İcra hakimiyyətlərində ixtisar gözlənilir - 400-500 məmur da yaxın vaxtlarda işsiz qalacaq
Tarix: 8-02-2016, 12:24 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, keçən həftə Vergilər Nazirliyində yüksək vəzifə tutan bir neçə məmurun postu ixtisara salındı. Bunu xatırlada hökumətdəki mənbə DİA.AZ-a bildirirb ki, anoloji ixtisarlar digər dövlət qurumlarında, həmçinin yerli rayon icra hakimiyyətlərində də müşahidə olunacaq.
Mənbə diaaz.space-a açıqlamasında iddia edib ki, hər bir rayon icra hakimiyyətində 2 müavin postunun və 3 şöbənin ləğvi və birləşdirilməsi planı gözdən keçirilir.
Mənbənin diaaz.space-a söylədikləri: "Hazırda bu yöndə araşdırma aparılır. Yaxın vaxtlarda prosesə start veriləcək. Bu da o deməkdir ki, ən azından 400-500 məmur da yaxın vaxtlarda işsiz qalacaq".