Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                 

ƏDLİYYƏ В«MAFİYASIВ»NININ QURBANI DAD DEYİR
Tarix: 29-07-2012, 12:44 | Çap et
ƏDLİYYƏ В«MAFİYASIВ»NININ QURBANI DAD DEYİR

5 İL QANUNSUZ OLARAQ HƏBSDƏ SAXLANILAN VƏTƏNDAŞIN ŞOK HEKAYƏTİ

DİA.AZ: - Saxta hökm, saxta qərarla 14 saylı CÇM-də əsir saxlanılan Salmanov Eyyub Salman oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu daxil olub. Bildirək ki, məktub prezidet İlham Əliyevə ünvanlanıb və narazı vətəndaşın iddialarını olduğu kimi diqqətinizə çatdırırıq:

В«Hörmətli prezident! Yazıb Sizə məlum edirəm ki, mən 28.06.2006-cı il tarixdə Kiev-Bakı aviareysi ilə Bakıya gəldim. Məni orada tutdular ki, guya mən axtarışda olmuşam və məni oradan gətirdilər Qarabağ RPİ-nin baş müstəntiqi Arif Zahidovun yanına. Mən ondan soruşdum ki, bəs mənə sanksiyanı göstərin, nəyə görə mən həbs olunmuşam. O, isə əvəzində mənə protokola imza atmağı dedi və mənə nə sanksiya göstərdi nə də ki, məndən izahat aldı və saat təxminən 22:10-da məni göndərdi Yasamal İ.V.S-ə. Orada növbətçi zabit sənədlərə baxıb dedi ki, bu kişinin tutulmasına sanksiya yoxdur. Biz bunu qəbul edə bilmərik. Məni gətirənlər zabitə dedilər ki, qoy qalsın, səhər 9:00-a qədər biz sanksiya gətirəcəyik əgər gətirməsək, onda buraxarsız.

Hörmətli Prezident, indi Siz özünüz fikirləşin ki, hansı ölkədə, gecə saat 22:10-dan səhər 9:00-a kimi hansı məhkəmə və prokuror orqanı işləyir? Sonra məni göndərdilər 1 saylı Bayıl Təcridxanasına. Orada mən oktyabr ayına kimi qaldım. 11 oktyabr 2006-cı il tarixində məni Qaradağ rayon Məhkəməsinə apardılar. İşə sədrliyi Məhərrəmova Xuraman, katibliyi isə Samir Abdullayev edirdi. Məhkəmə istintaqı zamanı məni heç danışmağa da qoymadılar. Prokuror 5 il həbs cəzası istəyib, məhkəmə zalından çıxıb getdi. Hakim X.Məhərrəmova isə müşavirə otağına getməyi elan edib, zaldan çıxdı və bir daha məhkəmə zalına qayıtmadı. Nə hakim Məhərrəmova, nə də katib Abdullayev mənə hökm oxumadı. Mən isə təqribən 19:30-a kimi məhkəmə zalında qaldım.

Sonra isə konvoylar məni yenidən Bayıl təcridxanasına apardılar. Mən orada öyrəndim ki, guya Qaradağ rayon məhkəməsi mənə 5 il həbs cəzası verib. Mən oradan 3-cü korpus 85-ci kameradan 35 nəfər məhkum var idi. Kamerada kim ki, Apelyasiya məhkəməsinə ərizə yazmışdı. Hamısı çıxdı tək məndən başqa. Məni Apelyasiya məhkəməsinə aparmadılar? Və mən burada 12.02.2007-ci il tarixinədək qaldım, sonra məni bu tarixdə 14 saylı cəzaçəkmə müəssisəsinə etap göndərdilər. Mən Qaradağ rayon məhkəməsinin hökmün surəti ilə Bakı Apelyasiya məhkəməsinin qərarının surətini 14 saylı cəzaçəkmə müəssisəsinin qəbul bölməsinin rəisi ədliyyə mayoru Ələddin Hacıyevdən aldım.

Hörmətli prezident!

Sizdən xahiş edirəm, diqqətlə baxın, guya 12.12.2006-cı il tarixdə mənim apelyasiya şikayətimə baxılıb və 1-ci instansiya məhkəməsinin qərarı qalıb öz qüvvəsində. İşə sədrlik edib guya hakim Şahin Yusifov, amma qərarın sonunda imza atıb hakim Mübariz Zeynalov. Bu da bir saxtalıqdır?

Mən buradan başladım yazmağa bu ünvanlara: Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralov cənablarına, Milli Təhlükəsizlik nazirinə, Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə hüquq şurasının sədri F.Məmmədov cənabına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə, Azərbaycan Respublikası Prezident Admnistrasiyasının rəhbəri cənab R.Mehdiyevə…

Amma bu ərizələrdən bir xəbər gəlmədi. Mən ərizə verəndə В«zampalitВ» Ədliyyə mayoru idi. Natiq Hacıyevə, qəbul bölməsinin rəisi Ələddin Hacıyevə və müəssisənin rəisi Ədliyyə Polkovnik-leytenantı Ərşad Həsənova - Bu adamlar mənim şərəfimi təhqir edib və hətta məni öldürməklə hədələyiblər ki, get otur yerində sakit, bu ərizələri göndərsək, bizi həbs edəcəklər ki, niyə bu vaxta kimi yuxarılara xəbər verməmisiniz? Bu bir! İkinci saxta hökm və saxta qərarla niyə biz səni qəbul etmişik müəssisəyə, başa düşdün? Get otur yerində, səs salma, elə eləmə ki, səni öldürək!

Nəyahət 2008-ci ildə В«zampalitВ» Ədliyy mayoru idi. N.Hacıyev məni çağırdı yanına ki, bəs sənə Ali Məhkəmədən cavab gəlib, qol çək ki, tanış oldun. Ali Məhkəmə guya 1-ci və 2-ci İnstansiya məhkəmələrinin saxta hökm və qərarları öz qüvvəsində saxlayıb. Mənə 2008-ci il tarixdə В«zampalitВ» Ali Məhkəməyə yazmağı dedi ki, yaz 2 nüsxə. 1-ni göndərəcəm Ali Məhkəməyə 2-sini qoyaram şəxsi işinin içinə qalsın. Nəticədə mən yazan 2 nüsxə ərizə 1-ni qoyur şəxsi işimin içinə ki, gələn yoxlamaya gözdən pərdə asmaq üçün. 2-ci ərizəni - mən yazanı cırıb atır, özü istədiyi kimi mənim adımdan yazıb Ali Məhkəməyə göndərir.

Xahiş edirəm ki, yoxlayın Ali Məhkəmədə hamı mən yazan ərizəni və mənim adımdan yazılan ərizəni kim yazıb? Mən düz 2007-ci ildən yazıram yuxarıda göstərilən ünvanlara ki, В«zampolitВ» indi polkovnik-leytenant rütbəsi daşıyan N.Hacıyev qəbul bölməsinin rəisi Ədliyyə mayoru Ələddin Hacıyev və müəssisənin rəisi indi Ədliyyə polkovniki olan Ərşad Həsənov mənim ərizələrimi göndərin bu ünvanlara onların cavabı bir olub həmişə: В«Sən bizi yığmısan boğaza! Rədd ol burdanВ»

Hər dəfəsində də ərizəmi götürüb saxlayıblar. Nəhayət mən yenə ərizə ilə gəldim bu adamların yanına. 2011-ci il mart ayında bu ünvanda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarına və 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin adına telefonla danışmaq üçün qaynar xəttə в„–161-ə…

Həmin anda rəis havalandı və mənə dedi ki, sən bizi tutdurmaq istəyirsən. Başladı yenə təhqir etməyə və açıq-aşkar məni öldürməklə hədələməyə ki, sənin yanına illərlə gələn yoxdur, kimdi səni itirib-axtaran? Aldı ərizələri cırıb atdı. Get indi kimə deyirsən de.

Mən dedim ki, hörmətli Prezidentimiz fərman verib, Korrupsiyaya Qarşı Mübarizə idarəsi var. Rəis isə əvəzində güldü, - guya sənin Prezidentinin bundan xəbəri yoxdur? Mən bilmirəm belə yaramaza nankor demək olar, ya vətən xaini? Biri polkovnik-leytenant, o biri isə polkovnik rütbəsi alır və mənə gülürlər. Gördün, biz pulumuzu verib rütbə alırıq. Sən axmaq qanundan danışırsan. Sənin nə evin var, nə pulun, adını da qoyublar dələduz. Dələduz, qanun bizik. Bizə qanun tətbiq edən yoxdur. Biz isə kimə istəyirsən, yapışdırırıq ona qanunu.

Nəhayət 31 mart 2011-ci il tarixdə 1-ci dəstənin komendantı - soyadı yadımda deyil, adı Əvəzdir. Özü də əvvəllər də neçə dəfələrlə məhkum olub - başladı mənim üstümə əl-qol atmağa, təhqiredici söyüşlər söyməyə. Mən soruşdum: - Əvəz, sən niyə belə edirsən? O, gülüb mənə dedi: ay axmaq, mən kiməm ki, özbaşına belə hərəkətlər edəm. Mənə rəis Ərşad müəllim tapşırıb. Qorxma, durmuşam dalında. Sonra 01.04.2011-ci il tarixdə Novruzəliyev Mikayıl adlı məhkum başladı mənə qarşı açıq-aşkar hərəkətlər etməyə və öldürəcəyini dedi, hətta bildirdi ki, rəis söz verib ona (Mikayıla) səni buraxacam vaxtından əvvəl. Şərti 400 min pul, Bakıda ev və xarici maşın verərəm. Tez elə Eyyub kişini öldür. Vaxtına az qalıb, çıxıb bizi tutduracaq.

Mən dərhal rəisin yanına gəldim, şikayət ərizəsiylə. Sizə yazdığım kimi rəis, mən qorxuram ki, mənə sui-qəsd ola. O, yenə gülüb dedi: - düz otur, bəs nə bilirsən, yazırsan hara gəldi? Bilmirsən ki, axırı belə olar?! Mən ərizədə yazmışdım rəisin adına ki, Novruzəliyev Mikayıl mənimlə bir barakda qalır. Onun yerini dəyişdirmədi, axıra kimi. Mən 1 ərizədə yazmışdım Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevin adına ki, hörmətli rəis, bəs mənim həyatım təhlükə altındadı, kömək edin və qaynar xəttə zəng etmək istədim, rəis qoymadı.

Ancaq gözdən pərdə asmaq üçün qaynar xətt telefon nömrəsini yapışdırıb qapının ağzına ki, görürsüz, qaynar xətt var, zəng edən yoxdur. Yoxlamalar gələndə rəis tərəfindən öyrədilmiş məhkumlar başlayırlar bəy tərifinə. Rəis çağırtdırır onları, onlar da rəis deyənləri deyirlər. Yoxlama gələndə məhkumları yığırlar kluba və qorxmayın deyin kimin şikayəti var, görün nələr baş verir.

Yenə Novruzəliyev Mikayıl mənə hədə-qorxu etməyə başladı: - kişi, sən görmürsən mən bu zonda müalicədə idim. Oradan məni rəis gətizdirdi? Mikayıldan başqa gələn bütün məhkumlar 15 gün karantində qalırlar. Amma Mikayıl gələn günü rəisin sürücüsü onu gətirdi düz rəisin yanına və gəldi baraka. Bunları 5-6 məhkumun içində Novruzəliyev danışırdı. Mən bizim dəstə rəisi ədliyyə mayoru Ehtiram Həsənova danışmışam və olan əhvalatları şifahi və yazılı surətdə də ərizələr vermişəm ki, Ehtiram müəllim, sizin vəzifə borcunuzdu bu ərizələri göndərmək. O isə əvəzində mən qorxuram, rəis məni danlayar - dedi.

Bir dəfə 2010-cu ildə mən və dəstə rəisi ərizələrlə girdik rəisin qəbuluna ki, göndər bu kişinin ərizələrini. Rəis isə yenə - В«yox, olmazВ» deyə, rəis az qala dəstə rəisiylə əlbəyaxa çıxa. Rəis yenə ərizələri göndərmədi. Ehtiram müəllim də ərizələri özündə maddi sübut kimi saxlayıb. Nə qədər yoxlama gəlib, məni çağırmayıblar. Nə izahat, nə də ərizə alıblar məndən.

Hörmətli Prezident!

Yazıb Sizdən xahiş edirəm ki, bu Ədliyyə işçiləri barəsində ARCM-nin 313, 320, 312 və sair maddələri ilə cinayət işi açasınız. Mən bu adamların ucbatından 5 il qaldım ölümlə üzbəüz. Əsəblərim pozuldu, ləyaqətimi alçaldı, ailəmdən ayrı qaldım, qanunsuz olaraq 5 il həbsxanada saxlanıldım. Onlar mənə vurduqları maddi və mənəvi ziyan üçün 100.000 (yüz min) manat pul tələb edirəm və bu ərizənin surətləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarına, Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri E.Mahmudov cənabına, Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə Hüquq şurasının sədri F.Məmmədov cənabına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə, Azərbaycan Respublikası Prezident Admnistrasiyası Aparatının rəhbəri cənab R.Mehdiyevə müraciət ünvanlayaraq dəfələrlə ədalətin bərpasını istəmişəm.

Hörmətli Prezident!

Mən ümidvaram ki, bu özbaşınalıq edən Ədliyyə işçiləri barəsində bir ölçü götürəsiniz. Xahiş edirəm, mənə kömək edin. 1 oğlum ön cəbhədə hərbi xidmətdə, o biri oğlum hərbi qulluqdadır. Həyat yoldaşım 2 dəfə əməliyyat olub, xəstədir. Öz evim yoxdur, kirayədə qalırıq. Ona görə ünvan yazmadıq. Əlaqə tel: (055) 319-03-44

Bütün bu saxta hökm və saxta qərarları maddi sübut kimi onları yazan adamların əl izləri üstündə olmaq şərti ilə mən saxlamışam. Bu yaxınlarda eşitmişəm ki, hakim X.Məhərrəmova, katib S.Abdullayev və rəis Ə.Həsənov işdən çıxarılıblar. Amma mənə bu günə kimi nə xəbər verilməyib, nə də maddi və mənəvi ziyan ödənilməyib. Qalan yaramaz v nankor işçilər öz işində və yenə saxtakarlıq və özbaşınalıq edirlər. Dövlətimizin və Prezidentimizin adına ləkə salırlar. Mən və mənim oğlanlarım hər an hazırıq və Prezidentimizin əmrini gözləyirik ki, ana torpaqlarımızı azad edək. Amma yuxarıda adları çəkilən ədliyyə işçiləri isə işə qəbul olanda and içirlər ki, biz dövlətə, xalqa canla-başla qulluq edirik və edəcəyik. Ancaq bu adları çəkilən ədliyyə işçiləri özbaşınalıq, vəzifə həddini aşmaq, saxtakarlıq və dövlətə yalan məlumat verməklə məşğuldurlar. Bu adamlar Ədliyyə orqanında qala bilməzlər.

Hörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəs ki, yuxarıda adları çəkilən ədliyyə işçilərindən mənə vurulmuş maddi və mənəvi ziyanı 100.000 (yüz min) manat pulu almaqda mənə kömək edəsinizВ».

Adları çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru