“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                 

“Baku-Bus”da əməkhaqqı maxinasiyası... - Prezidentə şikayət olundu
Tarix: 24-12-2015, 11:48 | Çap et
“Baku-Bus”da əməkhaqqı maxinasiyası...
Bakı Şəhər İcra Hakimiyyəti nəzdində müasir və yeni avtobuslarla təmin olunmuş “Baku-Bus” avtobus parkının yaradılması paytaxt sakinlərinin sosial həyatına daxil olan mühüm amillərdəndir. Lakin ötən günlərdə “Təzadlar” qəzeti redaksiyasında olmuş şikayətçilərin təqdim etdiyi sənəd və sübutları, faktları araşdıranda özümüz də çaş-baş qaldıq. Prezidentin diqqət mərkəzində olan bir müəssisədə baş verənlər nədən qaynaqlanır?

Ötən sayımızda şikayətçilərdən ikisinin ərizəsini araşdırıb qarşı tərəfin mövqeyi ilə təqdim etmişdik... Növbəti saylarımızda şikayətçilər Eldar Ələsgərovun, Bəxtiyar Abdullayevin, Rauf Əliyevin, Vüqar Məmmədlinin, Natiq Talıbovun, Elmar Orucovun, Ziyad Kərimovun, Ceyhun Cəfərovun, Nurlan Qələndərovun, Orxan Tağılının və digərlərinin şikayətlərinin də araşdırılaraq təqdim olunacağına söz vermişdik.
Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küç, ev 9, mənzil 11-də yaşayan Bəşirov Namiq Nazim oğlu tərəfindən
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Baş prokuror cənab Z.Qaralova, Milli təhlükəsizlik nazirinin I müavini cənab M.Quliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətini təqdim edirik:
Hörmətli cənab prezident!
Sizin sərəncamınızla yaradılmış yeni şirkət olan “Baku-Bus” MMC-də qanunsuzluqlar baş alıb gedir. Şirkət Kərimovlar ailəsinin şəxsi obyektinə çevrilib. Çünki şirkətin direktor müavini Vüsal Kərimli Lənkaran-Masallı zonasında qohum-əqraba qoymayıb, hamısını gətirib doldurub bu şirkətə. Hərəsinə də bir vəzifə verib. Düzdür, şirkətin direktoru Nəcəf Məlikovdur. Allah xatirinə desək, pis adam deyil. Ancaq şirkətə faktiki rəhbərliyi demək olar Vüsal Kərimli həyata keçirir. O, kimi istəsə işdən çıxara bilər, kimi istəsə işə götürə bilər. Ümumuiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər. Məsələn, V.Kərimlinin əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur.
-Kərimov Camal Ziyad oğlu V.Kərimlinin yaxın qohumu və əsas adamı sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub. V.Kərimlinin sayəsində 01.11.2015-ci il tarixdən Mühafizə və Nəzarət Departamentinin şöbə rəisi kimi yüksək bir vəzifəyə təyin edildi.
-V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub.
-V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir.
-V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir.
-Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır.
- Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir.
- Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova V.Kərimlinin yerlisi və qohumudur.
Cənab Prezident! V.Kərimlinin şirkətdə belə qohumları çoxdur, lakin hamısını hələ dəqiqləşdirə bilməmişik. Mənim öyrənib, bildiyimə görə “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsinə görə rəhbər şəxsin tabeliyində qohumları rəhbər vəzifələrdə işləyə bilməz. Ancaq görünür bu qanun “Baku-Bus” MMC-nin direktor müavini Vüsal Kərimli üçün keçərli deyil. Ona görə də müxtəlif vəzifələrə qohumlarını təyin etdirib, bizim kimi mütəxxəsisləri və digər peşə işçilərini kənarlaşdırıb.
Hörmətli cənab prezident!
İstəyirəm Sizin nəzərinizə şəhər əhalisinin nəqliyyatdan rahat və keyfiyyətli istifadəsi üçün sərəncamınızla yaranan bu yeni şirkətdə hansı qanunsuzluqların baş verdiyini çatdırım. Mən 5 aydır bu şirkətdə mühafizə xidmətində işləyirdim. Ancaq neçə vaxtdır şirkətin yaranmasına baxmayaraq, hələ də mühafizəçilər üçün xidməti təlimat hazırlanmayıb. Ona görə də, mühafizəçi bu şirkətdə həm mühafizə, həm dispetçer, həm mexanik və digər özünə aid olmayan funksiyalar yerinə yetirməyə məcburdur. Avtobuslar axşam parka qayıdarkən gün ərzində onların maşının nə vəziyyətdə olduğunu, əzilib-əzilməməsini, nasazlığın olub-olmamasını, səhərlər isə marşuruta çıxarkən sürücülərin sənədlərinin yoxlanılması xidmətlərini mütəxxəssislər deyil, mühafizəçilər yerinə yetirir. Onu da diqqətə çatdırım ki, bizim işləməyimiz haqqında heç bir əmr, sərəncam olmayıb. Bizə bildiriblər ki, 2 aylıq sınaq müddətinə işə götürülürük.

“Əmək müqaviləsi bağlanılmadan, bizə 420 manat maaş nəzərdə tutulsa da, mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq...”

Nədənsə, 5 ay keçməsinə baxmayaraq, sınaq müddəti başa çatmayıb. Bu gün də işçilər heç bir sərəncamsız, əmrsiz işləyirlər. Yəni onlarla müvəqqəti müqavilə bağlanıb. Bu müqavilələri isə hərbi sirr kimi bizdən qoruyurlar. Heç bir işçiyə müqavilənin bir nüsxəsi verilmir. Biz də işi itirmək qorxusundan onu tələb edə və müqavilənin şərtləri ilə tanış ola bilməmişik.
Hörmətli cənab prezident!
Başqa şöbədən əldə etdiyimiz müqavilədən görürük ki, şirkətdə mühafizə xidməti 8 saat olmaqla, 3 növbəlidir. Ancaq biz 12 saat olmaqla, 2 növbəli rejimlə işləmişik. Göründüyü kimi bizi həm saatla artıq işlədirlər, həm də özümüzə aid olmayan funksiyaları da yerinə yetirməyə məcbur edirlər. Əmək haqqı isə dəyişməz qalır. Əmək haqqı bizə 420 manat nəzərdə tutulub. Buna baxmayaraq, biz yalnız mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq. Qalan pulların hara getdiyini heç kəs bilmir. Oktyarbın 24-də şirkət işçilərinin hər birinə maaşın 150 faizi həcmində (1,5 dəfə) bayram hədiyyəsi pulu verildi. Bizim maaşımız 350 manat olduğuna görə bayram pulu 525 manat edirdi. Ancaq bəzi mühafizəçilərin pulu V.Kərimlinin əmisi oğlu Amil Kərimov tərəfindən kəsilərək, bir “oklad” səviyyəsində qaldı. Mühafizəçilər 525 manatın əvəzinə 325 manat aldılar. Daha doğrusu onlar 3 gün 350 manatı götürmədilər ki, pulun hamısı verilsin. Ancaq A.Kərimov birmənalı olaraq bildirdi ki, alsanız da budur, almasanız da. Sonradan həmin mühafizəçilər verilən pulu almaq məcbriyyətində qaldılar.
Hörmətli cənab prezident!
Bu şirkətdə pul qazanmağın yolunu yaxşı bilirlər. Deməli, hər hansı bir yası düşən və ya xeyir işi olan neçə günlük istəsə, işə çıxmaya bilər. Lakin həmin günlərin pulu onun əmək haqqından çıxılır. Maraqlıdır, deyilmi? Əvvəla, icazə verməsinlər. İkincisi isə, verirlərsə, artıq saatlarda işləmiş işçiyə xəbərdarlıq olunmalıdır ki, həmin günlərin pulu yazılmayacaq. Onda işçi də bilər ki, neçə günlük içazə almalıdır. Ancaq bütün bunlardan işçinin xəbəri olmur, yalnız aylıq əmək haqqı veriləndə məlum olur ki, icazə verilən günlərin pulu onun əmək haqqından çıxılıb. Bu isə heç bir qanunvericilikdə nəzərdə tutulmayan bir əməldir. Onu da nəzərinizə çatdırıram ki, mühafizə xidməti üçün bu günə qədər şirkətdə heç bir şərait yaradılmayıb. İndiyə qədər 2 dəfə mühafizəçilərin xüsusi forma alınması məqsədi ilə ölçüləri götürülüb. Ancaq hələ də mühafizəçilər öz şəxsi paltarlarında xidmət edirlər. Mühafizəçilərin hamısı açıq havada, yağışın-suyun altında xidmət keçirlər. Bəs, görəsən mühafizəçilərə xidməti şəraitin yaradılması üşün şirkətdən pul ayrılmır? Ancaq Vüsal Kərimlinin bahalı maşınlarına baxanda məlum olur ki, pul ayrılır. Lakin onlar şəxsi ciblərə gedir.
Hörmətli cənab Prezident!

Vüsal Kərimlidən soruşmaq lazımdır ki, dövlət müəssisəsində direktor müavini olan bir adamın əmək haqqına aşağıdakı maşınları almaq olarmı? Deməli, “Porşe” markalı, “Audi A-8” markalı bahalı maşınlar hansı pullarla alınıb? Həm xidməti maşını olan “Hondo” markalı, həm də yuxarıda göstərdiyimiz maşınların hamısının dövlət nömrə nişanı 111-dir. Bu nömrələrin də qiyməti yəqin ki, hamıya məlumdur. Əlbəttə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları maraqlansalar, bu pulların mənbəyini taparlar. Əgər xüsusi komissiya yaradılsa, onda məlum olar ki, həm də 5 nəfər biz mühafizəçilər və digər əməkdaşlar tam qanunsuz olaraq işdən çıxarılmışıq. Əlbəttə, bir vətəndaş olaraq biz həmişə cənab prezident Sizin qayğınızı və diqqətinizi hiss edib, görürük. Elə bu şirkətin yaranması da Sizin vətəndaşlara göstərdiyiniz qayğı və diqqətin təzahürüdür. Amma çox təəssüf ki, Vüsal Kərimli kimi məmurlar Sizin xoş niyyətinizin üstünə kölgə salırlar. Biz inanırıq ki, Sizin müdaxilənizdən sonra bu şirkətdə əməlli-başlı qayda yaradılacaq və nəhayət, korrupsiya hallarına yol verənlər, işçilərin hüquqlarını pozanlar ciddi şəkildə cəzalanacaqlar.
***
Qəzet çapa gedərkən “Baku-Bus”MMC-nin avtobus sürücülərinin müraciətləri də daxil oldu. Onlar sonradan redaksiyaya zəng edərək bizimlə telefon söhbətində bildirdilər ki, hər gün 23 reys edirlər, lakin onlara 21 reysin pulu yazılır. “Nəzərə alsaq ki, hər gün xəttə 140-150 avtobus çıxır və onun hərəsindən 2 reysin pulunu kəsəndə görün bu, nə qədər pul deməkdir? Bundan əlavə, hər bir avtobus sürücüsünə 719 manat əmək haqqı yazılır, müxəlif rüsumlar çıxılandan sonra 600 manat pul almalıyıq. Lakin hər bir sürücü müxtəlif məbləğdə, yəni 520, 540, 480 manat və s. pul alır. Xahiş edirik, bunu da araşdırın...”.
Məsələyə aydınlıq gətirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Daha geniş yazını araşdırmadan sonra təqdim edəcəyik.
Təzadlar









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru