sonra Rza şahın və daha sonra oğlu Məhəmməd Rza şahın zamanında kürd aşirətləri həmin bölgəyə yerləşdirildilər. Nəhayət, İran-İraq müharibəsi zamanı Xomeyninin göstərişi ilə həmin siyasət davam etdirilib. Bu siyasət hazırda da davam edir. Məqsəd bölgədə etnik balansı dəyişmək, türk amilini zəiflətmək və beləliklə, Türkiyə ilə Azərbaycan arasında kürd zolağı yaratmaqla türkləri bir-birindən ayırmaqdır. Farslarla dil yaxınlığını əsas gətirərək guya kürdlərə kömək edirlər. Hədəfləri kürdlərə kömək etmək yox, kürd-türk qarşıdurması yaradıb bundan öz mənafeləri üçün istifadə etməkdir. Qəti əmin edirəm ki, kürdlər bu siyasətə uymasalar, İran hakimiyyətinin bizə qarşı münasibəti necədirsə, onlara qarşı da eyni olacaqdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru