“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                 

FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR
Tarix: 12-08-2012, 11:24 | Çap et
FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR

NAZİRLİYİN 11 SAYLI ƏRAZİ VERGİLƏR İDARƏSİ SAHIBKARLARA QAN UDDURUR

DİA.AZ: - Şəki şəhəri, F.Xoyski küçəsi ev 2 ünvanda yaşayan Həmidov Vüqar Telman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubdan anlaşılanı odur ki, narazı Şəki sakini 11 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyevin, sözügedən idarənin əməkdaşı Səfər Qafarovun və digər əməkdaşlarının özbaşınalğı barədədir. Vüqar Həmidov bildirir ki, adını çəkdiyi şəxslər qanun və prezident fərmanlarına hörmətsizlik etməklə yanaşı talançı qrup şəklində regionda fəaliyyətdədirlər ki, bu da nəticədə “Quba hadisələri”nin Şəkidə təkrarlanma ehtimalını artırır.

DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: “Bildirirəm ki, mənə 11 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra 11 saylı ƏVİ) tərəfindən, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə mənə məxsus əmlakı - “Opel” markalı nəqliyyat vasitəsini siyahıya almaq niyyətində olduğunu bildirən 13.07.2012-ci il tarixli məktub göndərilib. Halbuki, artıq vergi borcuna görə mənə məxsus əmlak siyahıya alınmış və həmin əmlakın hərracdan satılmasına dair məhkəmədə iddia qaldırılmışdı. ƏVİ-nin məktubuna cavab olaraq mən, ərizə ilə 11 saylı ƏVİ-yə müraciət etdim.

Mən, 11 saylı ƏVİ-nin bu hərəkətlərini qanunsuz, özbaşınalıq hesab edirəm.

Bildirirəm ki, 11 saylı ƏVİ-nin hərəkətləri təqibdir, mənim tərəfimdən 11 saylı ƏVİ-nin əməkdaşlarının özbaşınalığından, qanunsuz hərəkətlərindən (iş şərikimin vergi orqanında qeydiyyatdan çıxarılmasına, adına olan NKA-nın qeydiyyatdan çıxarılmasına və mənim adıma NKA-nın qeydiyyata alınmasına maneələrin törədilməsinə dair verilmiş şikayətlərə görə tətbiq edilən “cəzadır”.

Halbuki, AR Konstitusiyasının 57-maddəsinə əsasən, vətəndaşlarının dövlət orqanlarına müraciətlər göndərmək və onların, onların vəzifəli şəxslərinin işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.

Təqibin əsasında aşağıda göstərilən hadisələr durur.

Mən sahibkarlıq fəaliyyətimi şərikim Teymurov Qorxmaz Bəylər oğlu ilə birgə həyata keçirirdim. Teymurov Qorxmaz fəliyyətinə xitam verilməsi, vergi orqanında qeydiyyatdan çıxmaq və NKA nın qeydiyyatdan çıxarılması məqsədi ilə 11 saylı ƏVİ-yə müraciət edib. 11 saylı ƏVİ-i Teymurov Qorxmazı aylarla süründürmüş və maneələr yaratmışdı. Səbəbi hər bir sahibkara aydındır. Səməd Vəliyev və Səfər Qaffarov qanunsuz gəlir mənbəsini itirmək istəmirdi. Şərikim Teymurov Qorxmaz qeydiyyatdan çıxdıqdan sonra mən qeydiyyata düşmək üçün 11 saylı ƏVİ-yə müraciət etdim. Səməd Vəliyev və Səfər Qaffarov mənə əvvəlki qaydada, yəni qanunsuz əlavə ödənişlər etmək şərti ilə işləməyi təklif etdilər. Mən etirazımı bildirdim.

Bundan sonra 11 saylı ƏVİ-nin bizə qarşı təqibi başladı. 11 saylı ƏVİ-nin əməkdaşlarının vizitləri, yoxlamaları, hərəkətləri telekanalların “xəbərlər” proqramlarının başlığında deyilən “ermənilərin Azərbaycana təcavüzü davam edir” sözlərini xatırladırdı.
Vergi işçilərinin kassa aparatı alveri

İşlədiyim mağazaya NKA qoymaq üçün NKA -nın qeydiyyata alınması məqsədi ilə 11 saylı ƏVİ-ə müraciət etdim. Başladılar məni süründürməyə. Bütün (dəfələrlə etdiyim) müraciətlərim nəticəsiz qalırdı. Çoxlu saylı müraciətlərimdən sonra problem guya həll olundu. NKA -nın qeydiyyata alınması ilə bağlı sənədləri 11 saylı ƏVİ-nin Şəkidə yerləşən terminalına təqdim etdim .19-01-2012 tarixdən başladım fəaliyyətə.Kassa nəticələrinə uyqun verci ödədim. Fevral ayının əvvəllərində 11 saylı ƏVİ-dən Telman Mustafayev mənə zəng vurub nə əsasla vergi ödədiyimi soruşdu, mən də kassaya əsasən vergi ödədiyimi söylədim. Sonradan həmin şəxs mənə zəng vurub dedi ki, mənim adıma NKA yoxdur. 21-02-2012 tarixdə 11 saylı ƏVİ-nın əməkdaşları bildirdilər ki, heç bir NKA sizin adınıza qeydiyyata alınmayıb və məsuliyyətə cəlb edərək cərimələdilər.NKA MERKURİ tipli olduğu üçün qeydiyyatdan keçirmədilər və bildirdilər ki, Orion tipli NKA almaq lazımdır. Bu onunla izah olunurdu ki, Orion tipli kassa apparatlarının satışında 11 saylı ƏVİ-nın əməkdaşlarının maddi maraqları var idi. Sonunda əlimizdəki NKA-nı alıb bir gün sonra yeni NKA verdilər. BƏHANƏ də o oldu ki, guya eyni nömrəli NKA Respublikada iki ədəd imiş.

Bundan sonra da təqibi davam etdirdilər və bu zamanadək əməllərindən əl çəkməyiblər.

Əlavə olaraq bildiririk ki, AR Vergilər Nazirliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələblərini pozaraq hər dəfə onlara ünvanladığımız şikayətləri baxılması üçün qanuna zidd hərəkətlərindən şikayət etdiyim orqana - 11 saylı ƏVİ-yə göndərirdi.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci maddəsinə əsasən, vətəndaşların şikayətlərini baxılmaq üçün, qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Bu baxımdan Vergilər Nazirliyinin hərəkətləri qanunsuzdur”.

Şəkili sahibkar geridə qalmağımızı necə izah edir?

Daha sonra Vüqar Həmidov eyni zamanda bir sıra dövlət qurumlarına ünvanladığı şikayət məktubunda davam edir: “Yaxşı olardı ki, 11 saylı ƏVİ-nin rəhbərliyi AR normativ-hüquqi aktların, o cümlədən “Vergi Nazirliyi haqqında Əsasnamə” nin 9.3 maddəsinin tələblərinə hörmətlə yanaşsın. Öz hərəkətləri ilə dövlətin adına xələl gətirməsin, sosial gərginlik yaratmasın, dövlətə qarşı nifrət hissi oyatmasın, dünya ictimayətində Azərbaycan dövlətinin avtoritar, qeyri-demokratik olması barədə fikir yaratmasın, “Quba hadisələri” kimi vəziyyətin yaradılmasına vətəndaşları sövq etməsinlər.

FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR

Bir çox vətəndaşlar vətəndaşlıqdan imtina edirlər. Vətəndaşları bu hərəkətləri etməyə məcbur edən Səməd Vəliyev və Səfər Qafarov kimilərinin özbaşınalığıdır.

Səməd Vəliyev və Səfər Qafarov kimilərinin hərəkətləri nəticəsində müsəlman xalqlarını barbar, geridə qalmış, avtoritar, mədəniyyətsiz, öz xalqını tapdalayan insanlardan ibarət hesab edirlər. Nə qədər ki, onlar kimiləri var biz həmişə başqa xalqların məişətinə, inkişafına, həyat tərzinə qibtə edəgəyik.

Səməd Vəliyev və Səfər Qafarov kimiləri bilməlidirlər ki, onların aldıqları məvacib (o cümlədən “əlavələr”) vətəndaşların (o cümlədən mənim) ödədiyim vergi ödənişləridir. Onlara səlahiyyətləri və məvacibi verməyiblər ki, sahibkarların qanını içsinlər, vəzifədən özləri üçün istifadə etsinlər.

AR Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikasının məqsəd və funksiyalarının bir qismini həyata keçirən bir qurumdur. Və borcu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, Əsasnaməsinin 9.3. bəndində göstərilən vergi qanunvericiliyinə riayət olunmasını təmin etməkdir.

AR Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

11 saylı ƏVİ-nin vəzifəli şəxslərinin hərəkətləri AR Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanına da ziddir.

Belə ki, həmin Fərmanla, ölkədə sahibkarlığın inkişafına mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədi ilə Vergilər Nazirliyinə vergilərin ödənilməsində yol verilən nöqsanların aradan qaldırılması, vergi orqanları tərəfindən həyata keçirilən səyyar vergi yoxlamalarının sayını azaldılması və bir-birini təkrarlayan əsassız yoxlamaların qarşısını alınması, vergi ödəyicilərinə xidmət sahəsində süründürməçiliyin aradan qaldırılmasının təmin edilməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə vaxtında və obyektiv baxılmasını təmin edən müvafiq tədbirlər görülməsi, vergi orqanları tərəfindən təsərrüfat subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması hallarının qarşısının alınması, vergi nəzarəti işinin qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edilməsi, habelə əsassız vergi yoxlamalarının qarşısının alınması göstərişi verilib.

Habelə, AR Prezidentinin “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlarına əməl edilməsi kimi hüquqi zəminlər də 11 saylı ƏVİ üçün uzaqda olan qanunlardır.

11 saylı ƏVİ-nin əməkdaşları isə, fərmanlara hörmətsiz yanaşır, tələblərinə zidd gedir, hələ bu azmış kimi sahibkarlardan qanunverigilikdə nəzərdə tutulmamiş “vergi” alırlar.
Onların hərəkətlərini “quldurluq” və vətəndaşları talamaq kimi qiymətləndirilməlidir. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını gözləməyə və müdafiə etməyə borcludur”.

“Aydındır ki, 11-saylı ƏVİ məni təqib edir”

Vüqar Həmidov yenə də bildirir: “Biz hüquqi dövlətdə yaşayırıq. Bu baxımdan hüquqların müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə etmək, o gümlədən həm məhkəmə qaydasında, həm də inzibati qaydada müraciət etmək vətəndaşın hüququdur.

İlk növbədə, 11 saylı ƏVİ-i tərəfindən məndən alınan qeyri-qanuni, qeyri- rəsmi, qanunla qanunvericilikdə nəzərdə tutulmayan “vergilər”, “ödənişlərə” hüquqi qiymət verilməlidir. Tətbiq edən orqan kimi, bu “ödənişlər”in nüansları barədə Səməd Vəliyev və Səfər Qafarovun çox gözəl məlumatları var.

AR Konstitusiyasının 73-cü maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa ödənişləri odəməyə məcbur edilə bilməz.

Hesab edirəm ki, bu “ödənişlərə” və bank hesablarına AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər müvafiq orqanlar Cinayət Məcəlləsini və “Korrupsiyaya qarşı mübarizə haqqında” AR qanunun müvafiq müddaaları baxımından hüquqi qiymət verməlidirlər. Sözsüz ki, bu hallar barədə, AR Prezidenti, AR İnsan Hüquqları üzrə Müvəkkili məlumatlandırılmalıdır.

Yuxarıda göstərilənlərin nəzərə alınmasını vacib hesab edərək, xahiş edirəm ki, 11 saylı ƏVİ-i tərəfindən vergi ödəyicisinin hüquqlarının pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsində, 11 saylı ƏVİ-yə ünvanladığım ərizənin mahiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz, 11 saylı ƏVİ-nin qanunsuz hərəkətləri və özbaşınalığına hüquqi qiymət verəsiniz, habelə 11 saylı Ərazi Vergilər İdarəsinin sahibkarları təqib eütməsinə son qoyasınız”.

Onu da bildirək ki, bu şikayət məktubu Vergilər Naziri Fazil Məmmədovun əyalətdəki qoçularının fəaliyyətini əks etdirən faktlardan yalnız biridir və bu kimi hallar yetərincədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə yanaşı, bu məsələ ilə əlaqədar Vergilər Nazirliyinin də münasibətini öyrənməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Dünən, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Dünən, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru