RÖVNƏQ ABDULLAYEV QİSAS ALMAĞA HAZIRLAŞIR
Tarix: 24-07-2012, 18:18 | Çap et
KEÇMİŞ “AZƏRİQAZ” ŞEFİNİN VARİDATININ TALANMASI PLANI İŞƏ SALINDI
DİA.AZ: - Hakimiyyətin antikorrupsiya tədbirlərinin daha çox imitasiya xarakteri daşıdığı artıq hər dəqiqə sübuta yetirilməkdədir. Görülən tədbirlərin kosmetik xaraekter daşıması, verilən cəzaların dişsizliyi, habelə artıq köhnə sistemin bərpa olunması istiqamətində fəaliyyətin sürdürülməsi dediklərimizin bariz sübutudur. Digər yandan isə, artıq müəllimlərin, həkimlərin maaşları artana qədər rüşvət ala bilmələrinə rəsmən icazənin verilməsi də hakimiyyətin bəh-bəhlə bəhs etdiyi tədbirlərin hansı dərəcədə tutarlı olmasını əks etdirir.
Bütün bunlarla yanaşı, antikorrupsiya tədbirlərinin imitasiya mahiyyətini daşıması eyni zamanda daha çox В«vurulmuşВ» sabiq məmurların dövrlərinin təftiş edilməsindən də açıq-aydın görükməkdədir. Məsələn, iqtisadi inkişaf nazirliyində daha çox hazırda həbsdə saxlanılan Fərhad Əliyevin dönəmi araşdırılır. Hətta Heydər Babayevin nazir olduğu dönəmə belə gəlib çıxmayıblar. Bunların fonunda isə ölkənin ən böyük korrupsiya yuvasının başında dayanan təhsil naziri Misir Mərdanov toxunulmaz olaraq qalır. Bir-birinin ardından işçiləri həbs olunan Füzuli Ələkbərov da eyni qaydada toxunulmazlığını qoruyur. Bunlar isə hakimiyyətin hansı mənada korrupsiya ilə mücadilə apardığını ortaya qoyur.
DİA.AZ-a daxil olan məlumatlara görə, daha bir sabiq məmura qarşı da belə bir plan cızılır və hətta onun həbs olunması da nəzərdə tutulub. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, daha bir sabiq məmur da hədəfdədir. Belə ki, "Azərbaycan Respublikasının Milli Məclisi yanında Hesablama Palatası "Azəriqaz" QSC-nin investisiya layihələri ilə bağlı yoxlamalar aparıb". Bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov bir müddət əvvəldən məlumat bildirmişdi. Onun sözlərinə görə, yoxlama "Azəriqaz" ARDNŞ-in tabeliyinə verilməmişdən öncəki dövrü əhatə edib və Bakı kəndlərinin qazlaşdırılması ilə bağlı olub.
Palata sədri bildirib ki, həmin yoxlamalar zamanı ciddi xarakterli nöqsanlar aşkarlanıb. Bu sıraya işin həcminin artırılması, oxşar zonalarda qeydiyyatdan keçmiş çox aşağı reytinqli müəssisə və təşkilatlarla iş görülməsi, tenderlərin düzgün keçirilməməsi, ehtimal olunan qiymətlərin hesablanmadan qalibin elan olunması və s. daxildir. Daha sonra Heydər Əsədov "Azəriqaz"ın səhmdar cəmiyyət olmasına baxmayaraq, bir növ müəssisələr birliyi formasında fəaliyyət göstərdiyini deyib.
Palata sədrinin açıqlamaları ilə bağlı DİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, Heydər Əsədovun adıçəkilən qurumun Əlixan Məlikovun dövründəki fəaliyyətini təftiş etməsi, həmin təftişin nəticələrini isə açıq şəkildə mediaya sızdırması təsadüfi deyil: "Məsələ burasındadır ki, Məlikov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə intriqa aparır. Vəzifəsindən atılmasına rəğmən, Məlikov iqtidar içindəki dayaqları vasitəsi ilə Abdullayevə uyğun situasiyada zərbə vurmağa çalışır, eyni zamanda mətbuata Rövnəq Abdullayev haqqında kampramat xarakterli bilgilərin sızdırılmasına çalışır".
Mənbə deyib ki, Məlikovun ARDNŞ prezidentinə aqressiyası kürsüsündən atılmasında məhz Rövnəq Abdullayevinin həlledici rol oynadığı yönündə şübhələrinin olması ilə bağlıdır: "Dövlət Neft Şirkətinin prezidenti də "Azəriqaz"ın keçmiş "şef"inin ona gizli cəbhə açmasından məlumatlıdır, ona görə də "Azəriqaz" ARDNŞ-ə tabe etdirilməmişdən əvvəl adıçəkilən qurumun fəaliyyətini yoxlatdırmaq və ciddi qüsurları Hesablama Palatası sədrinin dili ilə mətbuata açıqlatmaqla Əlixan Məlikova "sus" komandası vermək istəyir". İddialara görə, Rövnəq Abdullayev "Azəriqaz"ın keçmiş "şef"ini ən ağır formada cəzalandırmaq istəyir: "Məlikov vəzifəsindən atılsa da, əlindəki varidatın və sahib olduğu gəlir qaynaqlarının əhəmiyyətli hissəsini qoruya bilib. ARDNŞ prezidenti isə sabiq "Azəriqaz" prezidentinin fəaliyyətində ciddi nöqsanların olduğunu qabartmaqla həm Əlixan müəllimin sərvətlərindən əl çəkmək məcburiyyətində qalmasını, həm də özünə qarşı cəbhənin zərərsizləşdirilməsini istəyir".
Mənbəmizin dediklərini bir maraqlı detal da təsdiqləyir. Belə ki, Heydər Əsədov 2009-cu ildə rəhbərlik etdiyi palatanın həyata keçirdiyi yoxlamalar və aşkarladığı nöqsanlar haqqında danışarkən konkret olaraq, yalnız "Azəriqaz"ın adını çəkib. Bu isə istər-istəməz sual yaradır: əcəba, niyə?
Son məlumatlarda isə bildirilir ki, artıq Hesablama Palatası ilə yanaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları da Əlixan Məlikovun dövrünün araşdırılması ilə məşğuldurlar: В«Bunun nəticəsi çox ağır ola bilər. Əgər məsələyə KMİ qarışıbsa, bunun ucunda ən yaxşı halda əlində olan varidatın bir qismindən vaz keçmə hadisəsi dayanırВ».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40 |
|
|
|
• Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34 |
|
|
|
• "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29 |
|
|
|
• “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26 |
|
|
|
• Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02 |
|
|
|
• Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46 |
|
|
|
• SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33 |
|
|
|
• MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31 |
|
|
|
• Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11 |
|
|
|
• “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58 |
|
|
|
• Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54 |
|
|
|
• “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50 |
|
|
|
• Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43 |
|
|
|
• Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41 |
|
|
|
• Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34 |
|
|
|
• "MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28 |
|
|
|
• AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26 |
|
|
|
• Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11 |
|
|
|
• Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07 |
|
|
|
• “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51 |
|
|
|
|