"Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                     Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu .....                     "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" .....                     Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər .....                     Muxtar Babayevin yerinə KADR TAPILMIR? .....                     "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" .....                     “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub .....                     Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib .....                     Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb .....                     Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib .....                     “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək .....                     Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir .....                     Məşhur şirkət problemlə üzləşib .....                     İcra başçıları üçün çətin sınaq .....                     Bakı-Moskva arasında indi də logistika böhranı? .....                     Tovuzda təhsil sistemi bərbad gündə imiş .....                     Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... .....                     Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var .....                 

Bakı DYP-sinin alay xidmətinin komandiri haqda ilginc iddialar - İTTİHAM VAR
Tarix: 22-12-2015, 14:31 | Çap et
Bakı DYP-sinin alay xidmətinin komandiri haqda ilginc iddialar
Etiraf etmək lazımdır ki, hazırda polis orqanlarında, eləcə də yol hərəkətinin təhlükəsizliyini təmin edən Dövlət Yol Polisi İdarəsində günün tələblərinə cavab verən islahatlar həyata keçirilir. Daxili işlər naziri Ramil Usubovun birbaşa nəzarəti altında həyata keçirilən həmin islahatlar özünün müsbət nəticələrini verir, əvvəllər müşahidə olunan neqativ hallar isə minimuma enib. Sözsüz ki, bu həm də DYP rəhbərliyinin gərgin əməyinin nəticəsidir və bunu danmaq mümkün deyil. Ancaq təəssüf hissiylə onu da qeyd etməliyik ki, bəzi DYP rəsmilərinin qanunsuz davranışları sözügedən müsbət işlərə kölgə salmaqla yanaşı, vətəndaşlarda da narazılıq yaradır. Fəaliyyəti narazılıq doğuran, mütəmadi olaraq ölkə mediasında qanunsuz əməllərinə görə adı hallanan belə vəzifəlilərdən biri də DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik-leytenant Rəşadət Babayevdir.

Rəşadət Babayev
haqda zəruri bilgi...

Rəşadət Babayev indiki vəzifəsinə qədər DYP rəisinin ikinci müavini vəzifəsində çalışırdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə isə o DYP-nin yol-patrul xidməti alayının komandiri vəzifəsinə təyin olunub. Göründüyü kimi, Rəşadət Babayev nazirin əmrilə daha yüksək vəzifədən nisbətən aşağı vəzifəyə təyinat alıb ki, bu da bir qayda olaraq səbəbsiz olmur.
Hər halda, çıxan nəticə budur ki, Rəşadət Babayev DYP rəisinin müavini postunda qüsursuz işləsəydi daha aşağı vəzifəyə təyin edilməzdi. Amma görünən həm də odur ki, Rəşadət Babayev heç indiki vəzifəsinin də öhdəsindən layiqincə gələ bilmir və bu da narazılıqların artmasına gətirib çıxardır.

Şəxsi “CİP”i ilə reydə
çıxan alay komandiri

“Unikal” qəzetinin əldə etdiyi məlumata görə, Rəşadət Babayev müntəzəm olaraq “90-700” dövlət seriya nömrəli, ağ rəngli şəxsi “CİP” avtomobili ilə reydə çıxır. Əslində buna heç reyd də demək olmaz, əgər şəhərdə kimsə Rəşadət Babayevin idarə etdiyi avtomobili ötüb keçirsə, yaxud hansısa digər səbəbdən onun gözünə xoş görünmürsə həmin avtomobil dərhal saxlanılır və heç bir səbəb göstərilmədən cərimə meydançasına aprılır. Bununla bağlı “Unikal”a danışan sürücü başına gələnləri belə təsvir edir: “Avtomobilimi saxladılar, soruşdum ki, nə baş verir? Qayda pozmamışam, radarım və ya hər hansı cəriməm yoxdur. Mənə heç bir izahat vermədən avtomobilimi “ştrafnoy”a apardılar, yalnız cəriməni ödədikdən sonra avtomobilimi oradan çıxarda bildim. Sonradan öyrəndim ki, “günahım” Rəşadət Babayevin avtomobilini ötməyim imiş. Belə qanunsuzluq olar? Rəşadət Babayev reydə çıxıbsa bunu niyə şəxsi avtomobilində və mülkü geyimdə edir?”.
Amma bu Rəşadət Babayevin adının hallandığı yeganə qanunsuzluq deyil. Onunla bağlı daha bir fakta nəzər salaq.

DYP-də ali təhsilli
serjantlar

Mövcud qanunvericilik yol verməsə də hazırda Dövlət Yol Polisində ali təhsilli serjantlar çalışır. Belə serjantlardan biri isə Rəşadət Babayevin “sağ əli” sayılan Novruzov Təbriz Mehman oğludur. Araşdırmalarımız zamanı bəlli olub ki, Təbriz Novruzov xalq arasında “Politexnik” kimi tanınan ali təhsil ocağını bitirib. O, 2009-cu ildə universitetə daxil olub və 2013-cü ildə bitirb. O, ali təhsilli olması serjant kimi çalışmasına yol verməsə də, Rəşadət Babayevin sayəsində o qanunları rahatlıqla tapdalaya bilib.
Ali təhsilli şəxslərin DYP-də serjant işləməsinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün əməkdaşımız hüquqşünas Mehman Muradlı ilə əlaqə saxlayıb və o bu kimi halların qanun pozuntusu olduğunu bildirib: “Ali təhsilli şəxsin serjant işləməsi qanunla qadağandır və bu yolverilməzdir. Bu fakt təsdiqini taparsa müvafiq araşdırmaya ehtiyac duyulacaq”.

Alay komandirinin
“yol əhvalatları”...

Kefi istəyəndə xoşuna gəlməyən sürücünü döyməkdən, şil-küt etməkdən belə çəkinməyən Rəşadət Babayevin karyerası “yol əhvəlatları” ilə xüsusilə zəngindir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq.
“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev sürücüyə qarşı haqsızlıq edib.
Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı aftomobildən sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədov isə məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib”.
Oxuduğunuz sətirlər hansısa dedektiv filmin ssenarisindən deyil. Bu Rəşadət Babayevin öz ssenarisidir.
Görünür, Rəşadət Babayevlə bağlı hər hansı tədbir görülməməsi onun qanunsuz əməllərini davam etdirməyə həvəsləndirib.
Məsələylə bağlı Rəşadət Babayevin mövqeyini öyrənmək istəsək də, o bildirdi ki, bu barədə qəzet çap olunandan sonra münasibət bildirəcək.

Son əvəzi...

Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş ölkə qanunları qarşısında bərabər hüquqa malikdir. Lakin, deyəsən Rəşadət Babayev kimiləri tutduqları vəzifə kürsüsündən, onun verdiyi səlahiyyətlərdən istifadə edərək nəinki bu bərabərlik hüququnu danır, hətta vətəndaşları incidərək narazı salmaqdan belə çəkinmirlər. Əgər belə olmasaydı, Rəşadət Babayev özünün cəzasız qalacağına inanmaz, öz diqtəsini qanunlardan yüksək tutmazdı.
Dediyimiz kimi, qanunlar hamı üçün yazılır və dövlət bu qanunların aliliyini qorumaq üçün xüsusi qurumlar formalaşdırır. Qanunların keşiyində durmalı olan belə qurumlar və orada çalışan hər bir əməkdaş vəzifəsindən asılı olmayaraq, ilk növbədə özü əlahəzrət qanunlara hörmətlə yanaşmalıdır.
“Unikal” qəzeti olaraq ümid edirik ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, Bakı Baş Polis idarəsinin rəisi genral-mayor Mirqafar Seyidov yuxarıda göstərilən faktlarla bağlı qanun çərçivəsində müvafiq ölçünün götürülməsini təmin edəcəklər. İnanırıq ki, polis sıralarında bu adı doğrultmayan, öz hərəkətləri ilə bu şərəfli peşəni nüfuzdan salan əməkdaşlara qarşı daha sərt cəza tədbirlərinə şahidlik edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06
İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03
Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57
Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58
Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56
“Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54
Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49
"Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47
Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43
Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40
Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru