VƏTƏNDAŞIN 70 MİN MANATINI NECƏ BATIRDILAR?
Tarix: 23-08-2012, 16:16 | Çap et
ETİBARNAMƏLƏRƏ DƏ ETİBAR YOX İMİŞ
В«70 min pul verib ev alasan, axırda В«bomjВ»ların palatkasına sığınasanВ».
Bakı sakini Şərqiyyə Mansurova В«Qaynar xəttВ»ə şikayət edib. Deyir, 3 il əvvəl В«NeftçilərВ» metrosu yaxınlığındakı ev bazarında ev dəllallığı ilə məşğul olan Seyran Canbaxışovun vasitəçiliyi ilə Firdovsi Qayıbov adlı şəxsdən 3 otaqlı ev alıb. Ancaq evi etibarnamə əsasında alması indi onu dul qızı və nəvələri ilə küçələrdə qoyub.
В«MƏHKƏMƏ DƏ KÖMƏYİM OLMADIВ»
В«Evimi 65 min manata satdım ki, bir az geniş ev alım, əri vəfat etmiş və iki uşağı ilə tək qalmış qızımla birlikdə yaşayım. Bazarın üstündə mənə 70 min manata 3 otaqlı ev tapdı. 5 min də borca-xərcə tapıb evi aldım. Evin sahibi dedi ki, çıxarışda bir az problem var, gəl əvvəl sənə evi etibarnamə ilə verim, sənədin problemini həll edəndən sonra adına keçirək. Düşündüm ki, daş binada, münasib mərtəbədə 3 otaqlı evi əldən verməmək üçün müvəqqəti çətinliyə dözərəm və razılaşdım. Notariusdan mənə etibarnamə verdi. 1 il evdə yaşayandan sonra xəbər tutdum ki, etibarnaməni ləğv etdirib. Məhkəmə də köməyim olmadıВ».
Şərqiyyə Mansurova deyir ki, Nizami rayon Məhkəməsi Firdovsi Qayıbovun iddiası əsasında onu və ailəsini evdən çıxardıb:
В«Bir də gördük ki, Nizami rayon Məhkəməsindən bildiriş gəlib ki, evin sahibi mənim evdən çıxarılmağım barədə iddia qaldırıb. Məhkəmə icraçıları gəldilər, bir saatın içərisində avadanlıqlarımızı tökdülər küçəyə. Küçədən də kim, hara daşıdı, apardı, xəbərimiz olmadıВ».
В«3 GÜN В«BOMJВ»LARIN PALATKASINDA QALDIQВ»
Şərqiyyə Mansurova indi qızı və iki nəvəsi ilə küçələrdə qalıb:
В«Nə özüm işləyirəm, nə də qızım. Kirayə pulu da verə bilmirik. Ona görə də heç yerdə bir aydan artıq qala bilmirik. 1 ildir ki, küçələrdəyik. Qışda 3 gün В«bomjВ»lar üçün qurulmuş В«palatkaВ»da qaldıq, onların yeməyindən yedik. Ancaq o barədə düşünürdüm ki, 70 min pul verib ev alasan, axırda В«bomjВ»ların palatkasına sığınasan. Nəvələrimin biri 4, o biri 5-ci sinfə getməlidir. Konkret yaşayış yerimiz olmadığı üçün o uşaqları da məktəbə qoya bilmirik. Hər gün özümü öldürmək barədə düşünürəm, ancaq yenə də bu azyaşlı uşaqlara görə fikrimdən daşınıram. Axırımız necə olacaq, bilmirəmВ».
Firdovsi Qayıbov isə В«Qaynar xəttВ»ə bildirib ki, Şərqiyyə Mansurovaya evi ona görə etibarnamə əsasında verib ki, qadın ona evə görə pul verməyib:
В«PUL VERMƏDİ, MƏN DƏ EVDƏN ÇIXARTDIMВ»
В«Gördüm küçədə qalıb, özündən çox uşaqlara yazığım gəldi, özüm Rusiyada yaşayıb işləyirəm, düşündüm boş evdir, savabdır, verdim qaldılar. Dedi ki, Naxçıvanda ev-eşikləri var, gedib satıb gətirib mənə pul verəcək, evi alacaq. Mən də ona yalnız etibarnamə verdim, razılaşdıq ki, alqı-satqı olandan sonra evi adına keçirəcəm. Evi almadı, mən də Rusiyadan qayıdanda etibarnaməni ləğv etdirdimВ».
Şərqiyyə Mansurova deyir ki, aralarında rəsmi alqı-satqı olmayıb, pulu Firdovsi Qayıbova maklerin yanında nağd şəkildə verib.
Vəkil Şəfa Camalzadə hesab edir ki, ev asqı-satqısında aldanmanın əsas səbəbi tərəflərin hüquqları haqda məlumatsızlığından irəli gəlir.
В«Adamlar hesab edirlər ki, baş etibarnamə əsasında əmlakın ötürülməsi alqı-satqı kimi qiymətləndirilə bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış müqavilə əsasında mümkündür. Onun etibarnamə əsasında ötürülməsi alqı-satqı müqaviləsi hesab oluna bilməz. Ola bilsin ki, həmin mənzilin sənədləri qaydasında olmayıb, ona görə də notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması da mümkün olmayıb. Çünki mənzilə dair qeydiyyat şəhadətnaməsi yoxdursa, təbii ki, notarius həmin mənzilin alqı-satqısı ilə bağlı müqaviləni təsdiq edə bilməz, Etibarnamə verən şəxs onu istənilən anda ləğv etmək hüququna malikdirВ». \ Azadlıq Radiosu \


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11 |
|
|
|
|